Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-713/2021 19.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Oktay oğlunun, qarşılıqlı iddia üzrə cavabdeh X2, ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və cehiz əşyaları ilə birlikdə evdən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh2 Cavabdeh1, İddiaçı və X3 qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və cehiz əşyaları ilə birlikdə evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 27.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 6.000 manat məbləğində pul kompensasiya ödənilməsi qarşılığında ünvan 1 ünvanına istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2, 23.05.2014-cü il təvəllüdlü X8, 16.08.2016-cı il təvəllüdlü X6 ünvan 3 saylı evdən cehiz əşyaları ilə birlikdə məcburi çıxarılmaları baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə məhkəməyə müraciət edərək, 6.000 manat məbləğində pul kompensasiya ödənilməsi qarşılığında Cavabdeh1 istifadə hüququna xitam verilməsi, Cavabdeh2, 23 may 2014-cü il təvəllüdlü X8 və 16 avqust 2016-cı il təvəllüdlü X6 ünvan 2 ünvanındakı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və cehiz əşyaları ilə birlikdə məcburi çıxarılması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı 19 aprel 2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin – 6.000 manat məbləğində pul kompensasiya ödənilməsi qarşılığında Cavabdeh1 istifadə hüququna xitam verilməsi hissəsində azaldılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh X10 cavabdehlər İddiaçı, Cavabdeh1 və X3 qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları 16.08.2016-cı il təvəllüdlü X12 və 23.05.2014-cü il təvəllüdlü X9 ilə birlikdə ünvan 3 ünvanında inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı evə köçürülmələrinə və həmin evdən istifadə etmələrinə cavabdehlər və digər şəxslər tərəfindən yaradılan qanunsuz maneələrin aradan qaldırılması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirir ki, sözügədən ünvandakı həyətdə iki ev var. Həyətə daxil olanda sağda və solda yerləşirlər. Solda oğlu yaşayır və arada 3 metr məsafə var. Evlərin hər ikisi 2 otaqdı 1 mərtəbəlidir. İki ev bir yerdə 4 otaq edir. Birinci ev 1968-də tikilib. O, cavabdehləri evdən çıxarmır, sadəcə qoca yaşında başı səsə-küyə dözmədiyi üçün evini satıb getmək istəyir. Gəlini ona şərt kəsir ki, bu qədər ver evdən çıxım. Nərgiz oğlunu 6 aydı evə buraxmır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirir ki, Cavabdeh1 Cavabdeh2 ilə 20 dekabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub. Oğlu və gəlini ailə quran zaman və bir müddət sonra iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Onlar yaşlı adamlardı. Oğlu və gəlini onları yola vermir, onları rahat yaşamağa imkan vermirlər. Cavabdehlərlə aralarında böyük narazılıqlar vardır. ünvan 2 ünvanında yerləşən həyət evi İddiaçı mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə yaşayırlar. İddiaçı və həyat yoldaşını mülkiyyətində olan mənzilində rahat yaşamağa imkan vermirlər. Buna görə də cavabdehlərin məcburi qaydada iddiaçının mülkiyyətində olan evdən cehiz əşyaları ilə birlikdə köçürülmələri üçün məhkəməyə müraciət etmişdirlər. Cavabdeh1 iddiaçının mülkiyyətində olan evə istifadə hüququ iddiaçıya çoxsaylı problemlər yaradır və belə hesab edirlər ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməlidir. Ona görə də Cavabdeh1 mübahisəli mənzildən istifadə hüquqlarına kompensasiya verilməsi yolu ilə xitam verilməli, digər cavabdehlər isə cehiz əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan evdən məcburi çıxarılmalıdırlar. Buna görə də 6.000 manat məbləğində kompensasiya ödəməklə cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsini ədalətli hesab edirlər. Qarşılıqlı iddia ərizəsi isə əsassızdır. Cəbiyeva Nərgizin yaşadığı mənzilin mülkiyyət sənədi ümümi həyətdə İddiaçı adına çıxarışdır. Cəbiyeva Nərgizin yaşadığı tikili texniki pasportda yoxdur, sonradan Rüstəm tərəfindən tikilib. Orada həyətin içində əlavə tikili olmasına baxmayaraq, eyni mülkiyyət sayılır. Mülkiyyət İddiaçı məxsusdur. İlkin iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X10 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir. Qeyd edir ki, o evindən uşaq gətirməmişdir, uşaqlar həmin evdə doğulub. Gəldiyi gündən ilkin iddiaçılar tərəfindən çətinliklər görmüş və yoldaşına xatir dözmüşdür. Yoldaşı da ondan dönəndən sonra artıq dözə bilmədi. Onu yaşamağa qoymurlar, imkan vermirlər həmin evdə yaşamağına. O, köçürmə sənədini almaq istəyir ki, iki övladı ilə rahat həmin evdə təzyiqlərə məruz qalmadan yaşasın. Onun iki körpə balası ilə yaşamağa həmin evdən başqa yeri yoxdur. Atanın borcudur ki, övladına ev versin. Uşaqların hər ehtiyacını o ödəyir, nə yoldaşı, nə qayınatası, nədə qayınanası kömək etmirlər. Onun işi gəlirli olub. Həmin evə əlavə pullar qoymuşdur. Yoldaşıyla vaxtı ilə eyni şirkətdə işləyirdi. Yoldaşı həmin evin tikilməsi üçün işlədikləri şirkətdən pul götürüb, qaytarmamışdı. Həmin pullar onun maaşından tutularaq onun tərəfindən ödənib. Uşaqların talehi ilkin iddiaçıların marağında deyil. O, həmin evə gələndə ev hazır deyildi, həmin evə 15 min manat pul xərcləmişdir. İlkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Oktay oğlu izahatında bildirir ki, faktiki müdafiə etdiyi şəxs az yaşlı övladları ilə birlikdə ünvan 4 ünvanında inşa edilmiş bir mərtəbəli, 2 otaqlı evdə yaşayır. Bu günkü gündə qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən ona maneələr törədilir. Həmin tikili özbaşına tikili olduğu üçün iqtisadi dəyər kimi mövcuddur. İlkin iddia üzrə iddiaçının subyektiv hüququ yoxdu hər hansı iddia qaldırmağa amma Nərgiz xanım məcburdu iddia qaldırsın çünki, ona qarşı əsassız maneələr törədilir. İlk iddiaya xitam verilməlidir. Həmin mənzili Nərgiz xanım öz gəlirləri hesabına tikib. 15 min manatdan çox pul xərcləyib. Qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X7 izahatında qarşılıqlı iddianı qəbul etmədi və rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh1 izahatında bildirir ki, Nərgizlə aralarında rəsmi boşanma hələki olmayıb. Qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, o həmin evdə yaşamır. Həmin ev 2008-ci ildə atası tərəfindən tikilib. Nərgizin həmin evi tikməsi yalandı. Nərgiz onu evə buraxmır. O, atası və anası ilə yaşayır. O, “Araş Medical”da işlədiyi dövrdə oradan borc götürüb. “Araş Medical”dan çıxanda 6000 borcu olub. Nərgizlə bir evdə yaşamamağının səbəbi söz-söhbətlərdir. Nərgizin dediyinə görə o, Nərgizi döyür. Uşaqlar həmin evdə qalır və uşaqlara xadimə baxır. O, Nərgizin atasının yaşadığı evdən qeydiyyatdan çıxmasına razı olduğunu, lakin əlavə tikilidən çıxmasına razı olmadığını bildirir. Uşaqlarını çölə ata bilməz. Həmin tikilidə qalmasını istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* saylı çıxarışının surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ü.Ələkbədov küçəsində istifadədə olan 0.1799 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 97.5 kv.m yaşayış, 38.9 kv.m köməkçi sahədən ibarət 45V nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı B tik. 1 otaq 20.0 kv.m adına daşınmaz əmlakın dövlət reyestrində 90 nömrəli reyestr kitabının 8180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı 715949 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən oluur ki, Cavabdeh1 ilə Cavabdeh2 19.11.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu baradə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1678 nömrə ilə qeyd olunmuşdur. İşin müəyyən edilmiş halları odur ki, iddiaçının mülkiyyətində olan mənzilin yanında digər 2 otaqlı mənzil də tikilmişdir ki, həmin mənzil iddiaçının mülkiyyət sənədində göstərilməyib. Mülkiyyət sənədində əksini tapmış mənzildə iddiaçı və onun həyat yoldaşı yaşayır. Mülkiyyətçinin oğlu Cavabdeh1 ilə Cavabdeh2 nikahdadır və onların 2 azyaşlı övladları vardır. Özbaşına tikilidə isə ilkin iddia üzrə cavabdeh öz azyaşlı övladları ilə yaşayır və onun cehiz əşyalları əvvəldən həmin tikilidədir. İlkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatdadır. İlkin iddia tələbi cavabdehin uşaqları ilə birlikdə iddiaçının mənzilindən istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılmalarından ibarətdir. İlkin iddia üzrə Cavabdeh2 nikaha daxil olduğu və onun mübahisəli mənzilə qeydiyyata alındığı dövrdə qüvvədə olmuş (01.10.2009-cu il tarixdən qüvvəyə minmiş) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Baxılan iş üzrə ilkin iddia üzrə Cavabdeh2 mənzilin mülkiyyətçisi X1 ailə üzvü deyil, habelə mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığı üçün digər qohum hesab edilə bilməz. Eyni zamanda tərəflər arasında iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna dair notariat qaydada təsdiq olunmuş müqavilə bağlanmadığından Cavabdeh2 Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən də mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. 23 may 2014-cü il təvəllüdlü X8 və 16 avqust 2016-cı il təvəllüdlü X6 istifadə hüquqları ilə bağlı isə məhkəmə qeyd edir ki, mülkiyyətçinin oğlu ilə gəlini arasında nikah pozulmamış, uşaqların atanın, yoxsa ananın yanında qalması müəyyən edilməmişdir. İlkin iddia tələbi eyni zamanda cavabdehin evdən istifadə hüququ itirilməklə yanaşı cehiz əşyaları ilə birlikdə məcburi çıxarılmaları ilə bağlıdır. Lakin işin halları ilə müəyyən olunur ki, cavabdeh öz uşaqları ilə mülkiyyətdə olan mənzildə deyil özbaşına tikilidə yaşayır. Beləliklə, məhkəmə qeyd edir ki, ilkin iddia rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 övladları ilə həmin tikiliyə köçürülməni və həmin evdən istifadə etmələrinə cavabdehlər və digər şəxslər tərəfindən yaradılan qanunsuz maneələrin aradan qaldırılması baradə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan tikiliyə köçürülmə hissəsində iddia təmin edilə bilməz. Çünki işin mübahisəsiz halıdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və azyaşlı övladları həmin tikilidə hal-hazırda yaşayırlar. İşin halları ilə müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh1 ailə üzvü kimi sözügedən tikilidə uşaqları ilə yaşayır. Hətta qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh1 uşaqlarının həmin mənzildən çıxarılmasına etiraz edir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ünvan 5 ünvanında inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı evdən (özbaşına tikilidən) istifadə etməyinə yaradılan maneənin aradan qaldırılması hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh2, 16.08.2016-cı il təvəllüdlü X12 və 23.05.2014-cü il təvəllüdlü X4 ünvan 5 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi və cehiz əşyaları ilə birlikdə məcburi çıxarılmaları barədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ünvan 5 ünvanında inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı evdən (özbaşına tikilidən) istifadə etməyinə yaradılan maneə aradan qaldırılsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-713/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-713/2021
19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver