Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6885/2025 12.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edildiyi Cavabdehna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edildiyi Cavabdehna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən aparılmış 19 iyun 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 qeyri-yaşayış sahəsinin sənədləşdirilərək çıxarışın alınması ilə bağlı kömək göstərilməsi barədə müraciət etmişdir . Qeyri-yaşayış sahəsinə müvafiq sənədlərin toplanması, müvafiq dövlət orqanlarından texniki sənədlərin əldə edilməsi, rəyin alınması və s. üçün aralarında şifahi razılaşma olmuşdur, bununla bağlı olaraq ona 08 iyul 2023-cü il tarixdə bir il müddətinə qüvvədə olan etibarnamə vermişdir. O, həmin tarixdən başlayaraq qeyri-yaşayış sahəsinə dair Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna müraciət edərək müvafiq sənədləri əldə etmiş, layihəsini çəkdirmiş və sənədlərin əldə edilməsi ilə bağlı tərəfindən pul xərclənmişdir. O, şifahi razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və son mərhələyədək gətirib çatdırmışdır. Qeyd olunmalıdır ki, 2023-cü ilin iyul ayında müəyyən sənədlərin hazırlanması və əldə edilməsi ilə bağlı 10.000 manat məbləğində pul verilməsi zərurəti yaranmışdır və o, T.Bədəlova bunu bildirdikdə pulu müvafiq quruma verilməsi üçün ona yalnız borc müqaviləsi adı altında verəcəyini bildirmişdir, o da işlərin dayanmaması və çəkdiyi zəhmətin boşa getməməsi üçün onun dediyinə razılıq vermiş və Bakı şəhəri 16 saylı Notariat Ofisində 08 iyul 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin bitmə müddəti xx.xx.2024-cü il tarixə müəyyən edilmişdir. T.Bədəlov tərəfindən ona heç bir borc verilməmişdir, onun tərəfindən ona verilmiş vəsait tam olaraq sənədlərin hazırlanması və əldə edilməsinə sərf edilmişdir. Bir müddət sonra, yəni son mərhələdə sənədlər ondan alınmış, özləri edəcəklərini bildirmişlər və bundan sonra aralarında mübahisə yaranmışdır və o, qeyd edilən məbləği qaytarmağa borclu deyil. Həmin məbləğ ona faktiki olaraq borc verilməmişdir və müqavilə bağlandıqdan sonra dərhal həmin məbləğ müvafiq sənəd əldə edilməsi ilə bağlı ödənilmişdir və bunu T.Bədəlov özü də görmüşdür. Yəni onunla onun arasında faktiki olaraq heç bir borc söhbəti olmamışdır. O, işlərin pozulmaması naminə bununla razılaşmış və gələcəkdə ona qarşı hansısa məqsədlə istifadə edəcəyini düşünməmişdir. Direktoru olduğu "xxxx" Hüquq Firması ilə X4 arasında 08 iyun 2024-cü il tarixdə müqavilə bağlanmışdır və T.Bədəlov sifarişlə yerinə yetirilən işlərin müqabilində 7000 (yeddi min) manat məbləğndə pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Borc verən şəxsin borc verdiyi şəxsə etibarnamə verməsi və digər müqavilə bağlaması nə dərəcədə məntiqidir. T.Bədəlov Bakı şəhəri 5 saylı Notariat Ofisinə müraciət etmişdir və 08 aprel 2025-ci il tarixdə 5 saylı Notariat Ofisi tərəfindən icra qeydi verilmişdir. İcra qeydi üzrə 8İ-9157 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. İcra qeydində 10025 manat məbləğində pulun tutulması qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadə tərəfindən “icraata başlamaq haqqında” Qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, həmin vaxt qərar ona göndərilməmişdir, icra qeydi verilməsi və qərar çıxarılmasından məlumatı olmamışdır. Bu yaxınlarda ona icra şöbəsindən zəng edilmişdir və icra qeydi verilməsi barədə məlumat almış, qərarın surəti də ona bu yaxınlarda verilmişdir. Ona nə kreditor, nə də notariat ofisindən heç bir xəbərdarlıq və bildiriş göndərilməmişdir, icra qeydi verilməsi barədə də heç bir məlumat verilməmişdir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Notariat Ofisi araşdırmadan icra qeydi vermişdir, pul öhdəliyi ilə bağlı tərəflər arasında mübahisənin yarana biləcəyi amili nəzərə alınmamışdır. Qanunvericlikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Notariat Ofisi onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notariat hərəkəti etməyərək yalnız kredit müqaviləsinə əsaslanmaqla və müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Göründüyü kimi qanunvericliyin tələblərinə riayət edilmədən icra qeydi verilmişdir və qeyd edilən səbəblərdən icra qeydi ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, icra qeydindən ümumiyyətlə məlumatı olmamışdır. Bildiriş ona çatdırılmamışdır. Xəbərnamədə qeyd olunan Əliyeva adlı şəxsi tanımır. İcra qeydindən polis əməkdaşlarının onu icra şöbəsinə çağırmasından sonra məlumatı olmuşdur. Onda ona məlum olmuşdur ki, icra qeydi verilmiş və barəsində axtarış verilmişdir. Onun qeydiyyatda olduğu ünvan ünvan 1 onun və bir neçə qonşunun da fərdi yaşayış evi yerləşir. Əvvəlki məhkəmə iclasından sonra poçtla maraqlandıqda poçt işçisinin həmin ərazidə onun tanımadığı adama bildirişi verməsini bildirmişlər. Onun Əliyeva adlı ailə üzvü də yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, lakin cavabdeh xx.xx.2026-cı il tarixdə məhkəməyə məktub ünvanlayaraq, mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - X4 (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanmış 08 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 10000 (on min) manat məbləğində pul borca vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. - Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Vüqar Hadinin 13 may 2024-cü il tarixli qərarına əsasən X2 ərizəsi əsasında toplanmış HK-1/372/2024 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - SLS X5 07 saylı, 08 iyun 2024-cü il tarixli müqaviləsinə əsasən İddiaçı ilə X4 arasında hüquqi xidmətlərin həyata keçirilməsi barədə müqavilə bağlanılaraq, müqavilədə nəzərdə tutulmuş xidmətin məbləği, həcmə görə 7000 manat olmaqla, icra İcraçıya Sifarişçi tərəfindən nağd olaraq əvvəlcədən ödənilir. - X2 İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişə əsasən borclu İddiaçı barəsində 08 iyul 2023-cü il tarixli, № 113 saylı, {reyestr nömrəli-müqavilə notariat qaydasında təsdiq edildiyi halda) borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər) kredit müqaviləsi mövcuddur. Həmin sənədə görə “Borc alana” 10000 (on min) manat məbləğində pul borcu öhdəliyi yaranmışdır. xx.xx.2023-cü il tarixdən etibarən qeyd edilən sənədlə-müəyyən edilmiş öhdəliyin icra edilməməsi / lazımınca icra edilməməsi / icranın gecikdirilməsi nəticəsində xx.xx.2023-ci il tarixinə xx.xx.2023-cü il tarixli, 3M-113 saylı sənəddən irəli gələrək 10000 manat məbləğində əsas borc ödənilməli və ya tələb edilən 10000 manat alınıb verilməli / sənəddə nəzərdə tutulduğu halda 10000 manat məbləğində çatası faiz və ya dəbbə pulu və ya öhdəliyin icrası əvəzinə razılaşdırılmış əmlak (peşman haqqı*) tərəfindən verilməlidir. Borc 30 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan spublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdar edilmişdir. - Poçt göndərişlərinin izlənilməsi barədə çıxarışa əsasən bildiriş xx.xx.2024-cü il tarixdə alıcı “Əliyeva”ya çatdırılmışdır. - ünvan 2 ünvanlanmış 13 dekabr 2024-cü il tarixli məktuba əsasən “Borc verən” X4 ilə “Borc alan” İddiaçı arasında bağlanan reyestr 3M-113 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə “Borc alan” tərəfindən “Borc verənə” borcun depozit hesabı vasitəsi ilə qaytarılmasına dair heç bir ödəniş edilməmişdir. - Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli, 8İ-9157 reyestr nömrəli icra qeydindən görünür ki, X2 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 10000 manat tutulmalıdır. Bundan əlavə təklif edir borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş manat sıfır qəpik) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10025 (on min iyirmi beş manat sıfır qəpik) manat pul tutulmalıdır. Həmin icra qeydi xx.xx.2025 tarixdə aparılmışdır. - ünvan 3 ünvanladığı 509 saylı, 19 iyun 2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri 16 saylı Notariat Ofisinin 08 iyul 2023-cü il tarixli, 3M-113 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il müddət üçün vaxtında ödənilməmiş 10000 (on min) manat məbləğində pul vəsaitinin İddiaçı tutulmasına dair xx.xx.2025-ci il tarixdə icra qeydi aparılmışdır. - Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadənin 20 iyun 2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri 5 saylı Notariat Ofisinin 8İ-9157 nömrəli, 19 iyun 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə maraqlı şəxs X4 arasında 08 iyul 2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən X4 tərəfindən iddiaçıya 10000 manat məbləğində borca pul verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun X4 qarşısında borcu yaranmışdır. X4 isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər.Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər.https://eqanun.az/framework/107 Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.https://eqanun.az/framework/107 Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilatihüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X1 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir.İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu əsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Qanunvericiliyin tələbinə görə, tələbkar X4 icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tələbkarın notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini göstərən məktubu mövcud olsa da, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan Poçt göndərişlərinin izlənilməsi barədə çıxarışa əsasən bildiriş xx.xx.2024-cü il tarixdə alıcı “Əliyeva”ya çatdırılmışdır. Göründüyü kimi, bildiriş göndərilsə də, iddiaçı həmin bildirişi faktiki olaraq əldə etməmişdir. Bildiriş məktubunun həqiqətən də İddiaçı çatdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, bildirişin iddiaçı tərəfindən deyil, onunla əlaqəsi sübuta yetirilməmiş üçüncü şəxs tərəfindən qəbul edilməsi borclunun lazimi qaydada məlumatlandırılması kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli, 8İ-9157 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli, 8İ-9157 reyestr nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6885/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6885/2025
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver