Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7049/2021 18.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi ev 12, mənzil 6-da qalmış cəmi 9050 (doqquz min əlli) manat dəyərində əşyalarının (Qonaq otağı mebel dəsti: tərkibi: bir ədəd stol və altı ədəd stul, televizor altı, künc divanı, dəyəri 2.500 manat, bir ədəd Samsung markalı televizor dəyəri 1.000 manat, Yataq otağı mebel dəsti: tərkibi: iki nəfərlik çarpayı, iki ədəd tumba, qarderob, dəyəri 2.000 manat, Soyuducu, “Beko” markalı dəyəri 1.100 manat, Paltaryuyan “Beko” markalı, dəyəri 400 manat, Mikrodalğalı soba “Samsung” markalı, dəyəri 300 manat, Mətbəx stolu və dörd ədəd stul, dəyəri 550 manat, Yemək qabları, qaşıq, çəngəl və bıçaqlar, dəyəri 700 manat, Paltarlar, dəyəri-500 manat) və Suvenirlər 900 manat, qadın çəkməsi -500 manat, əl çantası-800 manat,) həmin mənzilin təmirinə xərclədiyi 21.000 (iyirmi bir min) manat pulun cavabdeh tərəfindən ona geri qaytarılması, qaytarılması mümkün olmadıqda pul formasında əvəzinin cavabdeh tərəfindən ödənilməsi, cavabdeh əşyalarının və təmirə xərclədiyi pulun əvəzini ödəməkdən imtina etdikdə ona vurulmuş maddi ziyanın ödənilməsi üçün tutulmanın Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi ev 12, mənzil 6-a yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı 16 noyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-7049/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7049/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver