Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6723/2021 23.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əfəndiyeva Gülnar Füzuli qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehoviçə qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehoviçə qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 130 saylı evdə sahəsi 14,4 kv metrdən ibarət 1 otaqlı mənzilin alqı-satqısına dair müqavilənin mərhum atası X9 ilə Cavabdeh arasında 1994-cü ildə bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 130 saylı evdə sahəsi 14,4 kv metrdən ibarət 1 otaqlı mənzilin alqı-satqısına dair müqavilənin İddiaçı ilə Cavabdeh arasında 1994-cü ildə bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını xahiş etmişlər. Məhkəmə, iddiaçı və nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 130 saylı evdə sahəsi 14,4 kv metrdən ibarət bir otaqlı 38 saylı mənzilin alqı-satqısına dair müqavilənin İddiaçı ilə Cavabdehoviç arasında 1994-cü ildə bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Mişiyev Qennadinin 1 otaqlı, iddiaçının atasının isə 3 otaqlı evi olub. 1993-cü ildə Suqranın atası ilə Cavabdeh söhbət edərkən Suqaranın atası Suqraya ev almaq istədiyini demiş, Qennadiy isə ailəsi ilə birlikdə ölkədən köçəcəyini və bu səbəbdən də evi satmaq istədiyini bildirmişdir. Qennadiy ilə Suqranın atası evin alqı-satqısı barədə razılığa gəlmişlər və qonşu olan Elmira xanımı da çağırıblar ki, aralarında olan alqı-satqı müqaviləsinə şahidlik etsin. Öz aralarında razılaşıblar ki, 1 aydan sonra Cavabdeh qayıtsın və evi Suqranın adına rəsmiləşdirsinlər. Amma o vaxtadn bəri qayıtmayıbdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Mişiyev Qennadı onların qonşusu olmuşdur. İsrailə gedərkən atasının Suqra üçün ev almaq istədiyini bildiyindən onun evini almağı təklif etmişdir. Suqranın atası razılaşmış və Qennadiy söz vermişdir ki, 1 ay sonra gəlib evi Suqranın adına rəsmiləşdirəcək. Lakin getdikdən sonra bir daha geri qayıtmamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Mişiyevlər gedəndən sonra əvvəllər bir neçə dəfə onlarla əlaqə saxlamış və bildirmişlər ki, Azərbaycanda yarımçıq işləri var və gəlib onları həll edəcəklər. Lakin bir müddətdən sonra ümumiyyətlə onlarla əlaqə kəsilmişdir və iddiaçı dəfələrlə onları axtarmağa, onlarla əlaqə qurmağa çalışsa da, bu mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Suqranı anadan olandan tanıyır. Suqranın ailəsi 3-cü mərtəbədə, onlar isə 4-cü mərtəbədə qalıblar. Suqranın əmisi uşaqları ilə bir yerdə oxuyub. Cavabdeh ailəsi ilə İsrailə getməyə hazırlaşırdı, Suqranın atası evi almaq istədi, aralarında razılaşdılar ki, Qennadiy 1 ay sonra qayıdıb evi Suqranın adına rəsmiləşdirsin. Lakin gəlmədilər. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, getdikdən sonra bir daha Qennadigili görməmişdir. Həmin evdə əvvəl Suqranın atasıgil yaşayırdı, daha sonra Suqra yaşamağa başladı. Atasıgil isə yaxınlıqda yaşayır. Müqavilənin bağlanılmasında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 1982-ci ildən qeyd edilən ünvanda yaşayır. Suqra 1998-ci ildə toyu olandan sonra orda yaşamağa başlamışdır. Belə ki, Suqra həmin evə gəlin köçmüşdür. Həmin vaxtdan da o evdə yaşayır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Mişiyev Qennadini tanımır. Elə bir adam yadında deyil. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.10.2021-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş 18.04.1994-cü il tarixli müqavilənin surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 130, mənzil 38 Yasamal Rayon Mənzil İstismar İdarəsi tərəfindən Cavabdehoviçə əvəzsiz verilmişdir. İş materiallarında olan 27.05.1994-cü il tarixli alqı-satqı razılaşmasına əsasən müəyyən olunur ki, Cavabdehoviç həmin razılaşmada mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 18 saylı mənzili ünvan 17 saylı mənzildə yaşayan X7 6000 manata satmış və həmin mənzili İddiaçı üçün aldığını qeyd etmiş və Cavabdehoviç 1 aydan sonra alqı-satqı müqaviləsini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AZ-İ №850756 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06.01.2017-ci il tarixdə serebral ateroskleroz xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan İV-ЖГ№ 451209 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı atası X9, anası isə X2r. İş materiallarında olan X6, X4, X3 tərəfindən imzalanmış 17.09.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı doğulduğu vaxtdan ailə qurana kimi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 130 saylı evin əvvəl 37 saylı mənzilində valideynləri ilə birlikdə yaşamış, ailə qurduqdan sonra, yəni 12 aprel 1998-ci ildən etibarən bu günə kimi həmin binanın 38 saylı mənzilində uşaqları ilə birlikdə yaşayır. Həmçinin qeyd edilmişdir ki, İddiaçı atası X1 mənzili (yəni 38 saylı mənzili) 1994-cü ildə 6 min manata (həmin dövrdə 6 min rubla) Cavabdeh satın almışdır və 1994-cü ildən etibarən həmin mənzil ailənin istifadəsindədir. Cavabdeh mənzili satdıqdan sonra ailəsi ilə birlikdə pasport qeydiyyatından çıxaraq mənzili təhvil vermiş, lakin alqı-satqısını rəsmiləşdirmədən İsrailə köçmüşdür. Ötən illər ərzində bir dəfə də olsun Azərbaycana gəlməmişdir. İş mateiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 4413072№-li arayışa əsaəsn müəyyən olunur ki, İddiaçı 14.09.2021-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır, həmin mənzildə qeydiyyatda olan başqa səxslər yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsinin sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, sorğu edilər şəxslər Dövlət Mixayılovna, Cavabdeh Elxanoviç, X12, X13 qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Yasamal Rayon Məhkəməsinə ünvanladığı 04.11.2021-ci il tarixli 33/3856 saylı sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izhatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı iş materialaları və şahid ifadələri ilə müəyyən edilmişdir ki , Bakı şəhəri, ünvan 18 saylı mənzil Cavabdehoviç və X9 arasındakı 27.05.1994-cü ildəki razılaşmaya əsasən, sonuncunun qızı İddiaçı üçün satılmış, lakin müvafiq rəsmiləşdirilmə həyata keçirilməmişdir. Tərəflər aralarında razılığa gəlmişlər ki, alqı-satqıdan bir ay sonra Cavabdehoviç Azərbaycana qayıdaraq həmin mənzili İddiaçı adına rəsmiləşdirsin. Lakin Cavabdeh Elxanantoviç Azəbaycan Respublikasına qayıtmamışdır. İddiaçı 1998-ci ildə həmin mənzilə köçmüş və hal-hazırkı dövrədək qeyd edilən mənzildə yaşamaqdadır. 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəllənin 43-cü maddəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, Ərizəçi buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 130 saylı evdə sahəsi 14,4 kv metrdən ibarət bir otaqlı 38 saylı mənzilin alqı-satqısına dair müqavilə İddiaçı ilə Cavabdehoviç arasında 1994-cü ildə bağlanmış hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6723/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-6723/2021
23.11.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver