Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6765/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi və akt qeydinin bərpası tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsi və akt qeydinin bərpası tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 19.08.1986-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X2 ilə anası Lütfəliyeva (Cəfərova) Bəhiyyə Daşdəmir qızı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 100 A, mənzil 18-də yaşamışdır. Lakin sonradan atası ilə anası ayrılmış və o anası ilə birlikdə Fransa Respublikasına köçmüşdür. Yaşayış icazəsi əsasında müvəqqəti olaraq Fransa Respublikasında yaşayır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün müraciət etdikdə ondan doğum haqqında şəhadətnamə tələb edilmiş, lakin o şəhadətnaməni itirdiyi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli arayışdan məlum olmuşdur ki, Ərizəçi barəsində Maraqlı şəxsndə doğum akt qeydi aşkar olunmamışdır. Həmin arayışda qeyd olunmuşdur ki, arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxsndə 1983-1989-cu illlərə ilkin, 1987-1993-cü illər üzrə bərpa akt qeydləri yoxlanılmışdır. O, şəxsiyyət vəsiqəsi əldə etmək üçün doğum haqqında şəhadətnaməni təqdim etməlidir, lakin həmin şəhadətnamə olmadığı üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 10.10.2019-cu il tarixli qərardan görünür ki, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Həmçinin 40 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, o, xaricə köçənədək Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 100 A, mənzil 18-də yaşamışdır. Onun X2, anası Fütfəliyeva (Cəfərova) Bəhiyyə Daşdəmir qızı olmuşdurlar. Bu hal valideynlərinin nikah haqqında şəhadətnaməsindən öz təsdiqini tapır. Həmçinin ərizəyə əlavə edilmiş digər sənədlərdən də onunn doğum tarixini müəyyən etmək olar. Göstərilənlərə əsasən onun 29 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulması, atasının X5, anasının Lütfəliyeva (Cəfərova) Bəhiyyə Daşdəmir qızı hüquqi əhəmiyyətli faktın müəyyən edilərək, bu barədə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ərizəçinin valideynləri 1996-cı il tarixdə boşanmışdırlar. Atasının xəbəri olmadan anası övladlarını götürərək, qeyri-qanuni yollarla Fransa Respublikasına aparmışdır. Ərizəçinin başqa bir vətəndaşlığı yoxdur və sonuncunun Azərbaycan milliyətinə mənsubluğu Miqrasiya Xidməti tərəfindən tanınmışdır. Eyni zamanda müvafiq sənədlər Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinə göndərilmiş və səfirlik vasitəsi ilə ərizəçi tərəfindən atasına etibarnamə verilməsi təmin edilmişdir. Bundan başqa mənzil kommunal sahəsi tərəfindən, ərizəçinin valideynləri ilə birlikdə Yasamal rayonundan yerləşən T.Şahbazi küçəsində yaşadığı təsdiq edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs və məhkəmə tərəfindən maraqlı şəxs qismən cəlb edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti məhkəmə iclasında iştirak etməmiş, məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun oğludur. Oğlu 29 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. O, polis əməkdaşı olduğu üçün daima ezamiyyətdə olmuş, oğlunun doğulduğu gün də ezamiyyətdə olmuşdur. Bildiyinə görə oğlu 1 saylı doğum evində dünyaya gəlmişdir. Yoldaşı Lütfəliyeva (Cəfərova) Bəhiyyə Daşdəmir qızı ilə aralarında olan mübahisələrə görə boşanmışdırlar. Anası uşaqlarını görməyə imkan vermirdi. Bir müddət sonra da anası uşaqları götürərək ölkədən getmişdir. Sonradan uşaqları ona bu barədə xəbər vermişdir. Birgə nikahdan olan digər uşaqların sənədləri vardır və o uşaqlarda Fransa Respulikasındadırlar. Ərizəçi 29 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmasını, X2, anasının isə Lütfəliyeva (Cəfərova) Bəhiyyə Daşdəmir qızı olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, o, Ərizəçi əmisinin həyat yoldaşıdır. O, ərizəçinin anasından daha öncə ailə qurmuşdur. Ərizəçi 29 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğum evində dünyaya gəlmişdir. Lakin hansı doğum evində dünyaya gəldiyini o xatırlamır. Eminin valideynlərinin münasibətlərində problemlər olduğundan onlar boşanmış, bundan sonra da anası uşaqlarını götürərək Fransa Respublikasına aparmışdır. Ərizəçi 29 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmasını, X2, anasının isə Lütfəliyeva (Cəfərova) Bəhiyyə Daşdəmir qızı olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, ərizəçinin dayısıdır. Bacısı oğlu Ərizəçi 29 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Ərizəçinin valideynləri 1973-cü il tarixdə ailə qurmuşdur. Emin burda məktəbə gedirdi. Bacısı ilə yoldaşı arasında olan münasibətlər korlandığından aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Bacısı daima burdan gedəcəyini onlara bildirsə də, hara gedəcəyini demirdi. Bir müddət sonra isə bacısı onlarla əlaqə saxlayaraq uşaqlarla birlikdə Fransa Respublikasında olduğunu bildirmişdir. Təxminən 20-21 il olarki bacısı uşaqlarla birlikdə Fransaya gedib. Ərizəçi 29 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmasını, X2, anasının isə Lütfəliyeva (Cəfərova) Bəhiyyə Daşdəmir qızı olmasını təsdiq edir. İş materiallarında olan: 40 saylı Mənzil Kommunal istismar Sahəsinin 24.11.2021-ci il tarixli, 31 nörməli məktubundan görünür ki, 29.08.1986-cı il təvəllüdlü Ərizəçi 40 saylı MKİS-in ev kitabına əsasən Yasamal rayonu, T.Şahbazi küçəsi 100A saylı binanın 18-ci mənzilində X2 və anası Lütfəliyeva (Cəfərova) Bəhiyyə Daşdəmir qızı ilə 1996-cı il tarixdə xaricə köçənə kimi birlikdə yaşamışlar. 10.09.1996-cı il tarixli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X1 arasında olan nikah 18.04.1996-cı il tarixdə pozulmuş və akt qeydləri kitabında 115 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Lütfəliyev, qadına Cəfərova soyadı verilmişdir. DİN 11.08.2021-ci il tarixli arayışından görünür ki, 29.08.1986-cı il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş Ərizəçi məhkumluğu yoxdur. Bakı şəhəri Maraqlı şəxs 25.08.2021-ci il tarixli arayışından görünür ki, arxiv məlumatları Bakı şəhər Maraqlı şəxsndə 1983-1989-cu illərə dair ilkin, 1987-1993-cü illər üzrə bərpa kat qeydləri yoxlanılmış və Ərizəçi barəsində Maraqlı şəxsndə akt qeydi aşkar olunmamışdır. Fransa Respublikasının A0U0RZ5SC saylı, 03.03.2017-ci il tarixli yaşayış sənədindən görünür ki, 29.08.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi Fransa Respublikasında 02.03.2027-ci il tarixədək yaşayış icazəsi verilmişdir. Dövlət Miqrasiya Xidmətinin 10.10.2019-cu il tarixli ******* nömrəli qərarından görünür ki, 29.08.1986-cı il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 24.11.2021-ci il tarixli arayışından görünür ki, Cəfərova (Lütfəliyeva) Bəhiyyə Daşdəmir qızı müxtəlik vaxtlarda ölkə ərazisinə giriş çıxış etmiş, sonuncu dəfə 30.07.2019-cu il tarixdə ölkəyə giriş etmiş və 30.08.2019-cu il tarixdə çıxış etmişdir. Bununla yanaşı Ərizəçi dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-сi maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Eyni Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, Ərizəçi 19 avqust 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, X2 və anası Lütfəliyeva (Cəfərova) Bəhiyyə Daşdəmir qızı ilə birlikdə 1996-cı il tarixdə xaricə köçənə kimi Yasamal rayonu, T.Şahbazi küçəsi 100A saylı binanın 18-ci mənzilində birlikdə yaşamışlar. Ərizəçi müvafiq sənədlərin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin sonuncu barəsində Maraqlı şəxsndə doğum akt qeydi aşkar olunmamışdır. Sözü gedən bu hallar iş materialları və eləcə də, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməli, Ərizəçi 29.08.1986-cı il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, Ərizəçi 29.08.1986-cı il tarixdə Bakı şəhərində doğulmasına dair akt qeydi bərpa edilməli və atası qrafasında X5, milliyəti qrafasında azərbaycanlı; ana qrafasında Lütfəliyeva (Cəfərova) Bəhiyyə Daşdəmir qızı, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 29.08.1986-cı il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Ərizəçi 29.08.1986-cı il tarixdə Bakı şəhərində doğulmasına dair akt qeydi bərpa edilsin və atası qrafasında X5, milliyəti qrafasında azərbaycanlı; ana qrafasında Lütfəliyeva (Cəfərova) Bəhiyyə Daşdəmir qızı, milliyəti qrafasında azərbaycanlı qeyd edilməklə Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6765/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6765/2021
29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver