Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6837/2021 08.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı əmək müqavilsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı əmək müqavilsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla işəgötürən Cavabdeh1 arasında bağlanmış 19.08.2017-ci il tarixli əmək müqaviləsinin ləğv edilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində düzəlişlərin edilməsi və iddiaçıya “Əmək müqaviləsinə xitam verilməsi barədə” bildirişin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilmləsinə dair ərizə təqdim edərək Cavabdeh2lə aralarındakı 19 avqust 2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və bunun icrasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizısinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o Cavabdeh2lə əmək müqaviləsi bağlanılmış, onun şirkətində işləmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Cavabdeh2 tez-tez ölkədən kənarə getdiyi üçün Cavabdeh1 etibarnamə vermiş, işləri onun adında Ramis idarə etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək İddiaçı Şahin oğlu ilə Cavabdeh2 arasında 19.08.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə yerləşdirilməsinin X2 Xidmətinə həvalə edilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, araşdırma aparmışlar və müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsi bağlayan Cavabdeh2dir. Belə ki, əmək müqaviləsi bildirişində göstərilən VÖEN Cavabdeh2 məxsus olmuşdur. Cavabdeh1 adı texniki səhv olaraq qeyd edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən müəyyən olunur ki, İddiaçı ilə işəgötürən Cavabdeh1 arasında ********** VÖEN nömrəsi ilə 19.08.2017-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmışdır. Elektron çıxarışa əsasən müəyyən olunur ki, ********** nömrəli VÖEN Cavabdeh2 məxsusdur. İş materiallarında olan 05.02.2017-ci il tarixli etibarnamədən görünür ki, Şanlı Metin Cavabdeh1 Azərbaycan Respublikası Vergilər Nazirliyində, bütün vergi orqanlarında, Əhalinin Sosial Müdafiə Fondunda, Dövlət Statistika Komitəsində, Asan Xidmət mərkəzlərində, Notariat Kontorlarında, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində və bütün digər dövlət və qeyri-dövlət orqanlarında, onun səlahiyyətli nümayəndəsi olmağı, bütün sənədləşdirmə əməliyyatlarını aparmağı, əvəzinə sənədlər təhvil verməyi və almağı, imza etməyi və s. hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə 3 il müddətinə verilmiş və 05.02.2020-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən göndərilmiş 24.11.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh2 sonuncu dəfə 10.10.2017-ci il tarixdə Gürcüstan-Azərbaycan istiqamətində dövlət sərhədindən hərəkəti zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən İAMAS-ın xüsusi nəzarət siyahısında “girişi qadağandır” statuslu məhdudiyyət tətbiq olunduğu üçün dövlət sərhədindən buraxılmayaraq geri qaytarılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi təmin edilməli, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 19 avqust 2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsinin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 ilə İddiaçı arasında 19.08.2017-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. İşçinin əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənə müraciət etməsi, işəgötürən Cavabdeh2 Azərbaycan Respublikasında olmadığndan və Azərbaycan Respublikasına girişi qadağan edildiyindən mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi mümkün olmadığından və işçi əmək müqaviləsinin ləğv edilməsini istədiyindən əmək müqaviləsinə məhkəmə qaydasında xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalı olduğundan müqaviləyə xitam verilməsinin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Həsənov X1 Səxavət Şahin oğlu ilə Cavabdeh2 arasında 19.08.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə yerləşdirilməsinin X2 Xidmətinə həvalə edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsassən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin a yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələrinin predmetidir. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar (kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallar) istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 19 avqust 2017-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsinin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6837/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6837/2021
08.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver