Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6680/2021 20.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 30.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 102000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçının Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 23, 46, 47, 48 saylı 3 mənzili var. O həmin mənzilləri 1 nömrə altında birləşdirmək istəmiş, buna görə bu işi görmək üçün eyni qəsəbədən, yəni böyüdüyü bacı və qardaşlarının yaşadığı Qobustan qəsəbəsindən olan Əfqanla görüşmüşdür. Çünki, Əfqan qardaşına və ona bir çox hüquqi məsələləri bildiyini demişdir. Həm də qardaşı ilə yaxın münasibətləri olmuşdur. 25 iyul 2017 ci ildə 9 saylı notariat kontorunda ona etibarnamə və sənədləri vermişdir. Lakin 2017 ci il oktyabr aylarının sonlarında Əfqan etibarnaməni və sənədləri də ona qaytararaq daşınmaz əmlakda işləyən vəzifəli dostunun işdən çıxarıldığını, bu səbəbdən bu işi həll edə bilmədiyini bildirmişdir. Aradan bir müddət keçdikdən sonra 2019-cu ildə iddiaçının mənzilinə məhkəmə qərarlarının icra qrupu gəlib, onun X2 102 min manat borcunun olduğunu bildirərək Nərimanov rayon məhkəməsinin qətnaməsini göstərmişlər. Həmin qətnamədən iddiaçı apelyasiyaya şikayət vermiş, lakin Cavabdeh və Rəşad Bağırov məhkəmədə iştirak etməmişdir. Ona görə də Rəşad pulu iddiaçıdan tələb edir. Ancaq o, Rəşad adlı şəxsi görməmiş, onunla ev alğı-satqısı barədə, yaxud da beh haqqında heç bir söhbət etməmişdir. Bütün bu maddi məsul münasibətlər Əfqanla Rəşad arasında olmuşdur. Cavabdeh aldığı 51 min manat 2 qat misli ilə yəni 102 min manat iddiaçıdan tələb olunur. Əfqanın söylədiyinə görə Rəşada pulu qaytarmışdır. Buna onun yetərincə sübutu da var. Lakin bütün bunlar Əfqan X3rşı iddiasıdır. İddiaçı Cavabdeh bu əməlləri barədə Səbail rayon polis idarəsinə də müraciət etmiş, orada Cavabdeh Rəşaddan pulu aldığını və geri qaytardığını, iddaçının bundan xəbərsiz olduğunu da bildirmişdir. Hazırda iddiaçının mənzili Cavabdeh aldığı borc pulun müqabilində yenə də həbsdədir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Yasamal Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)- 2988/2019 saylı, 20.08.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 102000 manat beh pulu, 200 manat vəkil xidməti xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 102230 manat məbləğində pul X4 xeyrinə tutulmuşdur. İş materiallarında olan Səbail RPİ-nin 29-cu PŞ-nin 20.02.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətinə əsasən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə aralarında yaranmış mübahisə mülki xarakterli olduğundan həmin mübahisə barədə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, 2017-ci ildə özünə məxsus Yasamal rayonu ,Y.Yasamal 1 ev 811 mənzilini X6 ilə Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 23 də yerləşən 46, 47 və 48 saylı mənzillərə dəyişmək barədə razılaşmışdır. "xxxx" ASC-yə kredit borcu olduğuna görə dəyişəyəcəyi mənzilləri sataraq borcunu ödəmək və Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən sement zavodunu açmaq istəmişdir. Bu məqsədlə Xanbaba Əzizov 2017-ci ildə bacısı İddiaçı etibarnamə alıb ona vermişdir ki, mənzilləri sataraq banka olan kredit borcunu ödəsin. O, hazırda yaşadığı evi Xanbaba Əzizova vermiş, təxminən 3 ay sonra Xanbaba ailəsi ilə birlikdə onun evində yaşamışdır. Bundan sonra X7 həmin mənzilləri ondan 175000 manata almağa razılaşmış, bu məqsədlə onlar beh müqaviləsi bağlamış və 3 dəfəyə sonuncudan 51000 manat beh kimi pul almışdır. 3 aydan sonra Xanbaba Əzizov fikrinin dəyişdiyini və həmin evi satmaq istəmədiyini bildirmiş, o da həmin evin sənədlərini və etibarnaməni sonuncuya qaytarmışdır. Bundan sonra Rəşad Bağırova 22000 manat pul, qalan pulun əvəzinə 56 ton sement daşlarını üyüdən şarlar və Qobustan rayonundakı zavoda aid dalan yolun dəmir relslərin sökərək salıb, pulunu göndərmişdir. Rəşada olan borcunu tam bağlamışdır. Sonradan məlumatı olmuşdur ki, Rəşad Bağırov məhkəməyə müraciət edərək İddiaçı pul tələb edir. Apellyasiya məhəkəməsi zamanı Rəşad Bagirov üzləşmə üçün məhkəməyə gəlməmişdir. Əzizov Xanbaba isə hazırda Rusiya Federasiyasının Sankt Peterburq şəhərində yaşayır. İşin mübahisəsiz halıdır ki, iddiaçı mülkiyyətində olan mənzillər barədə cavabdehə etibarnamə vermiş, o isə həmin etibarnamə əsasında mənzilləri X1 üçün onunla beh müqaviləsi bağlayaraq 51000 manat beh almışdır. Lakin həmin mənzillər X4 adına rəsmiləşdirilməyərək ona təhvil verilmədiyindən o, məhkəmə qaydasında iddia qaldırmış və qəbul edilmiş qətnaməyə əsasən İddiaçı X4 xeyrinə verilmiş behin iki misli olaraq 102000 manat məbləğində pul tutulmuşdur. Hazırda iddiaçı beh müqavilələrinin bağlandığından xəbəri olmadığını bildirərək Cavabdeh təqsirli hərəkətləri nəticəsində ona dəymiş 102000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Cavabdeh izahatında beh kimi aldığı pulu iddiaçıya verdiyini bildirməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iş materialları ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 102000 manat məbləğində ziyan dəydiyi müəyyən edildiyindən cavabdehdən iddiaçının xeyrinə dəymiş ziyanın əvəzi olan 102000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 102000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 102000 (yüz iki min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində cavabdeh həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6680/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-6680/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver