Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-678/2023 24.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh X4 qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 427,50 manat məbləğındə pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 18 may 2020-ci il tarixli MAS-989 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X3 müvəqqəti sahiblik və istifadəsinə MAS-989 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdeh MAS-989 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün ona qarşi Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 2(004)-4867/2021 və 2(004)- 2770/2022 saylı qətnamələri ilə iddia qismən təmin edilmiş, müqavilənin ləğv edilməsi, İddiaçı MMC-nə yaranmış borcun və lizinq obyekti olan avtomobilə dəymiş zərər məbləğinin cavabdeh X2 tutulması qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikası Dövlət Yol Polisi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: EQ10611574 saylı protokola görə 75,5 manat; EQ5666353 saylı protokola görə 16 manat; EQ5613027 saylı protokola görə 16 manat; EQ5563860 saylı protokola görə 16 manat; EQ4309307 saylı protokola görə 16 manat; EQ4309308 saylı protokola görə 16 manat; EQ4309309 saylı protokola görə 16 manat; EQ4309306 saylı protokola görə 16 manat; EQ4309310 saylı protokola görə 16 manat; EQ3721608 saylı protokola görə 16 manat; EQ3721606 saylı protokola görə 16 manat; EQ3721602 saylı protokola görə 80 manat; EQ3721538 saylı protokola gorə 16 manat; EQ3721536 saylı protokola görə 16 manat; EQ3710429 saylı protokola görə 80 manat. Qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 427,50 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X9 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC, X5 və X6 arasında bağlanmış 18 may 2020-ci il tarixli MAS-989 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin surətindən görünür ki, X3 müvəqqəti sahiblik və istifadəsinə MAS-989 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, lizinq təhvil-təslim aktı imzalandığı vaxtdan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. İş materiallarında olan 18 may 2020-ci il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, X1 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4232 saylı pretenziya məktubunun surətindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ödənilmiş AR X10 cərimələrinə görə 427,5 manat məbləğində pulun ödənilməsi, əks təqdirdə həmin pulun məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, EQ10611574 saylı protokola görə 75,5 manat; EQ5666353 saylı protokola görə 16 manat; EQ5613027 saylı protokola görə 16 manat; EQ5563860 saylı protokola görə 16 manat; EQ4309307 saylı protokola görə 16 manat; EQ4309308 saylı protokola görə 16 manat; EQ4309309 saylı protokola görə 16 manat; EQ4309306 saylı protokola görə 16 manat; EQ4309310 saylı protokola görə 16 manat; EQ3721608 saylı protokola görə 16 manat; EQ3721606 saylı protokola görə 16 manat; EQ3721602 saylı protokola görə 80 manat; EQ3721538 saylı protokola gorə 16 manat; EQ3721536 saylı protokola görə 16 manat; EQ3710429 saylı protokola görə 80 manat. cərimə məbləğləri İddiaçı MMC tərəfindən Daxili İşlər Nazirliyi BDYPİ-nə ödənilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilmiş və cavabdeh X2 lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa edilməsi üçün tələb olunan 1030 manat pulun və 30,70 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-4867/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin cavabdeh X4 qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin qaytarılmasl və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilmiş və İddiaçı MMC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS- 989 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdeh X2 1312,71 manat əsas borc, 602,86 manat gecikdirilmiş mükafat, 50 manat dəbbə pulu olmaqla cəmi 1965,57 manat pul vəsaiti və 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, olan İddiaçı MMC, X5 və X6 arasında bağlanmış 18 may 2020-ci il tarixli MAS-989 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən, X3 müvəqqəti sahiblik və istifadəsinə MAS-989 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. İnzibati xəta haqqında protokollara əsasən AR X10 cərimələrinə görə 427,50 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1- ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsio nəzərdə tutulmasın.” Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozlmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçn çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir)”. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən “hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərəin əvəzini ödəməlidir”. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s. nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi çəxsin öhdəsinə qoyulur”. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 427,50 manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdeh X2 alınaraq İddiaçı MMC-yə verilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 427,50 (dörd yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-678/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-678/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver