Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-659/2021 06.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət ədərək, Cavabdeh MMC-yə əvvəlki işinə bərpa edilməsi, iş vaxtından əlavə işlədiyi iş saatlarına görə, gecə növbəsində işləməyinə görə, istirahət günlərində işləməyinə görə pul vəsaitinin cavabdehdən tutulması, 5 il ərzində istirahət, bayram günlərində işləməyinə görə və məzuniyyət haqqının tutulması, vurulmuş mənəvi zərərə görə 5000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 2015-ci il tarixdə cavabdehlə əmək müqaviləsi bağlayaraq, müddətsiz olaraq aylıq əmək haqqı 300 manat olmaqla, ilməçi (fəhlə) peşəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi və müqavilənin qeydə alınmasına dair bildirişi ona veilməmişdirr. Əmək qanunvericiliyini bilmədiyindən və işi itirmək təhlükəsi olduğundan heç vaxt hüquqlarını tələb etməmişdir. Onunla işləyən digər insanlara da əmək müqavilələrini verməyiblər. 5 il ərzində onu qul kimi istismar ediblər. Həftənin 7 gününü işləmiş, heç bir istirahəti olmamışdır. Həftəlik iş saatı 62 saat təşkil edirdi. 5 il ərzində məzuniyyətə də çıxmamışdır. Etiraz etdikdə, işdən çıxarmaqla hədələyirdilər. 2 azyaşlı övladı var. 2020-ci ilin iyul ayının 9-da onlara əmək haqqı paylayan Telman Kərimov bildirdi ki, onu işdən çıxarıblar. O, işdən çıxma barədə ərizə verməmişdir. Əmək müqaviləsi müddətsizdir. Nazirlər Kabinetinin məlum qərarına əsasən müəssisənin fəaliyyəti qadağan edilməyib. Ondan heç bir ərizə alınmadan guya öz arzusu ilə işdən çıxarılmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı öz ərizəsi əsasında işdən azad edilmişdir. Lakin o işdən çıxma barədə ərizəni məhv etdiyindən həmin ərizəni məhkəməyə təqdim etmək mümkün olmamışdır. İddiaçının ərizəsində qeyd etdiyi faktlar sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin məcəllənin 68.2-ci maddəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Həmin məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən .əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı xx xxxxxxxx 2015-ci il tarixdə Cavabdeh MMC-yə ilməkçi vəzifəsinə işə qəbul edilmiş, x xxx 2020-ci il tarixdə əmək müqaviləsinə öz xahişi ilə xitam verilmiş, eyni tarixli əmrdən görünür ki, iddiaçıya istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın və son haqqhesabın verilməsinin təmin edilməsi əmr edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı Cavabdeh MMC-yə lift operatoru peşəsinə işə qəbul edilmiş, iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə xitam verilmişdir. Lakin cavabdeh iddiaçının onun öz xahişi ilə işdən azad edilməsi barədə ərizəsini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh bunu iddiaçının həmin ərizəni əzərək özü ilə aparması ilə izah etmiş və bu barədə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli aktı və videogörüntünü məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, həmin sübutlar iddiaçı tərəfindən yuxarıda göstərilən ərizənin verilməsini təsdiq etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş səssiz video görüntüdən iddiaçının imzaladığı sənədin nədən ibarət olması müəyyən olunmur. Bundan əlavə xx xxxx 2020-ci il tarixli aktda göstərilən şəxslər məhkəməyə şahid qismində təqdim edilməmişlər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının öz xahişi ilə işdən azad olunması barədə cavabdehin nümayəndəsinin dəlilləri əsassızdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən olunmuş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edildiyi təsdiq edildiyindən iddia işə bərpa tələbinə dair hissədə təmin olunmalı, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddiaçının iş vaxtından artıq vaxtda işləməsi, gecə növbəsində işləməsi, istirahət günlərində işləməsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia iddiaçının həmin vaxtlarda işləməsinə görə əmək haqqı tələbinə dair hissədə iddiası təmin edilə bilməz. Məzuniyyət haqqı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarlardan görünür ki, həm 2020-ci ilin may ayında, həm də x xxxx 2020-ci il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab, o cümlədən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, artıq yuxarıda qeyd olunduğu kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına müraciət etməyə məcbur olmuşdur. Bu hallar isə şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olan hallardır. Bununla yanaşı məhkəmə mənəvi zərərin məbləği ilə razılaşmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarın 3-cü bəndinə əsasən mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliklərinin təhlükəlik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 200 manat məbləğində müəyyən olunmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən iddiaçılar əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı hazırki iddia üzrə dövlət rüsumu ödənməkdən azad olunduğundan 1,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı “əmək müqaviləsinə xitam verilməsi haqqında” xx xxxx 2020-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nin lift operatoru vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün xx xxxx 2020-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Cavabdehdən Cavabdeh MMC-dən 200 (iki yüz) manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilsin. 1,20 (bir manat iyirmi qəpik)manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-659/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-659/2021
06.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver