Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-68/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 40-da inşa edilən 6 saylı yüksək mərtəbəli yaşayış binasının 15-ci mərtəbə, 107 saylı mənzili cavabdeh iddiaçıya satmağı, iddiaçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə görə, iddiaçı 6 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141.11 kv.metrdən ibarət olan, 3 otaqlı, 107 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 778 manat olmaqla, dəyərini 109 718 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərinə tam əməl etmişdir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Çıxarışa əsasən, mənzilin ümumi sahəsi 127.60 kv.metr qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, iddia edirik ki, Cavabdeh müqavilə üzrə mənzilin ümumi sahəsini artıq qeyd etməklə əlavə vəsait əldə etmişdir. Belə ki, müqaviləyə görə mənzili ümumi sahəsi 141.11 kv.metr qeyd edilsə də, çıxarışa əsasən mənzilin ümumi sahəsi 127.60 kv.metrdir. Mənzilin hər kvadrat metri üçün 778 manat ödənilməsini nəzərə alınsa, iddiaçının 141.11 kv.metrdən 127.60 kv.metri çıxaraq əslində daha az məbləğində pul vəsaitini ödəməsi qənaətinə gəlinir. Fərq 13.51 kv.m. təşkil edir. Hər kvadrat metr üçün 778 manat məbləğ ödənildiyini nəzərə alınsa iddiaçı cavabdehdən 10 510.78 manat məbləğində pul vəsaitini tələb etməsini əsaslı hesab edilir. Beləliklə hesab edirik ki, cavabdeh iddiaçının xeyrinə 10 510 manat (on min beş yüz on) məbləğində pul vəsaitinin və 130 (yüz otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 40-da inşa edilən 6 saylı yüksək mərtəbəli yaşayış binasının 15-ci mərtəbə, 107 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 204 nömrəli Pordat müqaviləsinə əsasən müəyyən edilir ki, müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı Cavabdeh MTK-dır. Müqavilənin adını tərəflər alqı-satqı müqaviləsi kimi müəyyənləşdirsələr də, müqavilə mahiyyəti üzrə podrat müqaviləsidir. Odur ki, məhkəmə həmin müqaviləni podrat müqaviləsi kimi qiymətləndirir, podrat münasibətləri üzrə hüquq normalarını müqaviləyə tətbiq etməyi əsaslı hesab edir. Müqavilənin 2.2.1-ci bəndinə görə, iddiaçı 6 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141.11 kv.metrdən ibarət olan, 3 otaqlı, 107 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 778 manat olmaqla, dəyərini 109 718 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin sahəsinin hesablanması üzrə xüsusi şərtlər müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 40-da inşa edilən 6 saylı yüksək mərtəbəli yaşayış binasının 15-ci mərtəbə, 107 saylı mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh MTK-ya tam ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120,122,124, mənzil 107 (yeni qaydalarla AZ 1002. ünvan 1 ünvanında yerləşən mənzilin faktiki sahəsi ilə müqavilə şərtləri əsasında sahəsi arasında 7,01 kv.m. (141.11-134.1=7.01) fərq vardır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq norması və tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan 204 nömrəli Podrat müqaviləsinin şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 40da inşa edilən 6 saylı yüksək mərtəbəli yaşayış binasının 15-ci mərtəbə, 107 saylı mənzili cavabdeh iddiaçıya satmağı, iddiaçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə görə, iddiaçı 6 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141.11 kv.metrdən ibarət olan, 3 otaqlı, 107 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 778 manat olmaqla, dəyərini 109718 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərinə tam əməl etmişdir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Çıxarışa əsasən, mənzilin ümumi sahəsi 127.60 kv.metr qeyd olunmuşdur. Müqavilə üzrə mənzilin sahəsinin hesablanması üzrə xüsusi şərtlər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120,122,124, mənzil 107 (yeni qaydalarla AZ 1002. ünvan 1 ünvanında yerləşən mənzilin faktiki sahəsi ilə müqavilə şərtləri əsasında sahəsi arasında 7,01 kv.m. (141.11- 134.1=7.01) fərq vardır. Lakin, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilməmiş, müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində müvafiq sahəyə malik mənzilin iddiaçıya təhvil verilməsi təmin edilməmişdir. Bununla da, cavabdeh tərəfindən öhdəlik münasibətləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 7.01 kv.m. olması və hər kvadrat metri üçün 778 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 5453,78 manat əsassız pul vəsaiti ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyini əsaslı hesab edir. Bu səbəbdən, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 3 (üç) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü cavabdehin üzərindədir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun 65 manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan 5453,78 (beş min dörd yüz əlli üç manat yetmiş səkkiz qəpik) manat pul vəsaiti və ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun 65 (altmış beş) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir . Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MTK-dan 5453,78 (beş min dörd yüz əlli üç manat yetmiş səkkiz qəpik) manat pul vəsaiti və ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun 65 (altmış beş) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-68/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-68/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver