Məhkəmə qərarları › İş №2(004)-6754/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6754/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6754/2021 07.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X7 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdehin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC BOKT-nın Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair" ilkin və iddiaçı Cavabdeh "xxxx" QSC BOKT-yə qarşı “ipoteka müqaviləsinin ləğv olunması tələbinə dair” qarşılıqlı iddia ərizələri mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.226,06 manat əsas borc, 3981,51 manat faiz borcu olmaqla, cəmi 15.207,57 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “X8 5” minik markalı (buraxılış ili 2013, ban - GWDBE175DC675049, rəngi - ağ), **-GL-*** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" AS-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər 26.12.2017-ci il tarixli S-AVK-1784 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSCyə verilmişdir. "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 08.01.2014cü il tarixli, 658 G saylı kredit müqaviləsinə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə illik 19%-lə, 48 ay müddətinə 15.430 manat məbləğində kredit verilmişdir. 18.03.2014cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-GL-*** dövlət qeydiyyat nömrəli “X9 5” minik markalı avtomobil 08.01.2014-cü il tarixli, 658 G saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka Müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 08.01.2014-cü il tarixli, AA seriyalı, 115638 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Nəticədə onun banka olan borcu 11.226,06 manat əsas borc, 3981,51 manat faiz borcu olmaqla, cəmi 15.207,57 manat təşkil edir. Bank tərəfindən pul məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilməsinə və tez bir zamanda borcun ödənilməsinin tələb olunmasına baxmayaraq, qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı 29.12.2020-ci il tarixdə hazırki iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin 04.06.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 12.07.2021-ci il tarixli qərardadı ilə həmin qərardadından tərəfindən verilmiş şikayət üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi və şikayətin vaxtında verilib-verilmədiyinin aydınlaşdırılması üçün mülki iş məhkəməyə göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Yasamal rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri “X6 Edilməsi Agentliyi” MMC-yə 20.09.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bundan başqa, cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngüüəşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr üzrə məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğu maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Hesab edir ki, iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir və yuxarıda qeyd olunan halları nəzərə alaraq ilkin iddia üzrə vaxtında məhkəməyə müraciət edilməsi, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər. Proses gedişatında Cavabdeh "xxxx" QSC BOKT-yə qarşı “ipoteka müqaviləsinin ləğv olunması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə aralarında bağlanmış 08.01.2014-cü il tarixli, 658 G saylı kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, mülkiyyətində olan “X9 5” minik markalı (buraxılış ili 2013, ban- GWDBE175DC675049, rəngi- ağ), **-GL-*** dövlət qeydiyyat nömrəli avtomobilin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi bağlandıqda şəxsi bizneslə məşğul idi və normal gəliri vardı. İlk dövrlərdə kredit ödənişlərini qrafik üzrə vaxtı-vaxtında ödəyirdi. Lakin, sonradan işlərində bəzi problemlər yarandığından maddi imkanı yol vermədi ki, banka olan borcunu ödəsin. Bundan sonra bank 29.12.2020-ci il tarixdə ona qarşı iddia qaldırmışdır. Həmin iddia ərizəsi Yasamal Rayon Məhkəməsinin 04.06.2021 -ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan bank şikayət verilmiş, şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12.07.2021-ci il tarixli qərardadı ilə şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş şikayətin vaxtında verilib-verilmədiyinin aydınlaşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Hazırda isə bank yenidən ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki. ilkin iddiaçının iddiası əssasızdır və aşağıda qeyd olunanlara əsasən rədd olunaraq mənim qarşılıqlı iddiam təmin olunmalıdır. Belə ki. 6-7 ilə yaxın müddətdir ki, banka olan borcundan ödəniş etmir. Bu illər ərzində dəfələrlə banka müraciət edərək xahiş etmişdir ki, faiz və dəbbə pulu silsinlər və əsas məbləği yeni qrafıkə versinlər ki, ödəniş etməyə başlasın. Lakin, bankın nümayəndəsi hər dəfəsində imtina edərək təklifi ilə razılaşmamışdır. Bankın ilkin 29.12.2020-ci il tarixli iddia ərizəsi kredit müqaviləsinin müddətinin bitməsinə 8 gün qalmış məhkəməyə verilmişdir. Bank iddia ərizəsində qeyd edir ki, cavabdehə qarşı iddia verilməsi üçiin nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Bunda əlavə qeyd olunan halları nəzərə alaraq ilikin iddia üzrə vaxtında məhkəməyə müraciət edilməsi, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər. Bankın iddia ərizəsində qeyd etdiyi halları iddia müddətini uzatmaq səbəbi kimi görür. Belə ki, kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşməsi barədə bank tərəfindən ona hər hansısa bir məlumat verilməyib. Lakin, Fərmanın təsir dairəsinə düşən müştəriləri bankın nümayəndəsi əlaqə saxlıyaraq banka dəvvət edərək yeni müqavilə bağlayırlar. Lakin, bank tərəfindən ona hər-hansısa bir təklif olunmamışdır. Mülki iş baxılmamış saxlanıldıqda və iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslini iddiaçı götürüb yenidən eyni predmet və tələb üzrə məhkəməyə müraciət etdikdə iddia müddətinin axımını bərpa etmir. Yəni, bank iddia ərizəsini 27.09.2021-ci il tarixində poçta təhvil vermiş, 01.10.2021-ci il tarixində Yasamal rayon məhkəməsinin dəftərxanasına daxil olmuş, 01.10.2021-ci il tarixində 2(004)-6754/2021 saylı nömrə ilə mülki iş hakimə verilmişdir. 08.01.2014-cü il tarixində kredit müqaviləsi bağlansa da, üstündən 7 il 10 ay, son ödənişdən isə 6 ildən artıq bir müddət keçmişdir. Göründüyü kimi, bank iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət edib. İlkin iddia üzrə iddiaçı iddia müddətini ötürdükdən sonra mənə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən bankın iddia tələbi rədd olunmalı, hər iki müqavilə ləğv olunaraq mülkiyyətində olan avtomobil ipoteka yüklülüyündən azad olunmalıdır. Eyni zamanda, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək bank tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdehin nümayəndəsi X2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, ilkin iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 08.01.2014-cü il tarixli, 658 G saylı kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə avtomobil almaq məqsədi ilə illik 19%-lə, 48 ay müddətinə 15.430 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 08.01.2014-cü il tarixli, 658 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, cavabdehin mülkiyyətində olan “X8 5” minik markalı **-GL-*** dövlət qeydiyyat nömrəli avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarına əlavə edilmiş 26.12.2017-ci il tarixli S-AVK-1784 saylı təhvil-təslim aktının surətindən görünür ki, borclu Cavabdeh 08.01.2014-cü il tarixli, 658 G saylı kredit müqaviləsi üzrə 11.226,06 manat əsas borc, 3981,51 manat faiz borcu olmaqla, cəmi 15.207,57 manat məbləğində borcuna dair sənədlər İddiaçı QSC-yə verilmişdir. İş materiallarından, həmçinin, müəyyən olunur görünür ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə 11.01.2021-ci il tarixdə daxil olmuş, məhkəmənin 04.06.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 12.07.2021-ci il tarixli qərardadı ilə həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi və şikayətin vaxtında verilib-verilmədiyinin aydınlaşdırılması üçün mülki iş məhkəməyə göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Hazırki iddia ərizəsi 01.10.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə görə isə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, Konstitusiyanın həmin maddəsinin (25-ci) İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır.Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər.Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “AR MPM-nin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərildiyi kimi, qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında 08.01.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 48 ay təşkil edir və 08.01.2018-ci il tarixdə bitmişdir. İddiaçı ilkin olaraq hazırki tələblə 29.12.2020-ci il tarixdə iddia müddətini ötürmədən Yasamal Rayon Məhkəməsinə müraciət etməsinə baxmayaraq, iddia müddətinin axımı ümumi qaydada davam etmiş və 08.01.2012-ci il tarixdə bitmişdir. iddiaçı mülki qanunvericiliyin iddia müddətinə dair tələblərini nəzərə almadan Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, həmçinin, ilkin iddia üzrə idiaçı iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına dair heç bir sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia müddəti ötürülmüş sayılıb ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin olunaraq iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış 08.01.2014-cü il tarixli, 658 G saylı kredit və ipoteka müqavilələri ləğv edilməli, iddiaçının mülkiyyətində olan “X9 5” minik markalı **-GL- *** dövlət qeydiyyat nömrəli avtomobil ipoteka yüklülüyündən azad olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı "xxxx" QSC BOKT-nın Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair" ilkin iddia ərizəsi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08.01.2014-cü il tarixli, 658 G saylı kredit və ipoteka müqavilələri ləğv edilsin. Cavabdeh mülkiyyətində olan “X9 5” minik markalı (buraxılış ili 2013, ban- GWDBE175DC675049, rəngi- ağ), **-GL-*** dövlət qeydiyyat nömrəli avtomobil ipoteka yüklülüyündən azad olunsun. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh "xxxx" QSC BOKT-dən alınıb iddiaçı Cavabdeh verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar