Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-708/2024 30.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxxx 1957-ci il tarixdə Azərbaycan Respublikası, Xankəndi şəhəri, Əsgəran kəndində doğulmasının, doğum haqqında akt qeydləri kitabında Ərizəçi atası kimi milliyyətcə azərbaycanlı X4, anası qismində isə milliyyətcə azərbaycanlı X8 göstərilməklə xx xxxxx 1957-ci tarixdə Azərbaycan Respubılikası Xankəndi şəhəri, Əsgəran kəndində doğulması barədə ona şəhadətnamə verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx xxxxx 1957-ci ildə Xankəndi şəhəri, Əsgəran kəndində anadan olmuşdur. X2, anası isə X5r. Doğum haqqında şəhadətnaməsi əvvəllər olmuşdur. 1992-cildə Laçın rayonundan məcburi köçkün düşən zaman özümlə götürə bilməmişdir və hazırda da bərpa elətdirə bilmədiyindən bir sıra çətinliklərlə üzləşmişdir. Doğum haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs cavabında bildirilmişdir ki, doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədlər təqdim edə bilmədiyi üçün ərizəsinin təmin edilməsi mümkünsüz olmuşdur. Başqa yolla doğum haqqında şəhadətnaməsini bərpa edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi xx xxxxx 1957-ci il tarixdə Azərbaycan Respublikası, Xankəndi şəhəri, Əsgəran kəndində anadan olmuşdur. X1, anaları X5r. Müharibə dövründə bacısının bütün sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi işğal zonasında qalaraq itirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1957-ci il tarixdə Azərbaycan Respublikası, Xankəndi şəhəri, Əsgəran kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/8-443/15-23 saylı məktubun surətindən görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanları xaricindədir. Göstərilənlərə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunub. AA seriyalı, 274880 saylı məcburi köçkün vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx xxxxx 1957-ci il tarixdə Azərbaycan Respublikası, Xankəndi şəhəri, Əsgəran kəndində anadan olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxxx 1957-ci ildə Azərbaycan Respublikasının Xankəndi şəhəri, Əsgəran kəndində anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, onun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2, 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxx 1957-ci ildə Azərbaycan Respublikasının Xankəndi şəhəri, Əsgəran rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində - uşaq bəndində “Ərizəçi”, təvəllüdü bəndində “xx.xx.1957-ci il” doğum yeri bəndində “Azərbaycan Respublikası Xankəndi şəhəri, Əsgəran rayonu”, ata bəndində “X6”, ana bəndində “X8”, milliyəti bəndində “azərbaycanlı” kimi göstərilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-708/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-708/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver