Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6741/2025 06.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı cəlb edilməklə “ahıl şəxsə qulluq etmə barədə hüququ faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı cəlb edilməklə “ahıl şəxsə qulluq etmə barədə hüququ faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ahıl xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X2 19 il (70 yaşı tamam olduğu vaxtdan xx.xx.2019-cu il tarixinədək) qulluq etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsalandırmışdır ki, xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X5 ölən günədək onun yanında olmuş, bu illər ərzində bir övlad kimi onun bütün baxım və saxlanması ilə o, məşğul olmuşdur. Belə ki, yaşlı və ahıl anasına qulluq etdiyi üçün bu illər ərzində də əmək fəaliyyəti ilə məşğul ola bilməmiş, onun daima qulluğunda durmalı olmuşdur. Onu da bildirmişdir ki, 65 yaşı tamam olduğu zaman yaşa görə əmək pensiyasının ona təyin edilməsi üçün aidiyyatı üzrə inzibati orqana müraciət etmişdir. Lakin kifayət qədər əmək stajının olmadığı ona bildirilmiş, xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X1 70 yaşı tamam olduğu vaxtdan ölən günədək ona baxmağını təsdiq edən məhkəmə qətnaməsi əsasında həmin müddətin onun əmək stajına əlavə ediləcəyi, yalnız bundan sonra ona yaşa görə əmək pensiyasının təyin edilə bilməsinin mümkünlüyü ona bildirilmişdir. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarının 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 1. patronajın təyin edilməsi barədə qərara əsasən; 2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Məhz belə olduqda əmək pensiyasına dair mübahisənin həlli, mərhum anasına qulluq etdiyi müddətin onun sosial sığorta stajına əlavə edilməsi üçün qanunvericiliyin tələbinə uyğun olaraq xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X2 19 il- 70 yaşı tamam olduğu vaxtdan xx.xx.2019-cu il tarixinədək qulluq etməyi faktının müəyyən edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı 08 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, işin faktiki hallarına əsasən, ərizəçi xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi mərhum valideyni 1930-cu il təvəllüdlü X2 70 yaşının tamam olduğu tarixdən vəfat etdiyi tarixədək qulluq etnə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətlərinə aid edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin anası X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci bəndində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Bildirmişdir ki, ərizəçi ilkin olaraq Nizami Rayon Məhkəməsinə hazırda mövcud olan eyni tələblə müraciət etmiş, nəticədə sözügedən məhkəmənin xx.xx.2025-ci il tarixli e-2(007)-2252/2025 nömrəli qərardadı ilə ərizənin yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə icraata qəbul edilməkdən imtina edilmiş, ərizəçiyə aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Lakin, ərizəçi tərəfindən sözügedən qərardaddan şikayət verilməmişdir. Yuxarıda sadalanan halları nəzərə alaraq, məhkəmədən Ərizəçi “ahıl şəxsə qulluq etmə barədə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi" tələbinə dair 2(004)- 6741/2025 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, atası daha əvvəl 57 yaşında vəfat etmişdir. Anasının daimi yaşayış evi onun yanında olmuşdur. Heç bir xəstəliyi olmamışdır. Yaşlılıq səbəbindən vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 ərizəyə etiraz edərək, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Sədrlik verənin sualına cavab olaraq bildirdi ki, ərizəçi 2019-cu ilin may ayından 2024-cü ilə kimi çalışmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadəsini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuşdur. - Şərur rayon Sədərək İcra nümayəndəliyi tərəfindən verilmiş AZ-T № 246399 saylı, 19 sentyabr 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1959-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuşdur. X4, anası isə X3r. - 02 saylı “Bakı Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 061084 saylı, 27 dekabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 15 dekabr 2019-cu il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının Ərizəçi ünvanladığı 06 sentyabr 2024-cü il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında cavab məktubuna əsasən mərhum anası X2 qulluq etdiyi dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyinin tələbləri baxımından mümkün olmamışdır. 121 saylı MKİS-nin 346 saylı 17 dekabr 2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Anası – mərhumə X5 2001-ci ildən vəfat etdiyi günə, yəni 2019-cu ilin dekabr ayına qədər bu ünvanda onun yanında yaşamışdır. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Ərizəçi ilə 1990-cı ildə ailə həyatı qurmuşlar. Ailə həyatı qurandan qaynanası onlarla yaşamışdır. Həyat yoldaşı işsiz olduğu üçün o, işləmiş və o da anasına baxmışdır. Qaynanası ölən günə kimi onlarla birlikdə yaşamışdır. O, Ərizəçi xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X2 01 may 2019-cu il tarixədək qulluq etməsi faktını təsdiq edir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun atasıdır. O, doğulandan bəri nənəsi onlarla qalmışdır. Anası işlədiyi üçün nənəsinə atası baxırdı. Onun heç bir xəstəliyi olmamışdır. Yaşı ilə əlaqədar vəfat etmişdir. Babası daha əvvəl rəhmətə getmiş, onu heç görməmişdir. O, Ərizəçi xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X2 01 may 2019-cu il tarixədək qulluq etməsi faktını təsdiq edir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, ərizəçinin anası X5 15 dekabr 2019cu il tarixdə vəfat etmişdir. Şahid ifadələri və işdə olan sübutlarla da müəyyən olundu ki, mərhum X5 ölən günədək ərizə və onun ailə üzvləri ilə birlikdə yaşamış, ərizəçi uzun müddət – anasının 70 yaşından, yəni 2000-ci ildən etibarən 01 may 2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmamış, ona qulluq etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarının 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 1 patronajın təyin edilməsi barədə qərara əsasən; 2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X2 01 may 2019-cu il tarixədək qulluq etməsi faktı iş materialları ilə və şahid ifadələri ilə sübut olunduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X2 mərhumun 70 yaşı tamam olduğu vaxtdan - 01 may 2019-cu il tarixədək qulluq etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6741/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6741/2025
06.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver