Məhkəmə qərarları › İş №2(004)-667/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-667/2024

09.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-667/2024 09.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil3, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrlərin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi zərərə görə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrlərin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi zərərə görə pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin barəsində verilmiş xx.xx.2023-cü il tarixli 1086-Ş saylı inzibati töhmət, xx.xx.2023-cü il tarixli 170-K saylı işdən azad olunma əmrlərinin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa edilməsi, işə bərpa olunacağı zamana kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə 150 000 manat məbləğində pulun öna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onu vəkili barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış və Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-6309/2023 saylı iş üzrə həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin 2.1.1-ci bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında barışıq sazişi bağlanmışdır. Sazişin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir:

1. Sazişin predmeti Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər.

2. Sazişin icrası 2.1. Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. bu Saziş qüvvəyə mindikdən sonra ən gec 10 iş günü ərzində İddiaçıla əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsini (əmək müqaviləsinə xitam verilmə tarixi həmin ərizənin imzalanma tarixi olmaqla) cavabdehə təqdim etməlidir; 2.1.2. Cavabdeh bu Sazişin 2.1.1-ci bəndində göstərilən ərizəni aldıqdan sonra 10 iş günü ərzində aşağıdakıları etməlidir: a) iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli 170-K saylı əmrini ləğv etmək və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi əsasında” xitam vermək və bu barədə əmrin surətini İddiaçıya təqdim etmək; b) İddiaçının əmək kitabçasında xitam əmrinin ləğv edildiyini və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən İddiaçının öz xahişi ilə xitam verildiyi barədə qeyd aparmaq; c) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparmaq; d) Cavabdeh qarşısında xidməti müqabilində və İddiaçının Cavabdehə qarşı qaldırdığı Mübahisə və ya gələcəkdə qaldıra biləcəyi bütün iddiaların, tələblərin və şikayətlərin tam və yekun əvəzi olaraq, İddiaçının bu Sazişdə göstərilən bank hesabına 12 000 (on iki min) manat məbləğində kompensasiya ödəmək (bu məbləğ qanunla tutulmalı olan bütün məcburi ödənişlərdən (vergi, məcburi sosial sığorta və sair) azaddır). e) Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir. Saziş qüvvəyə mindiyi gündən etibarən 15 gün ərzində nəzərdə tutulmuş kompensasiya məbləği 12 000 (on iki min) manat cavabdeh tərəfindən iddiaçının bank hesabına tam həcmdə ödənilir.

3. Tərəflərin digər öhdəlikləri 3.1. Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək; 3.1.2. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq; 3.2. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1. bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı əmək müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək; 3.2.2. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarını mümkün ən güclü səylə qorumaq; cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək; 3.2.3. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək. 3.2.4. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq.

4. Digər müddəalar 4.1. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2. Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. 4.3. X1 4 nüsxədə imzalayır. Nüsxələrdən biri Yasamal Rayon Məhkəməsinə təqdim edilir. Digər nüsxələr isə Tərəflərdə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrlərin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi zərərə görə pul" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrlərin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi zərərə görə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar