Məhkəmə qərarları › İş №2(004)-690/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-690/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-690/2023 30.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 30800 (otuz min səkkiz yüz) manat və 25000 (iyirmi beş min) ABŞ dolları borcun, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 2005-ci ildən borclu olduğu 5800 manata görə 4930 manat (85 %), 2006-cı ildən borclu olduğu 5000 ABŞ dollarına görə 4000 ABŞ dolları (80 %), 2008-ci ildən borclu olduğu 10000 manata görə 7000 manat (70 %), 2011-ci ildən borclu olduğu 15000 manata görə 8250 manat (55 %), 2012-ci ildən borclu olduğu 10000 ABŞ dollarına görə 5000 ABŞ dolları (50 %), 2013-cü ildən borclu olduğu 10000 ABŞ dollarına görə 4500 ABŞ dolları (45 %), cəm olaraq 20180 (iyirmi min yüz səksən) manat və 13500 (on üç min beş yüz) ABŞ dolları faizinin, ümumilikdə isə 50980 (əlli min doqquz yüz səksən) manat və 38500 (otuz səkkiz min beş yüz) ABŞ dolları pulun, eyni zamanda Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən 30800 manat və 25000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı və direktoru olduğu "xxxx" MMC-də və "xxxx" MMC-də mühasib kimi fəaliyyət göstərən Cavabdeh onun 25000 ABŞ dolları və 30800 manat pulunu etibardan sui-istifadə etməklə, müxtəlif yollarla aldadaraq ələ keçirmiş və bu günədək verdiyi vədə əməl etməyərək geri qaytarmamışdır. Belə ki, Cavabdeh, 2005-ci ildə maşın almaq adı ilə 1000 manat, elə həmin il qardaşı Abdalov İxtiyara maşın almaq adı ilə 1000 manat, yenə həmin il maşınını başqa maşına dəyişmək məqsədi ilə 2300 manat və Milli Məclisə seçkilər zamanı təbliğat-təşviqat kompaniyasına xərcləmək adı ilə 1500 manat, 2006-cı ildə Yasamal rayonunda orta məktəbə direktor təyin ediləcəyi adı ilə 10000 ABŞ dolları pulu ondan almış, müəyyən müddətdən sonra 5000 ABŞ dollarını qaytarmış, qalan pulları isə bu günədək qaytarmamışdır. 2008-ci ildə Cavabdeh evinin həyətində olan avtomobil qarajı yerini sənədləşdirmək adı ilə ondan 10000 manat almışdır. 2011-ci ildə o, Mətbuat Şurasının jurnalistlər üçün tikdirdiyi binada ona mənzil ayrılması məqsədilə Şuranın rəbərliyində kimlərəsə çatdırılması üçün ondan 15000 manat pul almışdır. Cavabdeh bildirmişdir ki, qardaşı X2 rəhbərliyindəki şəxslərlə çox yaxındır və bu işi o həyata keçirəcəkdir. 2012ci ildə Cavabdeh Bakı Kompüter Kollecinə direktor müavini təyin olunmaq adı ilə ondan 10000 ABŞ dolları almışdır. Cavabdeh qardaşı Abdalov İxtiyarın güclü kommersiya fəaliyyəti ilə məşğul olduğunu bildirərək, 30 noyabr 2013-ci il tarixdə ondan daha 10000 ABŞ dolları pul götürüb qardaşına vermiş və ona narahat olmamağı, bu pula qardaşının cavabdeh olduğunu bildirmişdir. 2014-cü ilin əvvəllərində onun ardıcıl tələblərimdən sonra Cavabdeh ələ keçirdiyi pullardan yalnız qardaşına kommersiya məqsədilə verdiyi pula görə onun əldə etdiyi mənfəətindən 600 manat və 2500 ABŞ dolları göndərdiyini deyərək geri qaytarmışdır. Cavabdeh, 2005-ci ildə 5800 manatını, 2006-cı ildə 5000 ABŞ dollarını (10000 ABŞ dollarımı alıb, müəyyən müddətdən sonra 5000 ABŞ dollarını qaytarıb), 2008ci ildə 10000 manatını, 2011-ci ildə 15000 manatını, 2012-ci ildə 10000 ABŞ dollarını, xx.xx.2013-cü ildə 10000 ABŞ dollarını, cəm olaraq, 30800 manatını və 25000 ABŞ dollarını müxtəlif yollarla aldadıb vəd verməklə etibardan sui-istifadə edərək ələ keçirmiş, lakin bu günədək bir manat da olsa ona geri qaytarmamışdır. Cavabdeh ona qarşı etdiyi hərəkətləri dələduzluq əməli hesab nduzluq əməllərinin müəyyən edilərək təsdiqini tapdığı halda onun məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Lakin uzun araşdırmadan sonra, 27 iyul 2019-cu il tarixdə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra Cavabdeh İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, 2004-cü ilin may ayından İddiaçı onunla əmək müqaviləsi bağlamış və onun əvvəlcə "xxxx" MMC və sonralar "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC adlı müəssisələrində mühasib kimi çalışmışdır. İddiaçı ona əmək müqaviləsi əsasında 2004-cü ilin may ayından 2021-ci ilin sonuna qədər olan müddətdə əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqını ödəməmişdir. Bu isə təxmini hesablansa: (17x670)x12=136680 AZN məbləğ deməkdir. Hansı ki, Mirzakir ona o pulu hələ verməyib. Onun müxtəlif adlarla müəssisələr yaratmasının səbəbi bank hesablarında olan məbləğləri vergidən yayındırmaq, hər müəssisəyə bir qədər vəsait qəbul olunmasını təşkil etmək və beləliklə mənfəət əldə etmək idi. Qanunla nəzərdə tutulmuş əmək haqqı cədvəlinin tərtib edilməsinə icazə vermirdi. Hərdən bir ona müxtəlif məbləğlərdə pul versə də, o, həmin pulları həm özünə xərcləmiş, həm də Dövlət Sosial Müdafiə Fonduna və Vergilərə ödəmişdir. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsindəki məbləğlər yalandır, və şişirdilmiş rəqəmlərdir. Onlar heç zaman bir-birlərinə borc adı ilə pul verməmişlər. O ev alanda ilk dəfə o, ona pul vermişdir (9300 AZN). Həmin o 5 müəssisədən İddiaçı ona hər ay əmək haqqı formasında 750 manat ödəməli və bu əmək haqqının ödənilməsi barədə tərtib olunmuş əmək haqqı cədvəlində öz əksini tapmalı idi. Onların münasibətləri də elə buna görə pozulmuşdur. O, dəfələrlə mühasib olaraq əmək haqqı cədvəli tərtib etsə də İddiaçı həmin cədvəlləri ləğv etdi və ona 5 aydan bir, 6 aydan bir müxtəlif məbləğlərdə pul verirdi. O, isə həmin pulları əmək haqqı kimi və qeyd etdiyi dövlət orqanlarına ödəniş kimi istifadə etmişdir. Ona görə də xahiş edir ki, İddiaçı ona qarşı qaldırdığı iddia əsassız olduğu üçün rədd edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o sahibkardır. O, "xxxx" və "xxxx" MMC-lərdə “Mühasibat”, “Maliyyə” və “İqtisadiyyat” jurnallarını nəşr etdirmişdir. Bu jurnallar satılıb və pul əldə olunub. Cavabdeh orada mühasib işləyib, lakin müqavilə ilə yox, adla işləyib. Yəni onun əsas iş yeri başqa yer olub. Cavabdehin işi əmək haqqı cədvəllərini düzəltmək olub. Sadiq Hüseynov onu cavabdehlə tanış edib və tədricən münasibətləri yaranıb. Münasibətləri yarandıqdan sonra cavabdeh ondan pul istəməyə başladı. Ona bildirdi ki, maşın almaq istəyir, 1000 manat pul ver. O, 2005-ci ildə həmin məbləği ona vermişdir. Sonra ona bildirdi ki, qardaşı İxtiyar Abdalov maşın almaq istəyir, bu məqsədlə ondan yenə pul istəmiş və o da 1000 manat da vermişdir. Bir müddət də keçəndən sonra ona maşınının əzildiyini bildirdi və maşını dəyişmək üçün ondan 2300 manat pul istəmişdir. Cavabdeh deputat olmaq üçün namizədliyini vermişdi və ona bildirmişdir ki, deputat olacaq, təşkilatlarla danışıb onun jurnallarına pul köçürtdürəcək. Bu məqsədlə də ondan 1500 manat pul almışdır. Bütün bu məbləğləri ondan borc almışdır. Aralarında müqavilə olmayıb, sadəcə şifahi razılıq. 2005-ci ildə ümumilikdə 5800 manat borc vermişdir. 2006-cı ildə ona bildirdi ki, Yasamal rayonunda orta məktəbə direktor təyin olunmalıdır, keçmiş Təhsil naziri Misir Mərdanov onun ana tərəfdən qohumudur. 10000 ABŞ dolları lazımdır ki, Misir Mərdanova versin, o da onu məktəbin direktoru təyin etsin. Bir müddət sonra dedi ki, orada işləyəsi olmadı. Verdiyi 10000 ABŞ dollarından 5000 ABŞ dollarını qaytardı, 5000 ABŞ dollarını isə qaytarmadı. Pulu qaytararkən bildirdi ki, onun həyat yoldaşı ona pulu qaytarması ilə bağlı təzyiq edib. Özü direktor təyin olunandan sonra da onun yaxın adamlarından birini kitabxana müdiri təyin etməli idi. O, da bu səbəbdən, həmçinin birlikdə işləməkləri və yaxşı münasibətlərinin olması səbəbilə pulu ona vermişdir. 2008-ci ildə bildirdi ki, evi plana düşüb, söküləcək, həyətində olan qarajı sənədləşdirmək lazımdır. Bu məqsədlə də 10000 manat lazımdır. Daha sonra evi söküləndə daha çox pul alacaq. Evinin sökülməsi üçün ona ən azı 400000 manat pul veriləcəkdi. Qarajı sənədləşdirmək məqsədilə ona 10000 manat pul vermişdir. 2011-ci ildə Mətbuat Şurası jurnalistlərə ev tikirdi. Cavabdeh ona demişdir ki, qardaşı X3 Şurasında tanışları var, 15000 manat versə, ona oradan üçotaqlı ev düzəldəcək. Ona üçotaqlı ev düzəltməsi məqsədilə 15000 manat pul vermişdir. 2012-cü ildə cavabdeh ona bildirmişdi ki, Bakı Kompüter Kollecində müəllim işləyir və orada direktor qadındır. Həmçinin demişdi ki, həmin qadını bir neçə günə çıxaracaqlar, onun yerinə keçmək üçün 10000 ABŞ dolları verməlidir. Özü Bakı Kompüter Kollecinə direktor vəzifəsinə keçdikdən sonra onu da təsərrüat müdiri təyin edəcəkdi, o da orada jurnal çıxaracaqdı. Bu məqsədlə ona 10000 ABŞ dolları vermişdir. Bir yerdə işlədikləri üçün ona etimad edirdi. 2013-cü ildə ona dedi ki, qardaşı X5, Türkiyə və Ruminyadan mal göndərir və bu işdə yaxşı gəlir var. Ondan 10000 ABŞ dolları istədi ki, o özü də qardaşına malları almaq üçün pul verib, onun verdiyi 10000 ABŞ dollarını da İxtiyara verəcək, İxtiyar da yaxşı pul qazanacaq və hər ay onlara pul göndərəcək. Daha sonra ona 600 manat, 2500 ABŞ dolları verdi və göndərdiyi 10000 ABŞ dolların qazancından qardaşının göndərdiyini dedi. 600 manat 2500 ABŞ dolları borcun qaytarılması deyil, biznesin pulundan göndərib. Sahibkarlıq fəaliyyəti ilə bağlı heç bir rəsmiləşmə olmayıb. Sadəcə sözlə razılığa gəlmişlər. Həmçinin cavabdeh ona bildirdi ki, narahat olma, qardaşının Türkiyədə Quş adası deyilən yerdə evi var, pulunu qaytaracaq. Anası öləndə bildirdi ki, qardaşı İxtiyar Abdalov gələcək, onunla danışarsan, o sənin pulunu gətirəcək. Lakin qardaşı gəlmədi. 2015-ci ildə pulunu istəməyə başlamışdır. Daha sonra görmüşdür ki, artıq cavabdeh onu aldadır. Nəşriyyata gəlmiş, onun səsini yazaraq protokollaşdırmışdır və Banditizm və Terrorizm İdarəsinə vermişdir. Orada işə baxıldı, hətta qarşı tərəf vəkili ilə gəlmişdi və iş Yasamal Rayonu 27 nömrəli Polis Bölməsinə, oradan da Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. X8 verildi. O hər ikisini çağırdı, dindirdi. Yelmar Vahabov ekspertiza təyin etdi. Ekspertizanın nəticəsində müəyyən edildi ki, bu səs yazıları həqiqətən də Mehdiyev Mirzakir və Cavabdeh səs yazılarıdır. Buradan da o sübut olundu ki, Cavabdeh bu pulu ondan tamamilə alıb. X4 çağırdı, dedi ki, get Cavabdehla görüş və jurnalistlər üçün tikilən evə görə verdiyin 15000 manatı qaytarsın. O, cavabdehlə nəşriyyatda görüşmüşür. Ona qardaşlarından və əmisi uşaqlarından ibarət dəstə düzəltdiyini, sui-qəsd düzəldəcəyini dedi. Bunlardan birinə o nail oldu. Cavabdeh "xxxx" MMC-də onun hesabına 17000,44 manat sərəncam qoydurdu. Müəssisə hazırda fəaliyyətini dayandırıb. Cavabdeh onun pulunu əlimdən alıb. Hazırda həmin "xxxx", "xxxx" fəaliyyətini dayandırıb. Ona ziyan dəydiyi üçün işləyə bilmir. Ona görə də ona faizləri də ödəməlidir. Faizlərin hesablanılmasında ona kömək edilib. Faizlərin tam dəqiqliyini bilmir. Lakin faizləri də almalıdır. Vergilər Nazirliyinin məktubundan görünür ki, "xxxx" MMC-də qeyri-qanuni olaraq 17000,44 manat borc yaranıb. Təşkilatın şifrəsi var. Bu şifrə mühasib olduğu üçün cavabdehdə var idi. O bu şifrə ilə daxil olub hesabat yarada bilirdi. O, bunu prokurorluqda bildirmiş, qeyd etmişdir ki, dələduzluqdur. Bu məsələyə prokurorluqda baxılmadı. Lakin Vergilər Nazirliyinin məktubuna əsasən dələduzluğun olması sübut olundu. Həmçinin cavabdeh Sabir Hüseynovu və başqa şəxsi də çağırıb, onlarla görüşüb, deyib ki, müstəntiq Yelmar Vahabova izahat verib deyin ki, bizim yanımızda Zakirin pulunu verib. Onlar da izahat verməkdən boyun qaçırıblar. Cavabdehin danışdıqları yalandır. O, təkcə 17 il həmin müəssisədə işləmişdir. Qaraja görə ondan 10000 manat pul alıb. Cavabdeh həmçinin jurnalistlər üçün tikilən evdən ona üçotaqlı ev düzəltməli idi. Buna görə ondan 15000 manat pul almışdı. Həmin pulu İxtiyar Abdalova verməli idi, o da pulu başqa şəxslərə çatdıracaqdı və ona üçotaqlı ev düzəltməli idilər. O, pulu verib-vermədiyini soruşanda ona demişdir ki, narahat olma, sən evini alacaqsan. Lakin ona ev vermədi. Əgər cavabdeh ondan pul almamışdısa, qardaşı niyə 600 manat, 2500 ABŞ dolları göndərirdi. Əlavə olaraq iddiaçı izahatında bildirmişdir ki, cavabdehə pulları borc kimi verməmiş, cavabdeh onu aldadaraq dələduzluq yolu ilə həmin pulu almışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İlk dəfə onun bir dostu onları tanış etdi ki, onun işində problem var, ona kömək et. O, X1 yaxşı bildiyinə görə ona müraciət etdilər. Onun işini 2004-cü ildə aparmış, mühasibat hesabatlarını düzəltmiş və Vergi Cinayətləri İdarəsində onun işini ləğv etdirmişdir. Bunun əvəzində ona 200 manat pul vermişdir. Əmək müqaviləsinin şərtlərinə əsasən iddiaçı ona hər ay 650 manat ödəməli idi. Sonra daha bir MMC yaratdı və dedi ki, oradan da əlavə olaraq 100 manat verəcək, ümumilikdə 750 manat. Bu əmək haqqlarını ona verməyib. Borc məsələsinə gəldikdə, 1000 manat maşına görə ondan götürmüşdür. Lakin özünə görə götürməmişdir. O maşınla jurnalları daşıyırdı, onun özünü evə aparırdı. Bu onun mühasib funksiyasına daxil deyildi. O, hər gün jurnalları sexdən maşına yığırdı, satış məntəqələrinə aparırdı. 1000 manatı da maşına görə vermişdi. Ona həmin pulu borc məqsədilə verməmişdi. Sadəcə xərcləmək üçün əvəzsiz olaraq vermişdi. İddiaçının qeyd etdiyi 15000 manat məsələsi olmayıb. Bu məbləğ şişirtmədir. 2012-ci ildə ona etibarnamə verilib, Vergilər Nazirliyində, gömrükdə, dövlət orqanlarında təmsil etmək üçün 5 il müddətinə nümayəndəsi olmuşdur. Maşına görə iddiaçıdan 1000 manat almışdır, lakin bu məbləğ borc deyildi. İxtiyara maşın almaq üçün iddiaçıdan borc götürməmişdir. Maşını dəyişmək üçün iddiaçıdan 2300 manat almışdır. Lakin bu da borc deyildi, özü ona bu məbləği verdi ki, get maşını dəyiş. Onun sürücülük vəsiqəsi yox idi, o onun sürücüsü kimi gedib-gəlirdi. 1500 manat deputat seçilməyi ilə bağlı ona pul verib. Lakin borc kimi yox, yardım məqsədilə. Digər dostları da bu məqsədlə ona yardım edirdilər. 2006-cı ildə harasa direktor keçməyi ilə bağlı məsələ olmayıb. Misir Mərdanovla qohumluğu yoxdur. Direktor keçmək üçün 10000 ABŞ dolları borc almamışdır. O, yalnız qaraj üçün 10000 manat borc almışdır. Qaytardığı 5000 ABŞ dolları qarajın borcundan qaytarmışdır. Hətta o ona borcu manatla vermişdi, o dollarla qaytarmışdır. Qaraja görə 10000 manat borc almışdır. Bir dəfə 5300 ABŞ dolları qaytarmış, bir dəfə də 5000 ABŞ dolları qaytarmışdır. Əvvəlki puldan qaldığı üçün 10300 ABŞ dolları qaytarmışdır. Ev almaq istəyirdi, ona görə də çox pul qaytardı. İddiaçıdan 2011-ci ildə mənzilə görə 15000 manat pul almamışdır. Kollecə direktor təyin olunmaq üçün 10000 ABŞ dolları almamışdır. Qardaşının biznesinə görə 10000 ABŞ dolları almamışdır. 600 manat və 2500 ABŞ dolları borcdan qaytarmağı məsələsi də yalandır. Onlar müxtəlif vaxtlarda bir-birlərinə pul vermişlər. 10000 manatla bağlı direktor keçmək məsələsi olanda onlar o pulu seyfə qoymuşlar. 14 il onun otağında oturub, o, iddiaçıdan icarə haqqı almamışdır. Halbuki kompüter də, iş də onun olub. Qazaxıstana gedəndə seyfdən 10000 ABŞ dolları ona vermişdir. Onun xaricə getdiyi müddəti də yoxlaya bilərlər. 1 il müddətinə Qazaxıstana getdi. 1 il müddətində o, onun 5 MMC-də işləmişdir. Onun özünün DSMF-ə, vergiyə ödədiyi pullar var. O ona əmək haqqı verməyib. Ona demişdir ki, ola bilsin deputat seçildi, ona pul lazım olacaq. Pulu seyfə qoyanda dedi ki, sənə pul lazım ola bilər, ona görə də pul seyfdə qalsın. O pulu ona vermiş və o Qazaxıstana getmişdir. Düyü gətirmək məqsədilə Qazaxıstana getmişdi, 165000 manat MMC-nin pulu ona qaldı. Ona yalnız mühasibat işində deyil, çap işində də kömək etmişdir, ona kompüter vermişdir. Onların əvvəllər münasibətləri o qədər yaxşı olub ki, onlar daim bir-birlərinə kömək etmişlər. O, baş mühasib olduğu üçün onların aralarında çox pul söhbəti olub. Seyfin açarı onda olub. Qazaxıstana gedəndə ona demişdir ki, Qazaxıstana düyü gətirib satmaq məqsədilə gedir. O pulu Qazaxıstanda batırandan sonra onların münasibətləri korlandı. Cavabdeh Qazaxıstana gedəndə ona 5 illik etibarnamə vermişdi. Xarici pasportunda da çıxışı və girişi var. Cavabdeh 1 il 5 ay gəlmədi. 1 il 5 ay burada olmadığı halda onun maaşını necə verə bilər. Seyfdən 10000 manat ona Qazaxıstana gedərkən vermişdir. Həmin dövr üçün o, 4466 manat Dövlət Sosial Müdafiə Fonduna pul köçürmüşdür. O ona əmək haqqı vermirdi. O, da o öhdəliyini yerinə yetirmədiyinə görə seyfdəki pullardan ona da vermiş, özü də xərcləmişdir. İddiaçı Qazaxıstanda olanda onun evinə oğru girmişdi. Ona zəng elədi ki, get evə bax, evdən oğurlanıb. O, sənədləri nə etdiyini soruşanda bildirdi ki, oğurlanıb. Gələndən sonra ona demişdir ki, mənim pullarımı ver. O isə cavabında demişdir ki, vermədiyi əmək haqqının əvəzidir. Bir dəfə qonaqlıqda olanda onu içirdib cibindən pul çıxartmışdılar. Pulu onun oğurladığını düşünürdü. Lakin o, onların yanında olmamışdır. Ona 10000-15000 manat pul verdiyini iddia edir. Bu məbləğdə pul verəndə qəbz də olmalıdır. Ola bilər ki, nə vaxtsa, ondan borc alıb qaytarmamışdır. Xatırlamır. Zakir müəllimin jurnallarını daşımaq üçün maşın alanda ondan 1000 manat almışdır. Ona maşına görə 1000 manat lazım olduğunu bildirmiş, o da vermişdir. Bu məbləğ borc deyildi. Qaraj məsələsinə görə ondan borc almışdır, lakin onu da Qazaxıstana gedəndə seyfdən çıxarıb qaytarmışdır. Qaraja görə borcu nə vaxt aldığını dəqiq xatırlamır. 2008-2009-cu illərdə ola bilər. İddiaçıdan başqa borc almamışdır. Qaraja görə borc pulu götürəndən 5-6 ay və ya ola bilsin 1 il sonra qaytarmışdır. İddiaçının onun qardaşının və Misir Mərdanovun ünvanına dedikləri yalandır. Məsələ belə olmuşdu ki, iddiaçı direktor keçmək istədiyini bildirmişdi, o da nazirlikdə işləyən dostu ilə məsləhətləşmişdir. Zakirin ixtisası ilə əlaqədar olaraq direktor keçə bilməyəcəyi bildirilmişdir. Elə vaxtlar olub ki, iddiaçı ilə birlikdə yemək yemiş və həmin vaxt söhbət etmişlər. İddiaçı həmin söhbəti də qeydə alıb. O ona nə qədər xidmət etmiş, onun işlərini görmüşdür. Lakin o onun əməyini qiymətləndirmədi. Əvəzində onun səsini yazıb şantaj edir. İddiaçıya 5000 manat borcu olmasını qəbul edir. Səs yazısında qeyd olunan məsələ borc deyil. O, ondan müəyyən işlərə görə 2300 manat almış, sonra demişdir ki, imkan yoxdur, qardaşından alıb verər. Amma onlar ondan sonra bir-birlərinə pul vermişlər. O, hesabı itirmişdir ki, iddiaçı ona çox pul verib, yoxsa özü ona. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçının ona qarşı qaldırdığı iddia tələbini 5000 manat məbləğində qəbul edir, iddianı qalan hissədə qəbul etmir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 iyul 2019-cu il tarixli Qərara əsasən İddiaçı ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, iddiaçı iddia tələbində nəzərdə tutulan borc məbləğini, iddia tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh etiraf etdiyi həcmdə, yəni 5000 manat məbləğində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia tələbi Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsi hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçı vermiş olduğu izahatında da pul vəsaitinin borc kimi yox, məhz dələduzluq yolu ilə ondan alınmasını bildirmişdir. Bundan əlavə cavabdeh həm etirazında həm də məhkəmədə vermiş olduğu izahatında tərəflərin bir birlərinə dəfələrlə pul alıb verdiklərini və borcun nə vaxt aldığını dəqiq xatırlamadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə eyni zamanda iddia tələbinin “cavabdeh tərəfindən puldan uzun müddət faydalandığına görə bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar