Məhkəmə qərarları › İş №2(004)-6751/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6751/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6751/2021 10.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X12 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC BOKT-ın Cavabdeh Əhliman oğluna qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı "xxxx" QSC Bokt Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 868,34 ABŞ dolları, faiz borcu üzrə 488,61 ABŞ dolları olmaqla cəmi 1356,95 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-VV-*** dövlət qeydiyyat nişanlı “Geely MK” markalı minik avtomobilinə (buraxılış ili 2013, ban-LB37624SDL018768, rəngi-ağ) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin qəbul etmədiyini. "xxxx" ASC-nin Sənaye filialından 13.08.2013-cü il tarixdə, 17 % dərəcəsi ilə, 36 ay müddətinə 8.990 (səkkiz min doqquz yüz doxsan) ABŞ dolları məbləğində kredit götürdüyünü, həmin kreditin təminatı olaraq mülkiyyətində olan **-VV-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobilinin ipoteka ilə yüklü edildiyini, iddiaçının ofisinə getdiyini, orada nə qədər borcu olmasını soruşduğunu, ona orada zəng olunub məlumat veriləcəyi deyildiyini, cavavbdehə zəng edib 1477 manat borcunun olmasını bildirdiklərini, indi isə 1356.95 (bir min üç yüz əlli altı ABŞ dolları, 95 sent) ABŞ dolları borcunun olduğunu dediklərini, iddiaçıya müraciət edərək borcunu hissələrə bölünməsini xahiş etdiyini bildirmiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.08.2013-cü il tarixli 01202 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, borcverən nəqliyyat vasitəsinin alınması məqsədilə borc alana 8990 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 36 müddətinə, 13.09.2013-cü il tarixdən 13.08.2016-ci tarixədək, sonuncu ay 320,47 ABŞ dolları olmaqla, hər ay 320,52 ABŞ dolları, cəmi 11538,64 ABŞ dolları məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.01.2020-ci il tarixli və 25.08.2020-ci il tarixli bildirişlərə əsasən müəyyən olunur ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 27.09.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, cavabdehin 24.09.2021-ci il tarixə 868,34 ABŞ dolları əsas, 488,61 ABŞ dolları faiz borcu olmaqla cəmi 1356,95 ABŞ dolları borcu vardır. İş materiallarında olan Cavabdeh illə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanmış 13.08.2013-cü il tarixli 1202 saylı ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış 13 avqust 2013-cü il tarixli 1202№-li Kredit müqaviləsinə əsasən 8990 ABŞ dolları məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər Geely MK (minik tip-sedan , buraxılış ili 2013, mühərrik MR479QAD3N577037, Ban LB37624SDL018768, rəngi-ağ) nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Geely MK minik markalı, 90VV69 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 13.08.2013-cü il tarixli, AA№096825 seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, X2 Geely MK minik markalı, 90VV69 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipotekaya qoymuş, ABB ASC sənayer bankı isə Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka saxlayan şəxsdir. İş materiallarında olan X10 edilməsi Agentliyi MMC-nin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı 29.07.2019-cu il tarixli Bildirişin qeydə alınmasına dair ərizəyə əsasən müəyyən olunur ki, Cavabdeh bank qarşısında bağlanmış 13.08.2013-cü il tarixli, 01202 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyi yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 19.07.2019cu il tarixdə bildiriş ipotekaqoyana təqdim edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsindən “Bildirişin qeydiyyata alınmasına dair” ərizənin qeydiyyata alınması və bir nüsxəsinin X10 edilməsi Agentliyinə göndərilməsi xahiş edilmişdir. İş materiallarında olan 11.08.2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqaviləyə əsasən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlaması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570№-li fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı” ASC fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünəməxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da “Aqrarkredit QSC-yə güzəşt etmişdir. İş materiallarında olan 24.11.2017-ci il tarixli S-AVK-1496 saylı Aqrarkredit tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təslim aktından görünür ki, borc alan Cavabdeh borcu ilə bağlı sənədlər Aqrarkredit QSC tərəfindən satın alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh əsas borc üzrə 868,34 ABŞ dolları, faiz borcu üzrə 488,61 ABŞ dolları olmaqla, cəmi 1356,95 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT – a ödənilməli, tələb Cavabdeh mülkiyyətində olan **-VV-*** dövlət qeydiyyat nişanlı, “Geely MK” markalı minik avtomobilinə (buraxılış ili 2013, ban-LB37624S9DL018768, rəngi-ağ) yönəldilərək açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait İddiaçı QSC BOKT-ın hesabına ödənilməli, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh Əhliman oğluna qaytarılmalı, satışdasn əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği Cavabdeh Əhliman oğlundan tutularaq İddiaçı QSC BOKT-a ödənilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iddiaçı təərfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin maddənin 2-ci bəndinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739-2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 868,34 ABŞ dolları, faiz borcu üzrə 488,61 ABŞ dolları olmaqla, cəmi 1356,95 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT –a ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan **-VV-*** dövlət qeydiyyat nişanlı, “Geely MK” markalı minik avtomobilinə (buraxılış ili 2013, ban-LB37624S9DL018768, rəngi-ağ) yönəldilərək açıq hərracda satılsın və satışdan əldə edilən vəsait İddiaçı QSC BOKT-ın hesabına ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. Satışdasn əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği cavabdeh Musayev X5 tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar