Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-706/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28500 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.1984-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh birgə nikah dövründə qazandıqları 57000 ABŞ dollarını xx.xx.2008-ci il tarixli borc müqaviləsinə əsasən, X4 borc vermişdir. X6 həmin borcu qaytarmadığına görə məhkəməyə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(103)-5642/2010 saylı qətnaməsi ilə 57000 ABŞ dollarının X1 alınaraq, Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişlmiş, lakin icrası təmin edilməmişdir. Ona görə də bu barədə məhkəməyə müraciət etməmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, Cavabdeh ilə X6 razılığa gəlmiş və icra vərəqəsinin geri qaytarılması ilə bağlı müraciət olunmuşdur. Ona görə də hesab edir ki, birgə nikah dövründə əldə edildiyindən, həmin pul vəsaitinin 1/2 hissəsi, yəni 28500 ABŞ dolları cavabdehdən alınaraq ona ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı məhkəməyə qeyd olunan məbləğdə pulun həqiqətən də birgə nikah dövründə qazanılmış olduğunu sübut edən hər hansı mötəbər dəlil, fakt təqdim etməmişdir. AR Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsində hansı halda əmlak ər-arvadın birgə mülkiyyətinə daxil olması qeyd olunub. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İddiaçı ilə nikahları 2014-cü ildə pozulmuşdur. Hesab edir ki, iddiaçı 3 ilik iddia müddətini ötürmüşdür. İddiaçı bu cür əsassız tələblər ilə sadəcə onun və məhkəmənin vaxtını almaqla məşğuldur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, nikah pozulandan sonra iddiaçı ona qarşı-saysız-hesabsız və tamamilə əsassız iddialar verməklə məşğuldur və hazırki iddia sadəcə bunlardan biridir. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinin əsassız olması səbəbindən rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsini məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o zamankı borc müqaviləsi cavabdeh adından bağlansa da, əslində həmin məbləğlər onun tərəfindən borc verilmiş və verilmiş pullar da, ona aid olmuşdur. Qətnamə çıxandan sonra isə uzun illər icra ediməmiş və yalnız bu yaxınlarda ona tərəflərin belə bir barışıq sazişi imzalamaları və cavabdehin pulları qəbul etməsi məlum olmuşdur. Borcun tutulmasına dair qətnamə icra olunmadığıdan o pul tələbinə dair iddia qaldırmamışdır. Belə ki, həmin an bolünəcək məbləğ cavabdehdə olmamışdır. Hazırda isə cavabdeh birgə nikah dövründə əldə dilərək verdikləri borc pulu geri almışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək etirazda göstərilənləri müdafiə etdi və əlavə olaraq bildirdi ki, o uzun illər əmək fəailiyyəti ilə məşğul olmuş və verilmiş borc vəsaiti də, birgə nikah dövründə verilsə də, onun vəsaiti hesabəna verilmişdir. Həmin pulda iddiaçının haqqı yoxdur. Bəli uzun illər qətnamə icra olunmamış və bu səbəbdən də, o, borclu tərəfindən ona birdəfəlik ödənilməsi təklif olunmuş məbləğlə razılaşaraq barışıq sazışı bağlamışdır. Gösdərilənlərə əsasən məhkəmədən əsassız olduğuna görə, həmçinin, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərddar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı olmadam baxılmasını mümkün hesab edtmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-2423/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.1984-cü il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(103)-5642/2010 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)- 4459/2011 saylı qətnaməsi ilə X3 Cavabdeh qarşı aralarında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 2 saylı DNК-da bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası təmin edilmiş, Cavabdeh X4 qarşı cavabdehdən onun xeyrinə 57000 ABŞ dollarının ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan manatı ifadəsində tutulması təİəbinə dair qarşıdıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş, X3 Cavabdeh qarşı aralarında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 2 saylı DNК-da bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası təmin edilməmiş, Cavabdeh X4 qarşı cavabdehdən onun xeyrinə 57000 ABŞ dollarının ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan manatı ifadəsində tutulması təİəbinə dair qarşıdıqlı iddiasının təmin edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmənin sorğusu əsasında təqdim olunmuş 5541 nömrəli icra işində olan: “İcraata başlamaq haqqında” xx.xx.2013-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(103)-5642/2010 saylı icra sənədi üzrə Yasamal rayon İcra və Probasiya şöbəsində icraata başlanılmış və icrası yönündə icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq icra hərəkətləri həyata keçirilmişdir. Tələbkar Cavabdeh tərəfindən Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, tələbkar borclu X6 ilə aralarında barışıq müqaviləsi bağlandığını, borclu tərəfindən ona 11700 ABŞ dolları və 100 manat ödənildiyini, borcluya qarşı qeyd olunan icra sə\nədi üzrə heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(004)-461/2020 saylı qərardadından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5642/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi üzrə tələbkar Cavabdeh ilə borclu X6 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, qərardadın icra sənədi üzrə icraata xitam verilməsi üçün əsas olduğu qeyd edilmişdir. “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 23.10. 2020-ci il tarixli qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5642/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakınm bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.9-cu maddəsinə görə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.3-cü maddəsinə görə isə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılan sübutlarla İddiaçı ilə Cavabdeh xx.xx.1984-cü il tarixdə rəsmi nikaha daxil olmaları, həmin nikahın xx.xx.2014-cü il tarixdə pozulması, tərəflərin birgə nikahları dövründə iddiaçının razılığı ilə cavabdehlə X6 arasında bağlanmış xx.xx.2008-ci il tarixli borc müqaviləsinə əsasən, üçüncü şəxsə 57000 ABŞ dolları məbləğində borc verilməsi müəyyən edilmişdir. Beləliklə, mübahisəli pul məbləğinin tərəflərin birgə nikahları dövründə əldə olunması işin mübahisəsiz hallarından biri kimi qiymətləndirilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, həmin borcun X1 Cavabdeh xeyrinə tutulması barədə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5642/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətləri uzun müddət, yəni xx.xx.2020-ci il tarixədək davam etmiş, həmin tarixdə müqavilə tərəfləri arasında barışıq müqaviləsi bağlandığına görə icra sənədi üzrə icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən X6 tərəfindən Cavabdeh borc məbləğindən 11700 ABŞ dolları ödənildiyi, tələbkarın qalan borcdan imtina etməsi müəyyən olunmuşdur.Barışıq sazişi İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bununla da, Cavabdeh tərəfindən X4 57000 ABŞ dolları məbləğində borc verilməsinə baxmayaraq, həmin borcdan cəmi 11700 ABŞ dollarının qaytarıldığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 5850 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Həmçinin, məhkəmə tələblə bağlı iddia müddətinin buraxılması barədə Cavabdeh ərizəsinə münasibətdə qeyd edir ki, müvafiq icra sənədi uzun illər icra edilməyərək tərəflərin barışıq sazışı əsasında xx.xx.2020-ci il tarixdə icra edildiyindən və cavabdehin borcun bir hissəsini qəbul edərək, borcun qalan hissəsindən imtina etməsi faktı İddiaçı xx.xx.2020-ci il tarixdən sonra məlum olduğundan və bununlada iddiaçının tələb etmə hüququ həmin andan (hüquqlarının pozulduğunu bildiyi andan) yarandığından qanunla müəyyən edilmiş 3 illik müddət iddiaçı tərəfindən ötürülməmişdir və bu barədə cavabdehin ərizəsi əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETD : İddia qismən təmin edilsin. Cavabdeh 5850 (beş min səkkiz yüz əlli) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 50%, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50%, yəni 15 (on beş) manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-706/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-706/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver