Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-662/2023 12.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh QSC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" QSC ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 030S**********04 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iş üzrə icraata xitam verilməsinə razı olmadığını və işə mahiyyəti üzrə baxılıb tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək bildirir ki, Abşeron Rayon Məhkəməsində 16 oktyabr 2020-ci il tarixli qətnamə ilə borcun tutulması barədə iddia təmin olunmuşdur, hazırda isə iş icradadır. Məhkəmə tərəfindən işin hallarına qiymət verilmişdir. İddia ərizəsinə etiraz edir, X4 12 iyun 2018-ci il tarixdə 12 ay müddətinə 1.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən hazırkı iddia üzrə iddiaçı zamin durmuşdur. Uzun müddətli kredit müqaviləsi ilə də 40 min dollar məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır və eyni tarixdə imzalanmışdır. Hazırkı iddia üzrə iddiaçı min manat müqavilə üzrə zamindir. Başqa məhkəmənin icraatında bu müqavilələrə aydınlıq gətirildiyinə görə işə xitam verilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair mülki işə xitam verilməlidir. Belə ki, iş materialarına əlavə edilmiş Bakı şəhəri Abşeron rayon Məhkəməsinin 2(012)-3014/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" QSC-nin cavabdehlər X6, İddiaçı və X5 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək cavabdelər X6, İddiaçı və X3 cəmi 475,38 manat məbləğində pulun müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, İddiaçı Cavabdeh ASC ilə kredit müqaviləsinin təminatı olaraq xx.xx.2018-ci il tarixli, 030S**********04 tarixli zaminlik müqaviləsi bağlayaraq xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasına zamin durmuşdur. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən zaminlik müqaviləsinin etibarlı olması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan hazırkı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Həmçinin qeyd olunur ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- in 114, 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilsin. xx.xx.2022-ci il tarixli, 28026 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-662/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-662/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver