Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6621/2024 18.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 (yüz) manat təşkil edir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət etmədən tərtib etmişdir. İddia tələbinin nəticə hissə yanlış formada tərtib edilmişdir. Belə ki, tələbin nəticə (xahiş) hissəsi hüquqi formada deyildir. Məhkəmə konkret olaraq tələbin nə olduğunu və kimə qarşı yönəlməli olduğunu anlamaqda çətinlik çəkir. Həmçinin, iddia ərizəsi əlyazma formasında tərtib edilmiş, cavabdeh barədə hər hansı məlumat (ünvanı, mobil telefon nömrəsi və s.) qeyd edilməmişdir. Tələbin mahiyyəti üzrə əsl iddia tələbi (düzgün formada) və əsl cavabdeh(lər) müəyyən edilməklə iddia ərizəsi məhkəməyə təqdim edilməlidir. İddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. İddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi təmin edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən nöqsanlar aradan qaldırılmaqla Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə müvafiq olaraq iddia ərizəsinin yenidən, qanuni və əsaslı formada tərtib edilməklə məhkəməyə təqdim edilməsi hüququ hüququ izah olunaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçı X2 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elekton kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-6621/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6621/2024
18.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver