Məhkəmə qərarları › İş №2(004)-681/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-681/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-681/2023 16.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Namiq adında bir makler onu Cavabdeh ilə tanış etmişdir. Bildirmişdir ki, bu xanım maklerdi və evlər tikib təhvil verirmiş. O, Dürdanə ilə görüşdü, bildirdi ki, Binəqədi rayonunda torpağı var, orda ona ev tikəcəyik, ilkin ödəniş 10000 manat olunmalıdır. 06 dekabr 2021-ci ildə Bakı şəhəri, 20 yanvarda, Şamaxinkada yerləşən 43 saylı notarusda müqavilə bağladılar, 10000 manat ona vermişdir. Hətta onu evinədə dəvət etmişdir. Sonradan isə müəyyən xərclər olduğunu deyərək pul istədi. Yenidən 1000 manat kartına yolladı, əlavə olaraq 1000 manat isə milliön aparatı ilə kartına göndərmişdir. Hər iki ödənişin qəbzi var. 05 yanvar 2022-ci ildə ona zəng edib vəziyyəti soruşdu. Cavabdeh bildirdi ki, hələ icra hakimiyyətindən icazə gəlməyib. O, ona aprel ayının 5-i zəng etdi, o yenə bildirdi ki, hələ başlamayıb. Beləliklə cavabdeh bəhanələrlə onu aldadaraq dələduzluq edib. Sonradan ona məlum oldu ki, əlində pul yoxdu, bir nəfərdən pulunu alıb ona verəcək. Məlum oldu ki, bu qadın dələduzluqla məşquldur. 2022ci ilin iyun ayında yenə bildirdi ki, öz evini girov qoyub pulunu qaytaracaq, lakin qaytarmadı. O, 102-yə yığaraq, şikayətini bildirmişdir. Onu Ağdaş polisinə də dəvət etsələr də, polisə getməmişdir. Sonradan ona Kamal adlı şəxs zəng edib söz verdi ki, şikayətçi olmasın, pulu qaytaracaq. İddiaçı öyrənmişdir ki, başqa şəxslərdə bu xanımın dələduzluq əməllərindən əziyyət çəkib. Faktiki olaraq nəticə yoxdur. Beləliklə ümumilikdə 12000 manat pulunu mənimsəyərək dələduzluq etmişdir. Bununla bağlı 102-yə müraciət etmiş, lakin mülki işdi dedilər və Ağdaş rayon polis idarəsi işə baxmadı. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 06 dekabr 2021-ci il tarixdə Cavabdeh ilə notariusda müqavilə bağlamışdır. Cavabdeh ona bildirmişdir ki, İcra Hakimiyyətindən icazə aldıqdan sonra xx.xx.2022-ci il tarixdə evin bünövrəsini tikəcək. Torpaq Binəqədi rayonunda yerləşir, cavabdeh bildirmişdir ki, həmin ərazidə onlara 100 kv.m. yerdə ev tikəcək, ev isə 60 k.m. olacaq, onlarda ona inanıb razılaşdılar. Bir həftə sonra cavabdeh zəng edərək bildirmişdir ki, iddiaçı pulu götürüb notariusa müqavilə bağlanması üçün gəlsin və o, da işə başlasın, işləri çoxdur. Onlar notariusda müqavilə bağlamış və 10000 manat pulu ona vermişdir. Dekabr ayının sonlarında iddiaçı milliön aparatı vasitəsi ilə əlavə 1000 manat pulu cavabdehə ödəmişdir. 20 yanvar 2022-ci il tarixdə o, cavabdehə zəng vuraraq, bünövrənin qoyulması ilə maraqlanmış, o isə hələ icazənin gəlmədiyini, fevral ayında qoyulacağını bildirmişdir. Bundan sonra mart ayının 25 cavabdeh ona zəng edərək, Binəqədi rayonunda polisə hörmət etmək üçün 1000 manat pulun təcili köçürülməsini istəmiş, həmin an iddiaçı qardaşının yas mərasimində olduğundan qohumu Elməddinə zəng edərək pulun karta göndərilməsini xahiş etmişdir. Elməddin də iddiaçının oğlunun kartına 1000 manat pulu atmış, o isə cavabdehin kartına pulu göndərmişdir. Sonra iddiaçı tikintinin başlayıb-başlamamasını yoxlamaq məqsədilə həmin əraziyə getmiş, lakin heç bir tikintinin aparılmadığını görmüşdür. Cavabdeh müxtəlif bəhanələrlə may ayının 5-nə kimi onu aldatmış, axırda iddiaçı 08 may 2022-ci il tarixdə ona zəng edərək, pulunun geri qaytarılmasını tələb etmiş, o isə bu-gün sabah qaytaracağını bildirərək avqust ayına kimi uzatmış, sonra isə gizlənmişdir və onu tapa bilməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 dekabr 2021-ci il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında yerləşən-tikinti sahəsi 70 kv.m. təşkil edən 6.20 metr hündürlüyü, 7 yeddi daş kürsu, 2.80 metr tavan hündürlüyü olan 3 (üç) otaqlı 2 (iki) mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, İddiaçı isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 124808 saylı, xx.xx.2021-ci il tarixli milliön aparatından çıxarılmış eManat qəbzinə əsasən Cavabdeh kartına (kartın son 8 rəqəmi: ********) 15 dekabr 2021-ci il tarixdə 1000 manat pul köçürülmüşdür. İş materiallarında olan kartdan çıxarışa əsasən 409858******4537 saylı kart nömrəsinə 1000 manat pul köçürülmüşdür. İş materiallarında olan Ağdaş PRŞ-nin TB-nin təhqiqatçısı Haxverdi Əliyevin 10 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmçinin İddiaçı müraciəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı Əhmədova X1 rayonunda ev tikmək məqsədi ilə Cavabdeh ilə razılaşaraq, ilkin ödəniş 10000 manat pulu ödəyərək onunla notariusda müqavilə bağlamış, ikinci dəfə isə ayrı-ayrı vaxtlarda 2000 manat, ümumilikdə 12000 manat məbləğində pulu cavabdehə ödəmiş, lakin cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək evi tikib təhvil verməmişdir. Cavabdeh iddiaçıya pulunu qaytarmamış və hal-hazırda sonuncunun iddiaçıya 12000 manat məbləğində borcu qalmışdır. Sözü gedən bu hal iş materiallarında olan 06 dekabr 2021-ci il tarixli podrat müqaviləsi, kartdan çıxarış, qəbz və cinayət işinin rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarla da, öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 397.1-ci maddəsinə müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənimiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verilə bilər və ya qətnamədən 1 (bir) ay müddətində həmin məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar