Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6570/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35500 manat məbləğində əsas pul vəsaiti, 5300 manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borc, əldən çıxmış fayda kimi 10000 manat və mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində vəsaitinin, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun, cəmi 56330 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil idda ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 02.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə çay evində oturakən iş materiallarına əlavə olunan həmin müqavilə imzalamışdır. Orada qeyd olunan şahidlərin kim olmasından xəbəri yoxdur. Onlar iddiaçı ilə yaxın dost olublar. İddiaçı, o və Rəşad birlikdə iş qurmuşlar. Həmin işdə də onları bir şəxs aldatmış və bununla bağlı Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü mövcuddur. Onlar həmin hökmdə zərərçəkmiş kimi tanınıblar. Tələbdə qeyd olunan pulun müəyyən hissəsii ödənilibdir. Həmin qəbzi o imzalasa da pulu o götürməmişdir. Pulu İddiaçı alıb başqa şəxsə vermişdir. Onun İddiaçı borcu yoxdur. Özünün də alacağı var, amma bügun maddi imkanı elə yaxşı deyil. Həmin müqaviləni ona görə imzalayıb ki, Alim ona bildirib ki, borc verdiyinə görə Alimin atası Alimi narahat edir. Əgər həmin müqaviləni imzalasa atası biləcək ki, onun Alimə borcu var və belə olan halda atası Alimi narahat etməyəcək. Alimlə dost olduqlarına görə o da razılıq vermişdir. İş materiallarında olan 10.10.2019-cu il tarixdə Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzə əsasən müəyyən olunur ki, Cavabdeh, şahid X2 və X1 iştirakı ilə İddiaçı 53000 manat məbləğində pul aldığını və qaytarmağı öz üzərinə götürdüyünü bildirmişdir. İş materiallarında olan 24.09.2021-ci il tarixli 3077 nömrəli qəbzə əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən “Kamandar Nəsibov və partnyorları” vəlik bürosuna 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı borc pul alması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə 5300 manat-əsas borca hesablanmış illik 5% məbləğində iddia tələbi ilə bağlı qeyd edir ki, əsas borc 35500 manat olduğundan, illik 5% iki il müddətinə hesablanmalı, 35500 manatın 10%-i, 3550 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 10000 manat məbləğində əldən çıxmış fayda və 5000 manat məbləğində mənəvi zərərlə bağlı qeyd edir ki, iddiaçı tərəfindən hansı faydanın əldən çıxması və həmçinin dəymiş mənəvi zərərlə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu və 121-ci maddələrinə əsasən qeyd edir ki, 30 manat dövlət rüsumu və 500 manat məbləğində vəkilə ödənilmiş pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 35.500 (otuz beş min beş yüz) manat əsas pul vəsaiti, 3550 manat illik 5% məbləğində borc, cəmi 39050 manat məbləğində pul, 500 manat məbləğində vəkil xərci və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6570/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6570/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver