Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6615/2021 01.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predimetinə yönəldilməsi, girov predimetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsi üzrə kreditə görə 5000,88 manat əsas, 561,75 manat faiz borcunun, 1170 manat cərimə borcunun, cəmi 6732,63 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, borcun Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına – 12,1 qram çəkisi olan 750 əyarlı 1 cüt sırğa, 23,84 qram çəkisi olan 750 əyarlı 2 ədəd qolbağ, 21,03 qram çəkisi olan 585 əyarlı, 1 ədəd boyunbağı, 5,1 qram çəkisi olan 585 əyarlı, 1 ədəd qolbağ, 14,7 qram çəkisi olan 583 əyarlı, 4 ədəd üzük, 26,53 qram çəkisi olan 750 əyarlı, 1 ədəd komplekt dəst və klona yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 6732,63 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh Şəkərah qızı arasında bağlanmış 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsinə əsasən illik 29 % dərəcəsi olmaqla 12 ay müddətinə 5850 manat məbləğində cavabdehə kredit verilmişdir. 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh Şəkərah qızı kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh Şəkərah qızı öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh Şəkərah qızının 02.03.2021-ci il tarixli, YSLMB- 07105 saylı kredit müqaviləsi üzrə kreditə görə borcunun məbləği 5000,88 manat əsas, faiz borcuna görə 561,75 manat, cərimə borcuna görə 1170 manat olmaqla, borcun cəmi məbləği 6732,63 manat təşkil edir. 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 02.03.2021-ci tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin ’Yasamal” filialına saxlanca verilmiş və 12,1 qram çəkisi olan 750 əyarlı 1 cüt sırğa, 23,84 qram çəkisi olan 750 əyarlı 2 ədəd qolbağ, 21,03 qram çəkisi olan 585 əyarlı, 1 ədəd boyunbağı, 5,1 qram çəkisi olan 585 əyarlı, 1 ədəd qolbağ, 14,7 qram çəkisi olan 583 əyarlı, 4 ədəd üzük, 26,53 qram çəkisi olan 750 əyarlı, 1 ədəd komplekt dəst və klondan ibarətdir. Tərəflər arasında bağlanmış 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh arasında bağlanmış 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, “Kreditverən” “Kreditalan”a isteklak məqsədilə 5850 manat məbləğində 12 ay müddətinə, illik 29% ödənilməsi şərtilə təminatlı borc vermişdir. “Kreditalan” isə aldığı borcu bu Müqavilədə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş şərtlərlə qaytarmağı və bu müqavilə ilə müəyyənləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə faktiki illik faiz dərəcəsi 30.99 % təşkil edir. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli 8017 nömrəli arayışdan görünür ki, Cavabdeh 02.03.2021-ci il tarixli kredit müqaviləsi üzrə 24 sentyabr 2021-ci il tarixinə banka 5000,88 manat əsas borc, 561,75 manat faiz borcu, 1170 manat, cəmi 6732,63 manat borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı saxlanc girovu haqqında müqavilənin 1.1-ci bəndinə əsasən Girovsaxlayan Girovqoyana istehlak məqsədilə 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı Kredit müqaviləsinə əsasən 5850 manat məbləğində 12 ay müddətinə, illik 29% ödənilməsi şərtilə təminatlı borc vermişdir. “Kreditalan” isə aldığı borcu ödəniş gününə 567,44 manat məbləğində qaytarmağı və bu müqavilə ilə şərtləndirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən “Girov Qoyan” müqavilənin 1.1-ci bəndində göstərilən müqavilə öhdəliklərini icra etmədiyi hallarda “Girov Saxlayan” girov qoyulmuş əşyanın dəyərindən təminat almaq hüququna malikdir. Eyni zamanda sözügedən müqavilənin 4.2ci bəndindən görünür ki, girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 9653,11 manat təşkil edir. İş materiallarında olan 28.09.2021-ci il tarixli RB-02/PK-8017 nömrəli arayışdan görünür ki, Cavabdeh 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı müqaviləsi üzrə 24.09.2021-ci il tarixinə banka 5000,88 manat əsas borc, 561,75 manat faiz borcu, 1170 manat cərimə borcu, cəmi 6732,63 manat borcu vardır. İş materiallarında olan 02.03.2021-ci il tarixli Cavabdeh razılıq ərizəsindən müəyyən olunur ki, 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsi əsasında bankdan aldığı 5850 manat məbləğində kreditin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialına saxlanc girova verdiyi qızıl-zinət əşyasının öhdəliklərini lazımınca yerinə yetirmədiyi, banka gəlmədiyi halda bank tərəfindən satılmasına etiraz etmir. İş materiallarında olan 02.03.2021-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan müəyyən olunur ki, Cavabdeh 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsi əsasında bankdan alacağı 5850 manat məbləğində pul vəsaitinin təminatı olaraq girov qoyduğu 103,3 qram qızıl-zinət əşyasını kredit mütəxəssisinin iştirakı ilə kassaya təhvil-təslimini həyata keçirmiş, qızıl-zinət əşyasının dəyəri 6515,25 manat, bazar dəyəri isə 9653,11 manat təşkil etmişdir. İş materiallarında olan 02.03.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 5850 manat məbləğində pul verilmişdir. İş materiallarında olan 10.09.2021-ci il tarixli, RB02/02-6741 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh 3 iş günü müddətində borcu qaytarmayacağı təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsinə əsasən cavabdehə 5850 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq çəkisi 12,1 qram çəkisi olan 750 əyarlı 1 cüt sırğa, 23,84 qram çəkisi olan 750 əyarlı 2 ədəd qolbağ, 21,03 qram çəkisi olan 585 əyarlı, 1 ədəd boyunbağı, 5,1 qram çəkisi olan 585 əyarlı, 1 ədəd qolbağ, 14,7 qram çəkisi olan 583 əyarlı, 4 ədəd üzük, 26,53 qram çəkisi olan 750 əyarlı, 1 ədəd komplekt dəst və klon girov predmeti kimi qoyulmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 02.03.2021-ci il tarixli, YSLMB-07105 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 5000,88 manat, faiz üzrə 561,75 manat, cərimə borcu üzrə 1170 manat olmaqla, ümumilikdə 6732,63 manat borcu yaranmışdır. Azərbaycan Respublika Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Bundan əlavə Mülki Məcəllənin 297-ci maddəsinə girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5000,88 manat əsas borc, 561,75 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 5662,63 manat pul tutularaq iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi Cavabdeh məxsus 12,1 qram çəkisi olan 750 əyarlı 1 cüt sırğa, 23,84 qram çəkisi olan 750 əyarlı 2 ədəd qolbağ, 21,03 qram çəkisi olan 585 əyarlı, 1 ədəd boyunbağı, 5,1 qram çəkisi olan 585 əyarlı, 1 ədəd qolbağ, 14,7 qram çəkisi olan 583 əyarlı, 4 ədəd üzük, 26,53 qram çəkisi olan 750 əyarlı, 1 ədəd komplekt dəst və kulona yönəldilərək, açıq hərracda satılmalı, 12,1 qram çəkisi olan 750 əyarlı 1 cüt sırğa, 23,84 qram çəkisi olan 750 əyarlı 2 ədəd qolbağ, 21,03 qram çəkisi olan 585 əyarlı, 1 ədəd boyunbağı, 5,1 qram çəkisi olan 585 əyarlı, 1 ədəd qolbağ, 14,7 qram çəkisi olan 583 əyarlı, 4 ədəd üzük, 26,53 qram çəkisi olan 750 əyarlı, 1 ədəd komplekt dəst və kulonun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra 12,1 qram çəkisi olan 750 əyarlı 1 cüt sırğa, 23,84 qram çəkisi olan 750 əyarlı 2 ədəd qolbağ, 21,03 qram çəkisi olan 585 əyarlı, 1 ədəd boyunbağı, 5,1 qram çəkisi olan 585 əyarlı, 1 ədəd qolbağ, 14,7 qram çəkisi olan 583 əyarlı, 4 ədəd üzük, 26,53 qram çəkisi olan 750 əyarlı, 1 ədəd komplekt dəst və kulonun satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdeh X1 verilməli, girov predmetlərinin satışından əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada Cavabdeh tutulmalı, qalan hissədə isə iddia tələbi təmin edilməmlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən 02.03.2021-ci il tarixli müqaviləyə görə cərimə pulunun 1170 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 5000,88 (beş min manat səksən səkkiz qəpik) manat əsas borc, 561,75 (beş yüz altmış bir manat yetmiş beş qəpik) manat faiz borcu olmaqla, 100 (yüz) manat cərimə borcu, cəmi 5662,63 (beş min altı yüz altmış iki manat altmış üç qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh məxsus 1 cüt 12.1 qram çəkisi olan 750 əyarlı sırğa, 2 ədəd 23,84 qram çəkisi olan 750 əyarlı qolbaq, 1 ədəd 21,03 qram çəkisi olan 585 əyarlı boyunbağı, 1 ədəd çəkisi 5,1 qram 585 əyarlı qolbaq, 4 ədəd, çəkisi 14,7 qram olan 583 əyarlı üzük, 1 ədəd çəkisi 26,53 qram olan 750 əyarlı komplekt dəst və kulona yönəldilərək, açıq hərracda satılsın. 1 cüt 12.1 qram çəkisi olan 750 əyarlı sırğa, 2 ədəd 23,84 qram çəkisi olan 750 əyarlı qolbaq, 1 ədəd çəkisi 21,03 qram çəkisi olan 585 əyarlı boyunbağı, 1 ədəd çəkisi 5,1 qram 585 əyarlı qolbaq, 4 ədəd, çəkisi 14,7 qram olan 583 əyarlı üzük, 1 ədəd çəkisi 26,53 qram olan 750 əyarlı komplek dəst və kulonun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra 1 cüt 12.1 qram çəkisi olan 750 əyarlı sırğa, 2 ədəd 23,84 qram çəkisi olan 750 əyarlı qolbaq, 1 ədəd çəkisi 21,03 qram çəkisi olan 585 əyarlı boyunbağı, 1 ədəd çəkisi 5,1 qram 585 əyarlı qolbaq, 4 ədəd, çəkisi 14,7 qram olan 583 əyarlı üzük, 1 ədəd çəkisi 26,53 qram olan 750 əyarlı komplekt dəst və kulonun satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. Girov predmetlərinin satışından əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada Cavabdeh tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-6615/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6615/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver