Məhkəmə qərarları › İş №2(004)-709/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-709/2024

08.01.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-709/2024 08.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon qeydiyyat şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 xx.xx.2005-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum atası 20 dekabr 1938-ci il təvəllüdlü X4 Bakı-İran “Azərsunda” işləyirdi. 2005-ci il dekabr ayının 4-də ürək çatışmazlığından dünyasını dəyişmişdir. Onu vətənə gətirərək dəfn etmişdir. Bu fakt Azərbaycan Respublikasının İran İslam Respublikası Xarici İşlər Nazirliyinin vermiş olduğu arayışdan da sübuta yetirilir. Bu vaxta qədər ölümü təsdiq edəcək heç bir sənədləri yoxdur. Hara müraciət etsə də, məhkəmə qətnaməsi tələb edilmişdir. Sonradan tərəfindən Yasamal rayon qeydiyyat şöbəsinə mərhum atasının ölüm haqqında şəhadətnamənin alınması üçün rəsmi qaydada müraciət etsə də bundan imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Yasamal rayon qeydiyyat şöbəsinə məlumat verilmiş, lakin Yasamal rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Yasamal rayon qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yatası yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi həyat yoldaşı, mərhum X4 isə qaynatasıdır. O, 04 dekabr 2005-ci il tarixdə İranda vəfat etmişdir. Daha sonra mərhumun nəşi gətirilmiş və Novxanı qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçi yaxın rəfiqəsi, mərhum X4 isə Ərizəçi atasıdır. Rasim Ramazanov 04 dekabr 2005-ci il tarixdə İranda vəfat etmişdir. Sonra mərhumun nəşi Səfirlik vasitəsilə ölkəyə gətirilmiş, Novxanı qəbiristanlığında dəfn edilmişdir. Dəfnində o da iştirak etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3/16-5-7/13-4701/23 nömrəli məktubundan müəyyən olunur ki, X1 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3/16-5/8-2805-15/23 nömrəli arayışdan müəyyən olunur ki, X1 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş V-JQ 331227 saylı nikah ahqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi 27 oktyabr 1989-cu il tarixdə nikaha daxil olmuşlar. Ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İran İR-dəki Səfirliyi tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinə ünvanlanmış məktubdan görünür ki, İran İR-nın XİN-dən Rasim Ramazanovun vəfatı ilə əlaqədar sənədlərin göndərildiyi bildirilmişdir. İş materiallarında olan Abşeron rayon Novxanı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 342 saylı arayışdan görünür ki, X4 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və mərhum Novxanı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, X3 aid məzar daşının üzərində xx.xx.2005-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1938-ci il təvəllüdlü X1 xx.xx.2005-ci il tarixdə vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1938-ci il təvəllüdlü X1 04 dekabr 2005-ci il tarixində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar