Məhkəmə qərarları › İş №2(004)-6858/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6858/2025

26.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6858/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 03 saylı Bakı “Asan Xidmət” X1 maraqlı şəxs qismində cəlb edildiyi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 03 saylı Bakı “Asan Xidmət” X1 maraqlı şəxs qismində cəlb edildiyi “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona, yəni Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan Respublikasının Masis rayonunda Dostluq kəndində anadan olmağı, X7 atası, X2 anası olması faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsi, qətnamənin icrasının Yasamal Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə Ermənistan Respublikasının Masis rayonunda Dostluq kəndində anadan olmuşdur. 1988-ci ildə Ermənistan Azərbaycan arasında münaqişə zamanı Ermənistandan deportasiya edilmiş və Bakı şəhər Yasamal rayonuna köçərək həmin vaxtdan eyni ünvanda yaşayır. 1987-ci ildə X5 ilə rəsmi nikah münasibətlərinə daxil olmuş və bu nikah münasibətlərindən onun üç övladı dünyaya gəlmişdir. Birinci övladı 1988-ci il təvəllüdlü X8, 1994-cü ildə X14 və 1989-cu ildə isə X9 anadan olmuşdur. O, naməlum şəraitdə doğum haqqında şəhadətnaməmi itirdiyindən 3 saylı Bakı Asan Xidmət X4 müraciət edərək doğum haqqında şəhadətnaməsinin təkrarını almaq istəsə də, ona xx.xx.2025-ci ildə məktub göndərərək məhkəmə qaydasında hüquqi faktın müəyyən edə biləcəyi qeyd edilmişdir. O, qeyd edilən doğum haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə etmiş və müxtəlif illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Göründüyü kimi, hazırda onun doğum faktının tanınması zərurəti yaranmışdır və ona müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. 3 saylı Bakı Asan Xidmət X4 bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina məktubunu təqdim etmişlər. Daha sonra Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizəsini dəqiqləşdirərək, onun xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğum faktının qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs 03 saylı Bakı “Asan Xidmət” X1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Ermənistan Respublikasının Masis rayonu Dostluq kəndi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi ilə X3 arasında bağlanmış nikah 28 iyul 1987-ci il tarixdə 41 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuşdur. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin AZ-İ seriyalı, 989772 saylı, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 29 mart 2019cu il tarixdə ölmüşdür. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin AZ-İ seriyalı, 184426 saylı, xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 26 mart 2006-cı il tarixdə ölmüşdür. - 03 saylı Bakı “Asan Xidmət” X1 Ərizəçi ünvanladığı 25 oktyabr 2025-ci il tarixli məktubuna əsasən tərəfindən şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizəsinin təmini mümkün olmamışdır. Bildirilmişdir ki, yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Onlar 1988-ci ildə Bakı şəhərinə gəlmişlər. Ailədə 7 uşaq olmuşlar. X14 atası olub, vəfat edib. X6 anası olub, vəfat edib. Onun doğum haqqında şəhadətnaməsi var. Məhkəmə iclasında şahid qismində dindirilmiş əriəzçinin bacısı X12 digər şahidlə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1959-cu il, doğulduğu yer Ermənistan Respublikası, Masis rayonu, ata qrafasında – X14 (milliyyəti azərbaycanlı), ana qrafasında – X6 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1959-cu il, doğulduğu yer Ermənistan Respublikası, Masis rayonu, ata qrafasında – X14 (milliyyəti azərbaycanlı), ana qrafasında – X6 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar