Məhkəmə qərarları › İş №2(004)-6725/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6725/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6725/2021 02.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı Orucov Arı̇ f Aydın oğlunun, Cavabdehlər Cavabdeh4 və Orucova İ̇radə Əbülfəz qızının iştirakları ilə, İddaçı Orucov Arı̇ f Aydın oğlunun cavabdehlər Cavabdeh4, Cavabdeh1, Orucova İ̇radə Əbülfəz qızına, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı "yaşayış otaqlarından istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Orucov Arı̇ f Aydın oğlu cavabdehlər Cavabdeh4, Cavabdeh1, Orucova İ̇radə Əbülfəz qızına, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı "yaşayış otaqlarından istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 71.10 kv.m olan, 5 otaqlı 161 saylı mənzildən, kommunal otaqların ümumi istifadədə olması nəzərə alınmaqla, ona hər birinin sahəsi 20 kv.m olmaqla 2 otaq ayırılmaqla bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 71.10 kv.m olan, 5 otaqlı 161 saylı mənzildə yaşayır və qeydiyyatdadır. Həmin mənzilin icarədarı atası X5 olmuşdur. Göstərilən yaşayış sahəsində qardaşları Cavabdeh4 və Cavabdeh1, keçmiş həyat yoldaşı Cavabdeh5 Ağabülfəz qızı və Cavabdeh2 qızı qeydiyyatdadırlar. Əvvəllər valideynləri və qardaşları ilə birlikdə ünvan 2 ünvanında 12 kvadratmetrlik bir otaqlı evdə yaşamışdır. Qeyd edilən mənzildə həmçinin, X5, anası X4, qardaşları X6, İddiaçı, Cavabdeh4 və Cavabdeh1 yaşamışdırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasında ehtiyac duyulduğdan, elementar sanitar və gigiyenik yaşayış şəraitinin olmaması ilə əlaqədar atası mənzil uçotuna alınmış və 1990 ildə ona hazırki mənzilə dair order verilmişdir. 1993-cü ildə qeyd edilən yaşayış sahəsində anası X1, qardaşları X2 və Cavabdeh4, keçmiş həyat yoldaşı Cavabdeh5 Ağaəbülfəz qızının və onların uşaqları Cavabdeh2, X7 və Cavabdeh1 qeydiyyatı rəsmiləşdirilmişdir. 1990-cı ildə atası, 2011-ci ildə isə anası vəfat etmişdir. Anası 2004-cü ildən 2011 ilədək xəstə olduğu müddətdə onun yanında olmuş və hərtərəfli yardım göstərmişdir. 1985 ildə ailə məsələlərinə görə Leninqrad vilayətinə getmək məcburiyyətində qalmış və yalnız 1996-cı ildə qayıtmışdır. 2014-cü ildə məhkəmə qərarı ilə ata evinə qeydiyyata düşmüşdür. X6 ailəsi ilə birlikdə, o cümlədən Hüseyn daimi yaşayış yeri kimi Leninqrad vilayətinə köçmüşlər, özü isə 1996-cı ildən anası, arvadı və oğlu ilə anası dünyasını dəyişənədək birlikdə yaşamışdır. X12 Arifoviç Krasnoyarsk şəhərində Universiteti bitirmiş və yuxarıda qeyd edilən şəxslərlə birgə yaşaması mümkün olmadığı üçün Bakı şəhərinə qayıda bilmir. 1993-cü ildən gəlini Cavabdeh5 qardaşı Cavabdeh4la nikah münasibətlərini ləğv edildiyinə görə birlikdə yaşamırlar. 2004-cü ildə isə Cavabdeh5 hiylə yolu ilə mübahisəli evə köçmüşdür. Qardaşı Cavabdeh4 qeyd edilən mənzilə 2011 ildə anasının vəfatından sonra köçmüşdür. Gəlin uşaqları ilə iki otaq məşğul edib. Qardaşı Azad isə birgə yaşadığı qadın Məmmədyarova Nigarla birlikdə üçüncü otaqda yaşayır. 2011 ildən mənzildə, birgə yaşayışı mümkünsüz edən qeyri-sağlam durum yaranmışdır. Belə ki, qalmaqala çevrilən daimi mübahisələr zəmnində o və həyat yoldaşı sistematik təhqirlərə və bədən xəsarətlərinə məruz qalır. Azadın birgə yaşadığı tanışı Məmmədyarova Nigarın davranışı dəfələrlə hüquq-mühafizə orqanlarının baxış predmeti olmuşdur. Məhz bu səbəbdən 2018 ilin may ayından gəlin onun və həyat yoldaşı barəsində daimi tətbiq etdiyi qanundan kənar hərəkətlərinə görə mümkün cinayət təqibindən qorxaraq mübahisəli mənzildən köçmüşdür. Azad və Məmmədyarova Nigar açıqcasına bildirirlər ki onları mənzildən məcburi sıxışdırıb çıxaracaqlar və həmin mənzil tam şəkildə onlara qalacaq. Buna görə də rəsmi şəxslərin hərəkətsizliyi sonunda əvəzedilməz faciəyə gətirib çıxara bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı Orucov Arı̇ f Aydın oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 mübahisəli evi 1990-cı ildə almışlar. Ev orderlə atasının adına olub. Atası rəhmətə gedəndən sonra ev anasının adına keçib. Atası rəhmətə gedəndə Arif Azərbaycanda yox idi. O, 1995-1996-cı illərdə gəlib. Arif həmin evə 2014-cü ildə qeydiyyata düşüb. Həmin evdə o, İradə və uşaqları yaşamışdır. Arifi həmin evə o qeydiyyata saldırmışdır. Aralarında razılaşma belə olub ki, onu qeydiyyata sadırır, evin 1 otağına düşən pay onun olacaq. Lakin Arif indi ondan evin yarısını tələb edir. Buna razı deyiləm. Arif həmin mübahisəli evdə yaşayır. İddia tamamilə əsasızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh Orucova İ̇radə Əbülfəz qızı iddia tələbinin əsassız və qanunsuz olduğunu göstərərək, məhkəmədən onun rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, gəlməyən cavabdehlərin və üçüncü şəxs in nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə 1986-cı il tarixli Mənzil Məcəlləsinin 53, 55, 84 və 123-cü maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 71.10 kv.m olan, 5 otaqlı 161 saylı mənzil dövlət mülkiyyətində olmaqla, 1990-cı ildə iddiaçı Orucov Arı̇ f Aydın oğlunun atası X3 icarəyə verilmişdir. Hazırda iddiaçı cavabdehlər tərəfindən birgə yaşayışı mümkünsüz edən şəraitin yaradılmasını əsasə gətirərək, mübahisəli mənzilin yardımçı sahələrinin ümumi istifadədə olmaqla, hər birinin sahəsi 20 kv.m. olan 2 otağının ona ayrılmaqla bölünməsi ilə bağlı, məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 71.10 kv.m olan, 5 otaqlı 161 saylı mənzil dövlət mülkiyyətindədir, iddiaçının və cavabdehlərin həmin mənzildən istifadə hüquqları mövcuddur. Mənzilə dair icarə müqaviləsinin bağlandığı şəxslər vəfat etmişdir və hazırda tərəflərin heç biri ilə yeni icarə müqaviləsi bağlanmamışdır. 01.10.2009-cu il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. KM Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu Məcəllənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatlarının evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.1-ci maddəsinə əsasən bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Göründüyü kimi, iddiaçı Orucov Arı̇ f Aydın oğlu dövlət mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 71.10 kv.m olan, 5 otaqlı 161 saylı mənzilə və ya onun ayrıca otağına dair onunla icarə müqaviləsinin bağlanması, və yaxud da, mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə özəlləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etmədən bilavasitə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu da qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddaçı Orucov Arı̇ f Aydın oğlunun cavabdehlər Cavabdeh4, Cavabdeh1, Orucova İ̇radə Əbülfəz qızına, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı "yaşayış otaqlarından istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar