Məhkəmə qərarları › İş №2(004)-7163/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7163/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7163/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə 29.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 16.150 (on altı min bir yüz əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə barışıq sazişini təqdim edərək bildirdi ki, tərəflər mübahisənin barışıq sazişinin bağlanması yolu ilə həll edilməsinə dair razılığa gəlmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 191-ci maddələrini rəhbər tutaraq o, iddiaçının nümayəndəsi olaraq Cavabdeh ilə 14.12.2021-ci il tarixdə barışıq sazişi bağlamışdır. Həmin barışıq sazişinə əsasən Cavabdeh iddiaçıya borclu olduğu 16.150 manatı 25.01.2022-ci il tarixdən başlayaraq 06 ay müddətinə hər ay 2692 (iki min altı yüz doxsan iki) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, iddiaçının nümayəndəsi Vəkil cavabdehlə bağlanmış 14.12.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında İddiaçı nümayəndəsi ilə aralarında bağlanmış 14.12.2021-ci il tarixli barışıq sazişini müdafiə etdi və bildirdi ki, iddiaçı ilə mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll etməyə razılaşmışlar. Barışıq sazişinə əsasən o, borcunu etiraf edir və 25.01.2022-ci il tarixdən başlayaraq 06 ay müddətinə hər ay 2.692 manat olmaqla borcunu tam şəkildə ödəməyi öhdəsinə götürür. Təqdim edilən barışıq sazişi onun iradəsi ilə tərtib edilib və imzalanıb, barışıq sazişinin nəticələri ona tam aydındır. Odur ki, Cavabdeh iddiaçının nümyaəndəsi ilə bağladığı 14.12.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, tərəflər arasında 14.12.2021-ci tarixdə bağlanmış barışıq sazişini, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş 14.12.2021-ci il tarixli barışıq sazişə əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh ilə barışıq sazişi bağlamışdır. Sazişin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir : “1.Cavabdeh 1.1. İddia tələbi üzrə 16150 (on altı min yüz əlli) manat borcu qəbul edir və həmin borcu aşağıda qeyd edilən qaydada iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürür: 25.01.2022-ci il tarixdək 2692 (iki min altı yüz doxsan iki) manat; 25.02.2022-ci il tarixdək 2692 (iki min altı yüz doxsan iki) manat; 25.03.2022-ci il tarixdək 2692 (iki min altı yüz doxsan iki) manat; 25.04.2022-ci il tarixdək 2692 (iki min altı yüz doxsan iki) manat; 25.05.2022-ci il tarixdək 2692 (iki min altı yüz doxsan iki) manat; 25.06.2022-ci il tarixdək 2692 (iki min altı yüz doxsan iki) manat; 2.İddiaçı 2.1. Cavabdeh tərəfindən borcun Sazişin 1.1-ci bəndinə uyğun olaraq hissə-hissə ödənilməsini qəbul edir.

3. Tərəflərə Azərbaycan Respublikası MPM-in 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.

4. X3 nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq həll edilir.

5. Tərəflər arasında xoşməramlı niyyətin təzahürü kimi Barışıq Sazişində göstərilən şərtlərin yerinə yetiriləcəyini nəzərə alaraq, məhkəmədən Barışıq Sazişinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.

6. X4 tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Yasamal Rayon Məhkəməsinə təqdim edilir. Bu saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir.” Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinin tələbinə uyğun olaraq barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52.3, 191.1, 191.2, 261, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında 14.12.2021-ci tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 gün ərzində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar