Məhkəmə qərarları › İş №2(004)-724/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-724/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-724/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mülkiyyətçi kimi qeyd olunan X4 ilə X1 eyni şəxs olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X3 12 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzil atası X1 adına rəsmiləşdirilmişdir. Sözügedən mənzilin mərhum atasının xüsusi mülkiyyətində verilməsinə dair texniki pasport mövcuddur. Lakin sözügedən texniki pasportda mülkiyyət sahibi olaraq mərhum atasının adı səhvən “Hüseynov Qurban” olaraq qeyd edilmişdir. Bakı şəhəri 42 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubla miras əmlaka vərəsəlik hüququ tanınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etdi və sözügedən daşınmaz əmlak üzərində vərəsəlik hüququ təsdiq olunaraq ona çıxarış verilməsi ilə bağlı müraciət etdi. Lakin ona sözügedən pasportda atasının adının səhv qeyd olunduğu, bununla düzəliş edilməli olduğu bildirərək ona çıxarış verməkdən imtina olundu və məhkəməyə müraciət hüququ izah olundu. Qeyd edir ki, texniki pasportda yanlışlığa yol verilib, mərhum atasının adı Hüseynov Qurban qeyd edilmişdir. Mülkiyyətçi kimi qeyd olunan Hüseynov Qurban ilə X3 eyni şəxsdir. Sözügedən mənzil uzun illər atasının mülkiyyətində olmuşdur, onun qanuni istifadəsində idi. Hal-hazırda isə onun istifadəsindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, A3 № ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Ərizəçi 11 oktyabr 1961-ci il tarixdə doğulmuş və ata qrafasında X3 qeyd edilmişdir. AZ-İ № 626344 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1977-ci il tarixli “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosunda tərib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasportun və ev sahibliyinin kartoçkasının surətlərindən görünür ki, X1 adı “X8” kimi qeyd olunmuşdur. Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 198 saylı məktubdan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X1 adına, onun övladları X6 və Ərizəçi müraciəti əsasında vərəsəlik işi açılmışdır. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədilə mərhum X1 adına daşınmaz əmlakın olub olmadığı barədə məlumat, habelə olduğu halda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasport və ya plan ölçü verilməsini xahiş etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Odur ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1977-ci il tarixli pasportda mülkiyyətçi kimi qeyd olunan X4 ilə X1 eyni şəxs olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1977-ci il tarixli pasportda mülkiyyətçi kimi qeyd olunan X4 ilə X1 eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar