Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6763/2021 03.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" MMC və Tahirova (Nəzərova) Gülşən Əbülfət qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmənatələrin Sığortalnması Fondu cavabdehlər "xxxx" MMC və Tahirova (Nəzərova) Gülşən Əbülfət qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə ilə Tahirli (Nəzərova) Gülşən Əbülfət qızı arasında 02 aprel 2014-cü il tarixində kredit verilməsi haqqında KR 14/027 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən, 240 “B" nömrəli evin 5-ci mərtəbəsi, ümumi sahəsi 57.4 kv.m olan, 30 nömrəli mənzilin alınması üçün illik 14 (on dörd) faiz ödənilməklə, 60 (altmış) ay müddətinə, 32.683 (otuz iki min altı yüz səksən üç) manat məbləğində kredit verilmişdir. Bundan sonra, 02 aprel 2014-cü il tarixli, KR 14/027 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Tahirli (Nəzərova) Gülşən Əbülfət qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən, 240 “B” nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.4 kv.m olan, 30 nömrəli mənzili 02.04 nömrəli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC ilə (bundan sonra mətndə Cəmiyyət) "xxxx" ASC arasında bağlanmış 18.03.2014-cü il tarixli müqaviləyə əsasən Cəmiyyət Tahirli (Nəzərova) Gülşən Əbülfət qızının Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin, borclu şəxs hazırkı iş üzrə cavabdeh Tahirli (Nəzərova) Gülşən Əbülfət qızı öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 10.09.2021-ci il tarixə Tahirli (Nəzərova) Gülşən Əbülfət qızının kredit üzrə cəmi borcu 19,057.49 (on doqquz min əlli yeddi manat, 49 qəpik) manat təşkil edir. Bundan 12,700.09 (on iki min yeddi yüz manat, 09 qəpik) manat əsas, 32,04 (otuz iki manat, 04 qəpik) manat faiz, 4,783.60 (dörd min yeddi yüz səksən üç manat, 60 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,541.76 (bir min beş yüz qırx bir manat, 76 qəpik) manat faiz borcu təşkil edir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh Cəmiyyət ilə Bank arasında bağlanmış 18.03.2014-cü il tarixli müqavilənin 4.3cü bəndinə əsasən, Bu müqavilənin 2.1 -ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildirişi aldığı gündən etibarən 30 (otuz) təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Göstərilənlərə əsasən məhkəmədən LPO “TexnikaBank" ASC ilə Cavabdeh2 arasında bağlanmış 02.04.2014-cü il tarixli, 14/027 nömrəli kredit müqaviləsinə əsasən cəmi 19057.49 bundan 12700.09 manat əsas, 32.04 manat faiz, 4783.60 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1541.76 manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən tutulması; tutmanın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 “B” nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.4 kv.m olan, 30 nömrəli mənzilə yönəldilməsi, satışdan ətdə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Tahirli (Nəzərova) Gülşən Əbülfət qızından və “AAAf-İnşaat" MMC-dən tutulması; ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan LPO "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh "xxxx" MMC tərəfindən Yasamal RM-ə müraciət edərək borcun "xxxx" MMC-dən tutulması hissəsinə etiraz etmişdir. Aralarında "xxxx" MMC ilə "xxxx" ASC arasında 18.03.2014-cü il tarixində bağlanmış müqavilə zaminlik müqaviləsi deyil, ilkin müqavilə olduğunu bildirmişdir. Halbuki, LPO “Texnikabank“ ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 29,09.2021 tarixində verilmiş iddia ərizəsində "xxxx" MMC ilə "xxxx" ASC arasında 18.03.2014-cü il tarixində bağlanmış müqavilənin zaminlik deyil, öhdəliklərin icrası ilə bağlı əsas müqavilə olduğunu və Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borc unun əmlakının saxlanılması, zaminlik, beh, qarantiya ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə biləcəyini bildirmişdir. "xxxx" MMC ilə "xxxx" arasında bağlanmış 18.03.2014-cü il tarixli müqavilənin ilkin müqavilə olması ilə bağlı hər hansı iradə ifadəsi yoxdur. Tərəflər arasında gələcəkdə əsas müqavilə bağlanması ilə bağlı öhdəlik mövcud deyildir. Həmçinin müqavilənin müddəti də müəyyən edilərək "xxxx" MMC tərəfindən öhdəliklər tam icra olunanadək qüvvədədir. "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 18.03.2014-cü il tarixli müqavilə əvəzli müqavilədir. "xxxx" MMC-nin satıcısı olduğu mənzillərin satılması, müştərilərin cəlb edilməsi ilə bağlı "xxxx" ASC ilə əməkdaşlıq müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə predmetində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illi 14 faizlə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş alındığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsız qaydada silinməsi hüququnu Banka verir. Sözügedən müqavilənin 6.2-ci maddəsinə əsasən Cəmiyyət öz qanuni təmsilçilərinin və həmçinin öhdəliklərin icrası üçün xidmətlərdən istifadə etdiyi digər şəxslərin hərəkətləri nəticəsində Banka vurulan zərər məbləğində tam məsuliyyət daşıyır. Həmçinin 05.04.2014-cü il tarixli "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2-ci maddəsində “Alıcı” bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 15 faizi ilkin ödəniş olaraq ödəyir, qalan 85 faizini isə Bankdan alınmış kredit hesabına 10 gün ərzində ödəməlidir. Müqavilənin 3.1.1.6-cı maddəsində “Alıcı” kredit aldığı bankda öhdəliklərini yerinə yetirmədiyi halda, Bank tərəfindən bildiriş daxil olarsa “Satıcı” bir tərəfli qaydada “Alıcı” ilə müqaviləni ləğv edir. Mənzili başqa şəxsə sataraq banka olan borcunu tam ödəyir. Cavabdeh "xxxx" MMC etirazda qeyd etmişdir ki, kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq 18.03.2014-cü il tarixli müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin geçikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Etirazda göstərilən bu dəlilin heç bir qanuni əsası yoxdur. Belə ki, öhdəliklərin təmin üsulu Kredit müqaviləsi bağlandıqdan sonra da artırıla və ya azaldıla bilər olduğundan bu barədə həmin Kredit müqaviləsində qeyd edilib-edilməməsi əsas şərt deyildir. Bununla bağlı müvafiq təmin üsulu müqaviləsinin olması əsas şərtdir. Həmçinin, qeyd etmək istəryir ki, borcverən "xxxx" və borcalan Cavabdeh2 arasında bağlanmış 02.04.2014-cü il tarixli 14/027 saylı Kredit Müqaviləsinin 4.2-ci maddəsinə əsasən, Təminat üsulu ilə bağlı münasibətlər AR qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı subyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə ilə tənzimlənir. Həmçinin bu Müqavilənin 17.2-ci maddəsinin ç bəndində qeyd edilmişdir ki, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyi halda bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş kreditin təminatı üsulu ilə bağlı müqaviləsinə uyğun olaraq Borc verənin tələbləri tam şəkildə təmin edildikdə bu müqavilə xitam olunur. Həmçinin, məlum olduğu kimi Bank peşakar maliyyə təşkilatıdır və məqsədi minimum risklə maksimum gəlir əldə etməkdir. Bu səbəbdən Bank tərəfindən öhdəliklərin təminatı olmadan 32683 AZN məbləğində kreditin verilməsi Bank fəaliyyətinə ziddir və qeyri-mümkündür. Həmçinin nümunə olaraq Bankın digər MTK-lar ilə bağladığı eyni növlü müqavilələri və məhkəmə təcrübəsi haqqında bu və digər MTK-lara qarşı məhkəmə qərarları təqdim edə bilərlər. Həmin müqavilələrdə də borclunun kredit müqaviləsi üzrə öhdəliyini lazımi şəkildə yerinə yetirə bilməyəcəyi təqdirdə, həmin MTK-larla bağlanmış müqavilələr kredit məbləğinin qaytarılması üçün öhdəliyin təminatı olaraq çıxış etmişdir. Göründüyü kimi, Bank müqaviləni bağlayan zaman qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. Tərəfin könüllü olaraq müqavilə şərtləri ilə razılaşması, onu imzalaması, lakin məhkəmənin müqavilədə nəzərdə tutulmuş, tərəflərin iradə ifadəsini əks etdirən halları nəzərə almaması qanunvericiliyin ruhuna ziddir. Digər müqaviləyə əlavə edilmiş müddəalar gələcəkdə tətbiq olunmayacaqdırsa, onların müqaviləyə daxil edilməsinin heç bir mənası da olmazdı. Bank məhz müqavilənin bu müddəalarına əsaslanaraq "xxxx" MMC-nin tikdiyi mənzillərin kreditləşməsini həyata keçirmişdir. Bundan başqa bildiri ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi notarial qaydada təsdiq edilsə də, sözü gedən mənzilin yüklülüyünə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair müvafiq quruma müraciət edilməmişdir və bu səbəbdən də, yəni ilkin qeydiyyat aparılmadığınbdan tutmanın ipoteka prfedmetinə yönbəldilməsinə dair bilirişlə də, müvaviq quruma müraciət edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirdi ki, mülki iş üzrə cavabdeh qismində cəlb edilməsinə baxmayaraq cavabdeh MMC iddiaçının borc məbləğini deyil, borc məbləğinin cavabdeh MMC-dən tutulması hissəsini mübahisələndirirlər. Hesab edir ki, iddia tələbi onlara qarşı əsassız və qanunsuzdur. Belə ki, iddiaçı LPO İddiaçı ASC 18.03.2014-cü il tarixli Korporativ müqaviləsini zaminlik müqaviləsi kimi təqdim edərək, pul vəsaitlərinin cavabdeh MMC-dən tutulmasının hüquqi əsas olaraq həmin müqaviləyə istinad edirlər. Əvvəla, (“Bank’') "xxxx" ASC ilə (“Kooperativ”) "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin şərtlərinə diqqət yetirmək istəryir. Həmin Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu Müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin tələblərindən irəli gələn ilkin müqavilədir. Həmin maddi hüquq normasına görə (402.1) ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin müqaviləni zaminlik müqaviləsi hesab etmək olmaz. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var, habelə məhkəmə təcrübəsində də dəfələrlə hüquqi münasibət bildirilmişdir. 18.03.2014-cü il tarixli Müqavilə Bank və Kooperativ tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Mülki Məcəllənin zaminlik müqaviləsinə dair tələblərini müəyyən etmiş və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhlər var. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə zaminliyə xitam üçün əsasdır. Müddəanın tələbindən göründüyü kimi zamin kreditor qarşısında mütləq qaydada borclu şəxsin öhdəliyinin icrasına məsuliyyəti müəyyən edilməsini şərtləndirir. Lakin hazırki iş üzrə cavabdeh "xxxx" MMC borc alan Cavabdeh2 iddiaçı LPO "xxxx" ASCnin Sumqayıt filialı ilə 02.04.2014-cü il tarixli KR14/027 saylı kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmiş və bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut, zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə borc alan X3 arasında bağlanmış 02,04.2014-cü il tarixli KR14/027 saylı Kredit müqaviləsinin 4.1-ci bəndinə görə, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq mənzilin ipotekasıdır; 9.2-ci bəndinə görə,...yaranmış borc və ya vurulmuş zərur Borcalanın hesabından akseptsiz qaydada silinir; 9.3-cü bəndinə görə, gecikdirilmiş borc yarandığı tarixdən Borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada Borcalanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır; 15.5-ci bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Borcverənə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır; 15.9-cu bəndinə görə, ...mənzil borcalana verilmədikdə və ya vaxtında təhvil verilmədikdə Borcverər. bu hallara görə heç bir məsuliyyət daşımır və Borcalan bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasından azad edilmir. Sadalanan bəndlərdən göründüyü kimi sözügedən kredit öhdəliyinin təminat üçün girov və ipoteka predmeti olan daşınmaz əmlak mənzil çıxış edir. Lakin kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq 18.03.2014-cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Eyni zamanda, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin vğortalanması Fondunun apellyasıya şikayətinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsinə münasibət bildirirək, tutmanın ipoteka predmeti Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF PARK 3” yaşayış massivi, 240 “B” nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.4 kv.m olan 30 nömrəli mənzilə yönəldilməsinə, ilkin satış qiymətinin müəyyən olunmasına, açıq hərracdan atılınası və əldə edilən vəsaitin banka olan borcundan silinməsinə etiraz etmirlər. Xüsusilə nəzərinizə çatdırmaq istəyi rki, hazırki mülki iş üzrə iddia predmeti ilə oxşar hüquq mübahisələrinə məhkəmə təcrübəsi formalaşmış və yuxarı instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilmişdir. 18 mart 2014-cü il tarixli Müqavilənin irəli gələn ümumi kreditləşməyə dair razılığı əks etdirən müddəaların olması zaminlik münasibətlərini tənzimləməsi anlamına gəlmir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həcmi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Hazırki müqavilənin müddəaları zaminlik münasibətlərini əhatə etmir və zaminlik müqaviləsinin tələblərinə cavab vermir. Bundan başqa onlarla iddiaçı arasında bağlanmış müqavilə zaminlik müqaviləsi kimi qiymətləndiriləcəyi təqdirdə belə iddiaçı tərəfindən zaminə qarşı məhkəmədə iddia qaldırmaq üçün iddia mümddəti də ötürülmüşdür. Belə ki, qanunvericilikə zaminə qarşı müqavilə müddəti bitdikdən 1 il sonra məhkəmədə iddia qaldırılmalıdır. Görünür ki, iddiaçı tərəfindən bu müddətdə ötürülmüşdür. Odur ki, iddia tələbinin cavabdeh kimi "xxxx" MMCdən tutulması hissəsində rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə), lakin bildiriş bina söküldüyünə görə məhkəməyə geri qaytarılmışdır. Cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 18.03.2014-cü il tarixli müqavilədən görünür ki, bu müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksndə müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil etmişdir. İş materiallarında olan 02.04.2014-cü il tarixli, 14/027 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh2 mənzil almaq məqsədi ilə illik 14 % hesablanmaqla 60 aylıq müddətə cavabdehə 32683 manat məbləğində təminatlı kredit verilmişdir. İş materiallarında olan 02.04.2014-cü il tarixli, 14/016 saylı ipoteka müqaviləsindən görünür ki, 02.04.2014-cü il tarixli, 14/027 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminat üsulu kimi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən, “B" blokunun evin 5-ci mərtəbəsi, ümumi sahəsi 57.4 kv.m olan, 30 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflərin razılığı ilə ipoteka predmeti 38458 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan 05.04.2014-cü il tarixli, İH/B-A(b)/014 saylı müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivində inşa edilən 240 B saylı, 8 mərtəbəli yaşayış binasında ümumi sahəsi 57.4 kv.m olan 1 otaqdan barət 30 saylı mənzili alıcı Cavabdeh2 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.04.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2, "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən 32182 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 24.09.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 02.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 12700.09 manat, kredit müqailəsinin qüvvədə olma tarixinə 04.04.2019-cu il tarixə faiz borcu üzrə 32.04 manat, cərimə üzrə 4783.60 manat, illik 5 faizlə 1541.76 manat, cəmi 19057.49 manat borcu vardır. İş materiallarında olan 27.09.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh2 borcunu 3 gün müddətində ödəməyəcəyi təqdirdə məhkəmə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh Nəzərova (Tahirli) Gülşən Əbülfət qızı arasında bağlanmış 14/027 saylı, 02.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 14 faizlə 60 ay müddətinə 32683 manat məbləğində kredit verilmişdir. Krediti aldığı vaxtdan cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini pozaraq, banka olan kredit və faiz borcunu tam ödəməmiş və nəticədə cavabdehin bank qarşısında əsas borc üzrə 12700.09 manat, faiz borcu üzrə 32.04 manat borcu yaranmışdır. Qeyd edilənlərə edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Tahirova (Nəzərova) Gülşən Əbülfət qızından əsas borc üzrə 12700 (on iki min yeddi yüz) manat 09 (doqquz) qəpik; faiz borcu üzrə 32 (otuz iki) manat 04 (dörd) qəpik olmaqla, cəmi 12732 (on iki min yeddiyüz otuz iki) manat 13 (on üç) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 4783.60 manat məbləğində dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 1200 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə iddia tələbinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 18.03.2014-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə zaminlik müqaviləsi olmamaqla, tərəflər arasında gələcək əməkdaşlıq münasibətlərini tənzimləyən müqavilədir və bu müqavilə üzrə "xxxx" MMC başqa şəxsin yəni, digər cavabdeh olan borclunun kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməmişdir. Azərbaycan Respublikasının MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Eyni Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 472.2-ci madddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbini bu hissədə təmin etmiyərkən onuda nəzərə alır ki, sözü gedən müqavilə üzrə "xxxx" MMC əsas borclunun banka olan borcuna görə zaminlik müqaviləsi üzrə borcluyla eyni həcmdə məsuliyyət daşımış olsaydı belə, iddia tələbi sonuncuya münasibətdə təmin edilə bilməzdi. Belə ki, bank tərəfindən müqavilə müddəti bitdikdən sonra 1 il müddətində zaminə qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmaq müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə qeyd edir ki, tərəflər arasında zaminlik müqaviləsi üzrə öhdəliklər movcud olmuş olduğu təqdirdə belə, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilə bilinərdi. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Məhkəmə eyni zamanda iddia tələbinin kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1541.76 manat faiz borcu tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Müfaviq qərardan da, göründüyü kimi kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı, cavabdeh tərəfindən kredit müqavilələri üzrə ödəniş cədvəlinə əsasən ödəməli olduğu məbləğləri ödəmədiyi (qrafik üzrə gecikmələr olduğu halda) və kredit müqaviləsinin qüvvədə olma müddəti bitdiyi halda məhkəməyə müraciət etməmiş, kredit müqavilələrinin qüvvədə olma müddətləri bitdikdən sonra da, iddia müddətini gözləyərək məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi bu halı bankın öz hüquqlarından istifadəsi kimi qiymətləndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, cavadbeh tərəfindən kredit öhdəliklərinin uzun müddət icra edilməməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş iddia müddətlərinə dair hüquqlarından isdifadə edərək kredit müqavilələrinin qüvvədə olma müddətləri bitdikdən sonra (iddia müddətini gözləyərək) məhkəməyə müraciət etməklə əldən çıxmış faydaya dair riskləri də, özü daşımışdır. Məhkəmə bunula yanaşı qeyd edir ki, iddiaçı hazırda ləğv prossesində olduğundan, onun kredit vermək yəni, əldən çıxmış faydanı (borcludan tələb etdiyi və əldə edəcəyi vəsaiti) yenidən tədavülə buraxaraq ondan gəlir əldə etmək imkanının olmadığı halda, əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Məhkəmə həmçinin iddianın tutmanın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 “B” nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.4 kv.m olan, 30 nömrəli mənzilə yönəldilməsi, satışdan ətdə olunmuş vəsaitin kredit borcuna yönəlməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də, təmin edilməməlidir. Belə ki, “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Eyni Qanunun 12.2-ci maddəsinə əsasən rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. İş materialları ilə tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin notariat qaydasında təsdiqlənməsi müəyyən edilsə də, iddiaçı tərəfindən mübahisə predmeti olan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüquqları qeyd alınmamış, eləcə də, tutmanın ipoteka predmetinə yönəldilməsinin DƏDRX-də qeydə alınmasına dair bildiriş ilə DƏDRX-nə müraciət edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İşin bu halı mübahisəsiz olmaqla istər iş materialları istərsə də, iddiaçının nümayəndəsinin etirafedici izahatı ilə müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Tahirli (Nəzərova) Gülşən Əbülfət qızından və “AAAf-İnşaat" MMC-dən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan LPO "xxxx" ASC-yə təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, müvafiq iddia tələbləri tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı olduğundan və həmin hissədə, yəni iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edildiyindən, məhkəmə iddia tələblərinin bu hissədə müzakirəsini artıq məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Tahirova (Nəzərova) Gülşən Əbülfət qızından əsas borc üzrə 12700 (on iki min yeddi yüz) manat 09 (doqquz) qəpik; faiz borcu üzrə 32 (otuz iki) manat 04 (dörd) qəpik; cərimə borcu üzrə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 13932 (on üç min doqquz yüz otuz iki) manat 13 (on üç) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 26.90%, yəni 8 (səkkiz) manat 07 (yeddi) qəpiyi iddiaçıya aid edilsin, qalan 73.10%, yəni 21 (iyirmi bir) manat 93 (doxsan üç) qəpiyi isə cavabdeh Tahirova (Nəzərova) Gülşən Əbülfət qızından iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Tahirova (Nəzərova) Gülşən Əbülfət qızından əsas borc üzrə 12700 (on iki min yeddi yüz) manat 09 (doqquz) qəpik; faiz borcu üzrə 32 (otuz iki) manat 04 (dörd) qəpik; cərimə borcu üzrə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 13932 (on üç min doqquz yüz otuz iki) manat 13 (on üç) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 26.90%, yəni 8 (səkkiz) manat 07 (yeddi) qəpiyi iddiaçıya aid edilsin, qalan 73.10%, yəni 21 (iyirmi bir) manat 93 (doxsan üç) qəpiyi isə cavabdeh Tahirova (Nəzərova) Gülşən Əbülfət qızından iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6763/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6763/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver