Məhkəmə qərarları › İş №2(004)-6873/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6873/2021

22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6873/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış 23.11.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinə 01.06.2020-ci il tarixdən xitam verilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Ərizəni onunla əsaslandırmışdır ki, Pakistan Respublikası vətəndaşı tərəfindən Azərbaycanda təsis edilmiş "xxxx" MMC-də 23.11.2019-cu il tarixli müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmişdir və həmin müqavilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Cəmiyyət bir neçə aydan sonra "koronavirus" (COVİD-19) pandemiyası səbəbindən öz fəaliyyətini dayandırmış, əməkdaşları isə yoxa çıxmışdır. Adı işdə olsa da, göstərilən səbəbdən ortalıqda qalmış və aylıq əmək haqqından məhrum olmuşdur. Məsələ ilə bağlı cəmiyyətin hüquqi ünvanına aylarla get-gəldən və bütün axtarışlardan sonra WhatsApp vasitəsilə ona həmin cəmiyyət tərəfindən verilmiş 001 saylı, 01.06.2020-ci il tarixli əmrin surəti göndərilmişdir. Əmrin surətindən görünür ki, cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən 01.06.2020-ci il tarixli, 001 saylı əmrlə xitam verilmişdir. Buna baxmayaraq, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qaldığından, bu günədək heç bir yerdə işə düzələ bilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr həmin sistemdə qeydiyyata alınmamışdır. Əmək müqavilsəinə xitam verilməsinə dair 01.06.2020-ci il tarixli, 001 saylı əmr barədə məlumatın elektron informasiya sistemində yerləşdirilməsi üçün müvafiq göstəriş verilməsi xahişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 22.02.2021-ci il tarixli ərizə ilə müraciət etmiş və müraciətim baxılması üçün həmin nazirlik tərəfindən özünün tabeliyində olan X3 Xidmətinə göndərilmiş, lakin müraciətdə qoyulmuş məsələ həll edilməmişdir. Xidmətin əməkdaşları bildirmişlər ki, əmək müqaviləsinə xitam verilməsi faktı yalnız müvafiq məhkəmə qərarı əsasında müəyyən edildikdən sonra elektron informasiya sisteminə daxil edilə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X3 Xidməti tərəfindən Ərizəçi ünvanlanmış 20.03.2021-ci il tarixli məktubdan görünür ki, adına aktiv əmək müqaviləsinin olması barədə ərizəçinin müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağianılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə Ərizəçi arasında 23.11.2019-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi ilə ərizəçi aylıq əmək haqqı 250 manat olmaqla, katib vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 01.06.2020-ci il tarixli, 001 saylı əmrin surətindən görünür ki, Ərizəçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən 01.06.2020-ci il tarixdən xitam verilmişdir. Məhkəmə verilmiş tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Ərizəçi arasında 23.11.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmışdır və ərizəçi həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “katibə” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmışdır. 01.06.2020-ci il tarixli, 001 saylı əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən 01.06.2020-ci il tarixdən xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki"xxxx" MMC öz fəaliyyətini dayandırmışdır. Lakin hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. Ərizədən görünür ki, ərizəçi, "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə 01.06.2020-ci il tarixdən xitam verilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək . əsmə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq- hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X3 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması maraqlı şəxsin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Ərizəçi Ərizəçi ilə "xxxx" MMC arasında bağlanmış 23.11.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinə 01.06.2020-ci il tarixdən xitam verilməsi faktı müəyyən edilsin. Ərizəçi Ərizəçi ilə "xxxx" MMC arasında bağlanmış 23.11.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi maraqlı şəxs X3 Xidmətinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar