Məhkəmə qərarları › İş №2(004)-721/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-721/2021

05.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-721/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü oğlu X2 ilə birlikdə cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqlarının tanınmaqla, həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Rəsmi nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 adlı bir uşaqları anadan olmuşdur. Ailə qurarkən gəlin kimi öz əmlak və cehizləri ilə birlikdə mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan ünvan 2ünvanda yerləşən mənzilə köçmüş, orada bir ailə kimi yaşamışlar. Uşaqları da həmin mənzildə yaşayarkən dünyaya gəlmişdir. Bu müddət ərzində cavabdeh iddiaçını mənzilə pasport qeydiyyatına aldırmamışdır. Hazırda cavabdeh onları mənzilə buraxmır və istifadə hüquqları olan mənzildə yaşamaq üçün məhkəmə qaydasında həmin mənzilə köçürülməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının onlar arasında nikah bağlandıqdan sonra ona məxsus mübahisəli mənzilə cehiz əşyaları ilə köçdüyünü və birgə nikahlarından doğulmuş övladları X1 həmin mənzildə doğulduğunu və hal-hazırda da iddiaçı və övladının ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsinə etiraz etmədiyini, lakin iddiaçının istifadə hüququnun tanınmasına razı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə nikaha daxil olmuşlar. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə alınmış məlumatdan görünür ki, ünvan 2ünvanda yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli mənzil cavabdehin mülkiyyətindədir. İddiaçı ailə qurduqları gündən cavabdehin razılığı ilə həmin mənzilə cehiz əşyaları ilə köçmüş və birgə nikahlarından doğulmuş övladları da həmin mənzildə dünyaya gəlmişdir. Hal-hazırda cavabdeh iddiaçının övladı ilə birlikdə ona məxsus mənzilə köçərək orada yaşamasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ailə üzvü olduğundan cavabdehlə bərabər cavabdehin mülkiyyətində olan mənzildən istifadə etmək hüququna malikdir. Odur ki, iddia tələbi təmin olunaraq iddiaçının xx.xx.2019-cu il təvəllüdlü oğlu X2 ilə birlikdə cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüquqları tanınmalı və onlar həmin mənzilə köçürülməlidirlər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və xx.xx.2019-cu il təvəllüdlü X1 Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqları tanınsın və həmin mənzilə köçürülsünlər. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar