Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6838/2021 08.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı İddiaçı ASC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materillarını araşdırıb qeyd edirəm ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada olan iş üzrə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığına görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdeh - istehlakçı ilə aralarında sudan istifadə haqqında razılaşmanın olmasını təsdiq edən müqavilə iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, hakim kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4, 263-264, 268-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6838/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6838/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver