Məhkəmə qərarları › İş №2(004)-6541/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6541/2021

06.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6541/2021 06.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində Bakı şəhər Yasamal rayon Polis İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində Bakı şəhər Yasamal rayon Polis İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.09.2021-ci il tarixdə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nun Bakı şəhəri Yasamal rayonu, Yasamal-2, ev 8, 106 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət yaşayış sahəsini cavabdeh X4 bacısı X2 23 oktaybr 2014-cü il tarixdə Bakı şəhəri 46-ci dövlət notariat kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. X1 adından etibarnamə əsasında X8 imzalamış, müvafiq vəsait də ona ödənilmişdir. Həmin alğı-satqı müqaviləsinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 2206 saylı reyestr kitabında 205173 səhifədə qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarış almışdır. Adı çəkilən mənzil 08.11.2014-cü il tarixdən onun xüsusi mülkiyyətindədir. 23 oktaybr 2014-cu il tarixli alğı-satqı müqaviləsinin 2.2.4-cü bəndinə əsasən, müqavilə notariat qaydasında təqdiq olunduğu tarixdən 30 gün müddətində ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyytadan çıxmaq öhdəliyi götürməsinə baxmayaraq, cavabdehlər qeydiyyatdan çıxmamışlar. Cavabdehlər Cavabdeh2 və onun qızları X14 və X5 bu günə kimi onun xüsusi mülkiyyətində olan mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmışlar. Tərəfindən dəfələrlə cavabdeh X8 ilə danışıqlar olmuş, o söz vermişdir ki, guya yaxın zamanlarda qeydiyyatdan çıxacaqlar. Lakin artıq 7 ildir ki, onlar müqavilə öhdəliyini yerinə yetiriməyərək yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışlar. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri Yasamal rayonu, Yasamal-2, ev 8, 106 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrində 08.11.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən Cavabdeh2, X15 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu, Yasamal-2, ev 8, 106 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan alıcı qismində İddiaçı, satıcı qismində X7, ipoteka saxlayan qismində "xxxx" KB ASC və borcalan qismində X9 arasında bağlanmış 23.10.2014-cü il tarixli, 025İKİ/14 nömrəli alğı-satqı və ipoteka müqaviləsinin surətinə əsasən X7 Bakı şəhəri Yasamal rayonu, Yasamal-2, ev 8, 106 saylı mənzili 88000 manata alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.10.2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrin surətinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu, Yasamal-2, ev 8, 106 saylı mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı mənzili 2014-cü ildə X2 almışdır. Cavabdehlər isə iddiaçı mənzili alarkən orada qeydiyyatda olan şəxslərdir. Cavabdehlər həmin evdə qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamır. Hazırda iddiaçı cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu, Yasamal-2, ev 8, 106 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tdutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu, Yasamal-2, ev 8, 106 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nun Bakı şəhəri Yasamal rayonu, Yasamal-2, ev 8, 106 saylı mənzilə qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar