Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7090/2021 16.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X3 iştirakı ilə, İddiaçı "xxxx" QSC BOKT-nın Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair" iddia ərizəsi mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.544 ABŞ dolları əsas borc, 4806,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.350,75 ABŞ dolları məbləğində borcun və ödənilmiş 178,49 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “Geely Emqrand” minik markalı (buraxılış ili 2012, ban- L6T7642Z7CN024496, rəngi- qara), **-HZ-*** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" AS-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh qızma dair sənədlər 27.12.2017-ci il tarixli, S-AVK-1831 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 01.10.2012-ci il tarixli, 0661 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 15.097 ABŞ dolları məbləğində kredit verilmişdir. 03.10.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-HZ-*** dövlət qeydiyyat nömrəli “Geely Emqrand” minik markalı (buraxılış ili 2012, ban- L6T7642Z7CN024496, rəngi- qara) avtomobil 01.10.2012-ci il tarixli, 661 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X5 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 01.10.2012-ci il tarixli, AA seriyalı, 089357 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Nəticədə onun banka olan borcu 12.544 ABŞ dolları əsas borc, 4806,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.350,75 ABŞ dolları təşkil edir. Bank tərəfindən pul məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilməsinə və tez bir zamanda borcun ödənilməsinin tələb olunmasına baxmayaraq, qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı 30.09.2020-ci il tarixdə hazırki iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 05.03.2021-ci il tarixli 2(004)-600/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan şikayət verilmiş, şikayət təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli 2(103)-4334/2021 saylı qərardadı ilə Yasamal rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qərardadının ləğv edilməsi, mülki işə baxılmasının davam etdirilməsi üçün iş materiallarının yenidən Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin Yasamal rayon Məhkəməsi yenidən öz mövqeyində qalmış, apelyasiya instansiyasının mövqeyini nəzərə almayaraq Yasamal rayon Məhkəməsi 07.06.2021-ci il tarixli 2(004)-600/2021 saylı qərardadla mülki işi yenidən baxılmamış saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2(103)-7484/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yasamal rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri “X6 Edilməsi Agentliyi” MMC-yə 11.10.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Hesab edir ki, iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir və yuxarıda qeyd olunan halları nəzərə alaraq ilkin iddia üzrə vaxtında məhkəməyə müraciət edilməsi, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək bank tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 01.10.2012ci il tarixində kredit müqaviləsi bağlansa da, üstündən 9 il və son ödənişdən isə 6 ildən artıq bir müddət keçmişdir. Göründüyü kimi, bank iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət edib. Nəticədə bankın ona qarşı qaldırmalı olduğu iddia müddəti 2018-ci il tarixdə bitmiş hesab olunur. Bu səbəbdən də hesab edir ki. hazırda bankın ona qarşı qaldırdığı iddia müddəti keçdiyindən iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir kiilkin iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 01.10.2012-ci il tarixli, 0661 saylı kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə avtomobil almaq məqsədi ilə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 15.097 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış 01.10.2012-ci il tarixli, 0661 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, cavabdehin mülkiyyətində olan “Geely Emqrand” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nömrəli avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarına əlavə edilmiş 27.12.2017-ci il tarixli, S-AVK-1831 saylı təhvil-təslim aktının surətindən görünür ki, borclu Cavabdeh 01.10.2012-ci il tarixli, 0661 saylı kredit müqaviləsi üzrə 12.544 ABŞ dolları əsas borc, 4806,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.350,75 ABŞ dolları məbləğində borcuna dair sənədlər İddiaçı QSC-yə verilmişdir. İş materiallarından, həmçinin, müəyyən olunur görünür ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə 07.10.2020-ci il tarixdə daxil olmuş, məhkəmənin 05.03.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli 2(103)-4334/2021 saylı qərardadı ilə Yasamal rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qərardadının ləğv edilməsi, mülki işə baxılmasının davam etdirilməsi üçün iş materiallarının yenidən məhkəməyə göndərilməsi qərara alınmışdır. Yasamal rayon Məhkəməsisinin 07.06.2021-ci il tarixli 2 qərardadı ilə mülki işi yenidən baxılmamış saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2(103)-7484/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia ərizəsi 22.10.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə görə isə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, Konstitusiyanın həmin maddəsinin (25-ci) İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır.Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər.Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında 01.10.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 60 ay təşkil edir və 01.10.2017-ci il tarixdə bitmişdir. İddiaçı ilkin olaraq hazırki tələblə 07.10.2020-ci il tarixdə iddia müddətini ötürməklə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, həmçinin, idiaçı iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına dair heç bir sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia müddəti ötürülmüş sayılıb iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı "xxxx" QSC BOKT-nın Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair" iddia ərizəsi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 178,49 (bir yüz yetmiş səkkiz manat, 49 qəpik) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-7090/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7090/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver