Məhkəmə qərarları › İş №2(004)-701/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-701/2021

24.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-701/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X7 oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi Nümayəndə1, Cavabdeh3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1980-ci ildə Bakı şəhər, Yasamal rayonu, Ələsgər Ələkkbərov küçəsi, ev 43-ün yerləşdiyi həyətdə tikdiyi evi qanunsuz zəbt edən X5, Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1946-cı ildən Bakı şəhər, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 43-də valideynləri və qardaşları ilə birlikdə yaşayıb. Sözü gedən ev 124.4 kv m-dir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən sözü gedən ev 7 otaqdan ibarətdir. Ev iki hissədən ibarətdir. Bir hissəsi 65.8 kv mdir və 4 otaqdan ibarətdir. Digər hissəsi isə 58.6 kv m-dir və 3 otaqdan ibarətdir. Həmin evdə iddiaçı, iki qardaşı və valideynləri yaşayıb. İddiaçı özü 1980-ci ildə Bakı şəhər, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 43-ün yerləşdiyi həyətdə ev tikib. Lakin həmin evin mülkiyyət sənədini əldə etməyib. Həmin evdə onun toyu olub və iki qız övladı doğulub. Həmin evdə həm də atası 2002-ci ilə kimi, anası isə 2010-cu ilə kimi yaşayıb. İddiaçı sonradan tikdiyi evi kirayə verməyə başlayıb. Sözü gedən həyətdə qardaşı Fazil onun tikdiyi evin üstündə özünə ev tikib və ailəsi ilə , həyat yoldaşı Cavabdeh3, oğlu Cavabdeh1, qızı Cavabdeh2, birlikdə orada yaşayıb. Digər qardaşı Yusif isə ailəsi ilə birlikdə Bakı şəhər, Yasamal rayonu. Ələsgər Ələkbərov küçəsi, ev 43-də yaşayıb. Qardaşı Fazil rəhmətə getdikdən sonra iddiaçı qardaşı oğlu İlqara müvəqqəti öz evində yaşamağa icazə verib. İlqar onun evində müvəqqəti yaşadığı dövrdə Faiq hər gün evinə gedib-gəlib, evində təmir işləri görüb. İddiaçı taksi şoferidir və bütün günü həmin həyətdə olub. İddiaçı bildirir ki, onun 1980-ci ildə Bakı şəhər, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 43-ün yerləşdiyi həyətdə tikdirdiyi evin işıq, qaz və su sayğacı onun adına rəsmiləşdirilib. Bu günə kimi də evin kommunal xərclərini özü ödəyir. Sonradan, iddiaçının tikdiyi evdə qardaşının qızı Aysel və həyat yoldaşı Südabə yaşayıb və həmin evi zəbt ediblər. İddiaçı qardaşının ailəsi olduğu üçün onları zorla evdən çıxarmayıb. Çünki qardaşı rəhmətə getdikdən sonra qardaşının ailəsinə köməklik edib. Hətta qardaşının ailəsi öz evini kirayəyə verib əmisinin evində yaşayıb. İddiaçı düşünüb ki, qardaşının ailəsidir, ona görə də onun evində yaşamalarına etiraz etməyib. Lakin sonradan qardaşının həyat yoldaşı onu öz evinə qoymayıb. İddia edib ki, guya iddiaçıya məxsus ev onlarındır. Halbuki, qardaşının yoldaşı Cavabdeh3 heç Bakı şəhər Yasamal rayonuƏləsgər Ələkbərov küçəsi, ev 43-də heç bir payı yoxdur. O, heç həmin həyətdə qeydiyyatda deyil. Hazırda iddiaçı öz evinə girə bilmir. Hesab edirik ki, iddiaçının Bakı şəhər, Yasamal rayonu. Ələsgər Ələkbərov küçəsi, ev 4 həyətdə 1980-ci ildə tikdiyi evi qanunsuz zəbt edən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 evdən çıxarılmalıdır. Bakı şəhər, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 43-ün 1980-ci ildə tikdirdiyi və ailəsi ilə birlikdə yaşadığı evin çıxarışı olmasa da, həmin ev ona məxsusdur. Böyük əziyyətlə özü tikib. Hətta həmin həyətdə yaşayan qonşuları da bunu təsdiq edib. 21 saylı MKİS-in verdiyi arayışa əsasən, iddiaçı Bakı şəhər, Yasamal rayonu, Ələsgər Ə küçəsi, ev 43-də 28 iyun 2003-cü ildən qeydiyyatdadır. **********30002 saylı abunə haqqında məlumatdan görünür ki, Azərişıq ASC iddiaçıya Bakı şəhər, Yasamal rayonu. Ələsgər Ələkbərov küçəsi, ev 43, mənzil 0002 üzrə işıq enerji xidməti aparıb. İddiaçının Azəriqaz ASC-dən aldığı arayışda da onun tikdiyi evdə işıq sayğacının olduğu və hər ay ödəniş etdiyi sübut edilib. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh tərəf iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, həmin mənzildə heç bir əlavə tikili aparılmayıb. Təqdim edilən 1965-ci ilə aid olan sənəddən də göründüyü kimi orada heç bir əlavə tikili olmamışdır. Bu həmçinin təqdim olunan texniki pasportda da öz əksini tapmışdır. Bundan əlavə Cavabdeh3 1990-cı ildə iddiaçının qardaşı ilə nikaha daxil olaraq mübahisəli əmlaka köçmüş və hal-hazıradək orada yaşayır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun bibisi nəvəsidir. Binəqədi rayonu 8-ci mikrorayonda yaşayır. İddiaçının yaşadığı ünvanı dəqiq bilməsə də, iddiaçı o evdə təmir-tikinti işləri aparmışdır. Öncələri o evdə iddiaçının anası da yaşamışdır. Ev təxminən 7-8 il bundan qabaq tikilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının yoldaşının əmisidir. Onları uşaqlıqdan tanıyır. İddiaçının həm Nərimanov rayonunda, həm də Yasamal rayonunda mənzili var. İddiaçı evlənməmişdən qabaq, həm də sonra onlara getmişdir. Anasının xalası orada yaşayırdı. İddiaçı evi tikəndə uşaqları hələ yox idi. Həmin evə son zamanlar getmişdir, lakin içəri daxil olmamışdır İddiaçı evi çox artırıb. Yəni yataq otağı, qonaq otağı, mətbəx və hamam və s. Həmin evə mebeli o, yığmışdır və o evi də iddiaçı tikib. cavabdehləri də tanıyır. Onlar həmin evdə qarajın üstündəki evdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı onun bibisi oğludur. Mübahisəli ev iddiaçınındır. Orada nə tikinti işləri aparılıbsa hamısını iddiaçı edib. Fazil adında qardaşı üçün 2-ci mərtəbədə otaq və qarşısında mətbəx olan ev tikib. 1-ci mərtəbədəki evi toyundan qabaq tikib. Hazırda kimin yaşadığını bilmir. Amma sonuncu dəfə ora gedəndə 1-ci mərtəbədə kiçik qardaşı yaşayırdı. 2-ci mərtəbədə qardaşı Fazilin ailəsi yaşayırdı. O evdə bütün tikinti işlərini İddiaçı edib. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 sentyabr 2021-ci il tarixli **********70 saylı məktubundan görünür ki, müvafiq şöbənin mühəndisi tərəfindən sözügedən ünvan 2 ünvanında 31.08.2021-ci il tarixdə yoxlama-ölçü işləri aparılmışdır. Bildirilmişdir ki, İddiaçı iddia etdiyi sahələr 04.05.2011-ci il tarixli dövlət reyestrindən çıxarışda qeyd olunan **********53-10301 reyestr nömrəli fərdi yaşayış evinin B-literli tikilinin 1972-ci ildə tərtib olunmuş arxiv texniki pasporta əsasən ümumi sahəsi 14,3m 2 olan 2 (yaşayış otağı) və 4 (mətbəx) nömrəli yerləşgələrdir. Faktiki olaraq 2 və 4 nömrəli yerləşgələr artırılmışdır (2 nömrəli yaşayış otağının sahəsi 15,2 kv.m, 4 nömrəli mətbəxin sahəsi 13,9 kv.m–dir) və 4 nömrəli yerləşgəyə əlavə olaraq 6,3 kv.m hazırda mətbəx kimi istifadə olunan sahə inşa olunmuşdur. Artırma sahələrindən 11,3 kv.m dövlət reyestrindən çıxarışda öz əksini tapmamışdır. Tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Cavabdeh3 1990-cı ildən mübahisəli əmlaka həmin vaxt əmlakın sahiblərinin razılığı ilə köçərək orada yaşaması, digər cavabdehlər onun övladlarının da orada doğularaq yaşaması təsdiq edilmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə hesab edir ki, cavabdehlərin həmin əmlakda yaşamağa başladıqları andan istifadə hüquqları yarandığından iddia təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10(on) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar