Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6671/2021 03.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 12243,92 manat- bundan 11351.11 (On bir min üç yüz əlli bir manat 11 qəpik) manat əsas borc, 892.81 (Səkkiz yüz doxsan iki manat 81 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan “Toyota Camry” minik markalı (Buraxılış ili-2018, Ban- JTNBF4HK1********), qara rəngli, **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, “Toyota Camry” minik markalı (Buraxılış ili-2018, Ban- JTNBF4HK1********), qara rəngli, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Amrahbank ASC ilə Cavabdeh1 Mircavid oğlu arasında bağlanmış 24.08.2018-ci il tarixli, AK/04 №-li müqaviləyə əsasən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə illik 23,75% olmaqla 30000 (otuz min) manat məbləğində kredit verməyi, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini annuitet ödəniş qrafiki əsasında həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.08.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh1 36 ay müddətinə, 24.09.2018-ci il tarixdən 24.08.2021-ci il tarixədək, sonuncu ay 1153,11 manat olmaqla, hər ay 1161,88 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.08.2018-ci il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, Cavabdeh1 30000 manat məbləğində pulu Amrahbank ASC-dən almışdır. İş materiallarında olan Amrahbank ASC ilə Cavabdeh1 Mircavid oğlu arasında bağlanmış 24.08.2018-ci il tarixli, AK/04 №li ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, ipoteka müqaviləsi ipotekasaxlayanla borcalan arsında bağlanmış 24.08.2018-ci il tarixli, AK/04 №li kredit müqaviləsində nərəzdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İpotekaya verilən əmlak “Toyota Camry” minik markalı (Buraxılış ili-2018, Ban- JTNBF4HK1********), qara rəngli nəqliyyat vasitəsidir və Cavabdeh1 məxsusdur. İpoteka predmeti 55000 (əlli beş min) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Amrahbank ASC ilə Cavabdeh2 arasında bağlanmış 24.08.2018-ci il tarixli Zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, Zamin, Bank qarşısında Borcalanın 24.08.2018-ci il tarixli AK/04№-li kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan AD№295519 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Toyota Camry minik markalı 10HF444 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. İş materiallarında olan Amrahbank ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə ünvanlanmış 10.08.2021-ci il tarixli bildirişin qeydə alınmasın dair ərizəyə əsasən müəyyən olunur ki, Amrahbank ASC ipoteka prdmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciət etmişdir. İş materiallarında olan 12.07.2021-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 15.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Mircavid oğlunun 11351,11 manat əsas, 892,81 faiz borcu olmaqla, cəmi 12243,92 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçınının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11351.11 (On bir min üç yüz əlli bir manat 11 qəpik) manat əsas borc, 892.81 (Səkkiz yüz doxsan iki manat 81 qəpik) manat faiz borcu, cəmi 12243,92 (on iki min iki yüz qırx üç manat, doxsan iki qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan “Toyota Camry” minik markalı (Buraxılış ili-2018, Ban- JTNBF4HK1********), qara rəngli, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, “Toyota Camry” minik markalı (Buraxılış ili-2018, Ban- JTNBF4HK1********), qara rəngli, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə bunun əksinə olaraq öz öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2) "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11351.11 (On bir min üç yüz əlli bir manat 11 qəpik) manat əsas borc, 892.81 (Səkkiz yüz doxsan iki manat 81 qəpik) manat faiz borcu cəmi 12243,92 (on iki min iki yüz qırx üç manat, doxsan iki qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan “Toyota Camry” minik markalı (Buraxılış ili-2018, Ban- JTNBF4HK1********), qara rəngli, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. “Toyota Camry” minik markalı (Buraxılış ili-2018, Ban- JTNBF4HK1********), qara rəngli, **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6671/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6671/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver