Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6590/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 nümayəndəsi X3 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və X5 cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və elektron informasiya sisteminə bildirişin əlavə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 25.10.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçı X1 cavabdeh “MSN TOUR" MMC-də direktor vəzifəsində çalışmışdır. Sonradan iddiaçı 2015-ci ildə işdən ayrılmaq qərarına gəlmiş və bu səbəblə 28 sentyabr 2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə Cavabdeh MMC-yə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə heç bir cavab gəlmədikdən daha sonra 30 oktyabr 2017-ci il tarixdə iddiaçı tərəfindən yenidən ərizə ilə müraciət olunmuşdur. Qeyd edir ki, “MSN TOUR" MMC-nin heç bir məsul şəxsi tərəfindən iddiaçının müraciətlərinə cavab verilməmiş və əmək müqaviləsinə xitam verilməsinə dair heç bir tədbir görülməmişdir. 2015-ci il tarixdən “MSN TOUR" MMC ilə iddiaçının arasında faktiki əmək münasibətləri mövcud olmamış və ona əmək haqqı ilə ələqədar hec bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh iddiaçı ilə bağlı əmək müqaviləsi bildirişini ümumiyyətlə sistemə daxil etməmiş, bununla da pozuntuya yol vermişdir. Buna baxmayaraq hələ də İnternet Vergi İdarəsində direktor İsayeva (Abdullayeva) Cəmalə Əfqan qızı qeyd olunur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 nümayəndəsi X7 izahat verərək bildirir ki, əmək müqaviləsi bildirişinin elektron sistemə daxil edilməməsi ilə bağlı təsisçinin birbaşa məsuliyyəti yaranır. Belə ki, işçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən direktor vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinə xitam verilə bilər. İddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışa əsasən “MSN TOUR" MMC 01.04.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış və qanuni təmsilçisi X4r. İş materialarında olan Abdullayeva (İsayeva) Cəmalə Əfqan qızı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 28.09.2015-ci il tarixli ərizəyə əsasən Abdullayeva (İsayeva) Cəmalə Əfqan qızı 01.10.2015-ci il tarixdən öz xahişi ilə işdən azad olunmasını xahiş etmişdir. İş materialarında olan Abdullayeva (İsayeva) Cəmalə Əfqan qızı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 30.10.2017-ci il tarixli ərizəyə əsasən Abdullayeva (İsayeva) Cəmalə Əfqan qızı 01.11.2017-ci il tarixdən öz xahişi ilə işdən azad olunmasını xahiş etmişdir. İşin müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olmuşdur. İddiaçı 28.09.2015-ci il və 30.10.2017-ci il tarixlərdə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini tələb etsə də, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, tələb təmin edildiyindən Cavabdeh MMC-dən 10 manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin. Cavabdeh MMC-dən 10 (on) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6590/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6590/2021
25.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver