Məhkəmə qərarları › İş №2(004)-702/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-702/2023

13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-702/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs AR ƏƏSMN-nin tabeliyindəki DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs AR ƏƏSMN-nin tabeliyindəki DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1980-xx.xx.1993-cü illər (12 il 2 ay və 12 gün) Ağdam rayon Xıdırlı kənd ərazisi nümayəndəliyinin tərkibində fəaliyyət göstərən “İnqilab” üzümçülük savxozunda fəhlə işləməyi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə etiraz ünvanlayaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək, işin məhkəmə baxışına verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, işə inzibati qaydada baxılmalıdır, mülki qaydada baxıla bilməz. Ərizəçidən lazım olan sənədlər istənilmiş, lakin o heç bir sənəd təqdim etməmişdir. Arxiv idarəsindən sənədlərin verilməsi üçün müraciət etmişlər, lakin arxiv idarəsindən heç bir cavab gəlməmişdir. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət edilmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, qanunvericiliyin tələblərinə görə məhkəmə o zaman hüquqi faktın müəyyən edə bilər ki, ərizəçi həmin sənədlər ibaşqa qaydada ala bilməsin. İş materiallarından da göründüyü kimi Ərizəçi maraqlı şəxs AR ƏƏSMN-nin tabeliyindəki DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına İ dərəcə əliliyə görə əmək pensiyasının təyin edilməsi barədə müraaciət etmiş və filial həmin müraciətə cavab yazmışdır. İş materialları ilə ərizəçinin iş stajının müəyyən edilməsi barədə hər hansı bir orqana müraciət etməsi, arxiv idarəsinə sənədlərin təqdim edilməsi barədə müraciət etməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxslə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 185, 259, 260 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs AR ƏƏSMN-nin tabeliyind\əki DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar