Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-674/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 1030 nömrəli əmrin ləğv olunması,işə bərpa,məcburi iş buraxma müddəti üçün 1535 manat pulun cavabdehdən alınaraq ona verilməsi,mediasiya ilə bağlı 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildən Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mehdiabad qəsəbəsi üzrə MKİS-də qeydiyyatçı-kargüzar vəzifəsində işləyirdi. İşlədiyi müddətdə həmişə işinə məsuliyyətlə yanaşmış, işini vicdanla yerinə yetirmiş, hətta iş saatından çox işlərə cəlb edilsə də, heç zaman səsini çıxarmamış, başını aşağı salıb öz işini görmüşdür. İş kollektivi arasında xüsusi hörmətə malik olmuş, hər kəs ilə normal həm işgüzar, həm də insani münasibətlər saxlamışdır. Həmçinin həmin ərazinin sakinləri arasında hörmətə malik olmuşdur. İşlədiyi müddət ərzində hər hansı intizam tənbehi almamış, ona qarşı heç bir xəbərdarlıq və ya töhmət verilməmişdir. 2022-ci ildə MİD-ə Etiqad Məmmədov direktor müavini təyin olunduqdan sonra həm MİD-də, həm də onun tabeliyində olan MKİS-də xaos vəziyyəti yarandı. Onun faktiki olaraq rəhbərlik etdiyi bir neçə ay ərzində onun çalışdığı MKİS-də onun qanunsuz əməllərini qeyd-şərtsiz yerinə yetirən Ayşən Əlvəndova vasitəsi ilə 5 işçi şərlənərək qanunsuz olaraq işdən azad edildi. Hər 2 şəhərcikdə Etiqad Məmmədovun çoxsaylı korrupsiya əməlləri ilə bağlı məlumatlı olduğu üçün o, öz əlaltısı Ayşən Əlvəndova ilə birləşərək ona şər atmağa başladılar. Ona bildirirdilər ki, “ərizəni yaz, könüllü işdən çıx, yoxsa səni şərləyərək maddə ilə işdən çıxaracağıq”. Onların bu qanunsuz təkliflərinə və hədə-qorxularına etiraz edir və bildirirdi ki, o, öz işində nümunəvi xidmət apardığı halda niyə öz ərizəsi ilə işdən çıxmalıdır?! Və ya hansı əsasla onu maddə ilə işdən çıxaracaqlar? Çalışdığı 4 il ərzində əmək məzuniyyətinə çıxmaq istəsə də, MİD-in direktoru Səbuhi Əhmədov buna icazə vermirdi. Sonda isə tam qanunsuz olaraq və belə hal baş vermədiyi halda onu guya üzürsüz səbəb olmadan işə gəlməməsinə görə işdən azad ediblər. İş yerinin girişində video-nəzarət kamerası var və həmçinin idarədə tabel kitabı var ki, bunlar nəzərdən keçirilsə, görülər ki, onu qondarma, saxta əsasla işdən çıxarıblar. Ağır maddə ilə qanunsuz işdən çıxarılmasına baxmayaraq, qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq ondan heç bir izahat alınmamışdır. Əmək müqaviləsi ilə bağlı elektron informasiya sistemində xitam maddəsi AR Əmək Məcəlləsinin 68.2a maddəsi göstərilsə də, işdən çıxarılma ilə bağlı əmrdə "70-ci maddənin ç və 72-ci maddənin a bəndləri” göstərilmişdir. Bu isə cavabdehin qanunsuz əməlindən savayı, həm də onların qeyri-peşəkarlığının göstəricidir. O, nə özü işdən çıxmağı ilə bağlı ərizə yazmış, nə də əmrdə yazılan pozuntunu törətmişdir. Mübahisələndirilən əmrlə bağlı ilk növbədə qeyd olunmalıdır ki, onun əmək müqaviləsinə xitam verilməsi əmri qanunvericiliyin tələbinə uyğun əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə onun yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. Əmr ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparıllmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Məcburi iş buraxma müddəti üçün məhkəmə tərəfindən qətnamənin 2023-cü ilin fevral ayının sonunda çıxarılacağını ehtimal edərək 04 oktaybr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinədək 5 ay nəzərə alınmaqla, ümumilikdə 1535 manat pulun qarşı tərəfdən alınaraq ona ödənməsini tələb edir. Həmçinin mediasiya xərcinin qarşı tərəfdən alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı və vəkili iddianı müdafiə edirək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda aşağıdakılar qeyd edilmişdir: İddia tam əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən 72-ci maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdən iddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. İddiaçı Komitəninn Mənzil İstismar Departamentinin Abşeron Rayon Mehdiabad qəsəbəsi üzrə MKİS-də qeydiyyatçı-kargüzar vəzifəsində işlədiyi tarixdə əmək intizamını kobud surətdə pozaraq və özbaşınalıq edərək məcburi köçkün qəsəbəsində qeydiyyatda olmayan və faktiki yaşamayan şəxslərin orada yaşamaları haqqında saxta arayışlar hazırlamış və həmin arayışları rəsmi qaydada təsdiqləyərək əlbir olduğu şəxslərə təqdim etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli 30 nömrəli əmrlə şiddətli töhmət verilsə də, o, öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə davam edərək işində bilərəkdən ciddi nöqsanlara yol vermiş və ona sonuncu şiddətli töhmət verilməsinə baxmayaraq o, öz qanunsuz əməllərini törətməkdə davam etmişdir. Yuxarıda qeyd olunan faktların doğruluğu İddiaçı Komitə sədrinə ünvanlanmış üzrxahlıq ərizəsində də öz təsdiqini tapmışdır. İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadəyə davam edərək işində ciddi nöqsanlara yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunsa da, intizam tənbeh tədbirindən nəticə çıxarmayıb qanunsuz hərəkətlərinə davam etmişdir. Bu barədə Departamentin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 12 saylı protokolu da tərtib edilmişdir. İşçi işində yol verdiyi ciddi nöqsanlara görə Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən qanuni əsaslarla işdən azad edilmişdir. Odur ki, iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 04 oktyabr 2022-ci il tarixli 1030 saylı əmrindən görünür ki, Abşeron rayon Mehdiabad Mənzil-Kommunal İstismar Sahəsinin qeydiyyatçı-kargüzarı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72ci maddəsinin a) bəndinin tələblərinə müvafiq olaraq 70-ci maddəsinin ç) bəndinə əsasən 04 oktyabr 2022-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda... Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçının əmək vəzifələrini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əmrin verilməsinə əsas kimi əmrdə Mənzil İstismar Departamentinin Həmkarlar İttifaqı Komitəsinin 04 oktyabr 2022-ci il tarixli 12 saylı protokolu göstərilmişdir. Həmin protokoldan isə görünür ki, Həmkarlıq İttifaqı işəgötürən Mənzil İstismar Departamentinin direktorunun İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz işində qəsdən ciddi nöqsanlara yol verərək saxta arayışlar verməsi, yol verdiyi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilməsi, buna baxmayaraq yenidən eyni nöqsana yol verməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə təqdimatına əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə pozulmasına razılıq vermişdir. Əmək Məcəlləsinin 300.1.-ci maddəsinə əsasən də əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi əsasları pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 04 oktyabr 2022-ci il tarixli 1030 saylı əmri ləğv olunmalı, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Abşeron rayon Məhdiabad Mənzil-Kommunal İstismar Sahəsinin qeydiyyatçı-kargüzarı işinə bərpa olunmalıdır. Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin İddiaçı ilə aparılmış son haqq hesaba dair arayışdan görünür ki, iddiaçının əmək haqqısı 338 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 50 manat mediasiya xərci cavabdehdən iddiaçıdan xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14.-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, iddia təmin edilməsinə baxmayaraq cavabdeh dövlət büdcə təşkilatı olduğundan ondan dövlət rüsumu tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası CavabdehMənzil İstismar Departamentinin xx.xx.2022-ci il tarixli, 1030 saylı əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası CavabdehMənzil İstismar Departamentinin Abşeron Rayon Mehdiabad Mənzil-Kommunal İstismar Sahəsinin qeydiyyatçı-kargüzar vəzifəsinə bərpa olunsun. Azərbaycan Respublikası CavabdehMənzil İstismar Departamenti tərəfindən 50 (əlli) manat mediasiya xərci İddiaçı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova