Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-692/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən 33.2 kv.m ibarət olan 177 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 14 saylı Notariat Kontorunda 02.11,2022-ci il tarixdə AN-İ № ******* sayla təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən alıcı İddiaçı, satıcı X3 məxsus Bakı şəhəri, Yasamal rayonu Murtuza Muxtarov küçəsində yerləşən 33.2 kv. İbarət olan 177 saylı evi almışdı. Bundan sonra, həmin evə dair Daşınmaz Əmlakın Dövlət Reseytri Xidmətindən adına Çıxarış almaqla, evin xüsusi mülkiyyətçisi hesab olunmuşdur. Satıcı - X4 ondan öncə Bakı şəhəri, Yasamal rayonu Murtuza Muxtarov küçəsində yerləşən 33.2 kv. ibarət olan 177 saylı evi ilkin mülkiyyətçisi X1 alanda, həmin ünvanda qeydiyyatda olan hazırki iddia tələbində cavabdeh keçən şəxs Cavabdeh Rusiya Federasiyasından notarial qaydada təsdiq edilmiş ərizəsini göndərərək, mübahisəli evin satılmasına etiraz etməmişdir. Bundan əlavə hazırki iddia tələbində cavabdeh olan şəxs Cavabdeh Bakı şəhəri, Yasamal rayonu Murtuza Muxtarov küçəsində yerləşən 33.2 kv. ibarət olan 177 saylı evlə bağlı əvvəlki mülkiyyətçisi X2 Rusiya Federasiyasından etibarnamə göndərərək, mübahisəli evin satılmasına, həmin evdən qeydiyyatdan çıxmasına və s. hərəkətləri etməyi etibar etmişdir. Göründüyü kimi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu Murtuza Muxtarov küçəsində yerləşən 33.2 kv. İbarət olan 177 saylı ev tam onun sahibliyindədir. Nə evi ona satan X3 aid, nə də, qeydiyyatda olan Cavabdeh aid hər hansı bir əmlak mübahisəli evdə yoxdur. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndində qeyd edilmişdir ki, alınan evdə qeydiyyatda heç kim yoxdur. Lakin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu Murtuza Muxtarov küçəsində yerləşən 33.2 kv. İbarət olan 177 saylı evin ilkin alqı-satqısı zamanı iddia tələbində cavabdeh olan şəxs Cavabdeh qeydiyyatda qalmışdır. Baxmayaraq ki, onun mübahisəli evin satılmasına və qeydiyyatdan çıxmasına öz iradəsi əsasında notarial qaydada razılığı mövcuddur. Hal-hazırda qeyd etdiyi cavabdehi tanımadığından, onun ölkədən kənarda yaşadığından, onu dəvət edib könüllü olaraq qeydiyyatdan çıxara bilmir. Ona aid hər hansı bir əşya evdə yoxdur. Cavabdehin, onun mülkiyyətində olan evdə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur və əmlak barəsində tam sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də hesab edir ki, cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olan mənzildə qeydiyyatda qalmaları qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məlumat verilməsi mümkün olmamışdır. Bununla bağlı Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı şəkəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil İstismar Sahəsinə sorğu göndərilmiş lakin cavabdehin hazırki yeri ilə bağlı məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X4 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən ümumi sahəsi 33.2 kv.m olan 177 saylı evi İddiaçı satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən ümumi sahəsi 33.2 kv.m olan 177 saylı mənzil İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İş materiallarından görünür ki, X4 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən ümumi sahəsi 33.2 kv.m olan 177 saylı mənzili İddiaçı satmışdır. Lakin yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh hazırda Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən ümumi sahəsi 33.2 kv.m olan 177 saylı mənzildə qeydiyyatdadır. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, müvafiq müqavilə üzrə icra natamamdır. Cavabdehin mənzilə olan istifadə hüquqları formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmağı iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən ümumi sahəsi 33.2 kv.m olan 177 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən ümumi sahəsi 33.2 kv.m olan 177 saylı mənzilə olan istifadə hüququ itirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-692/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-692/2023
14.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver