Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-728/2021 25.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predimetinə yönəldilməsi, girov predimetinin açıq hərracda satılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predimetinə yönəldilməsi, girov predimetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsi üzrə kreditə görə 1676,06 manat əsas, 249,94 manat faiz borcunun, cəmi 1926 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, borcun Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına - 19,1 qram çəkisi olan 583 əyarlı 1 ədəd qolbaq, 8,4 qram çəkisi olan 583 əyarlı 2 ədəd üzük, 23 qram çəkisi olan 583 əyarlı, 1 ədəd kulona yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 1926 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində alimentin ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait xx.xx.2020-ci il tarixli, YSLMB-637 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 18 ay müddətinə 2240 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsi üzrə borcunun məbləği 1801,06 manat əsas borc, 127,84 manat faiz borcu, cəmi borc1928,90 manatdır. xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli saxlanc girovunun qiymətləndiirlməsinə əsasən saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: 19,1 qram çəkisi olan 583 əyarlı 1 ədəd qolbaq, 8,4 qram çəkisi olan 583 əyarlı 2 ədəd üzük, 23 qram çəkisi olan 583 əyarlı 1 ədəd kulon. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), "müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, “Kreditverən” “Kreditalan”a isteklak məqsədilə 2240 manat məbləğində 18 ay müddətinə, illik 30% ödənilməsi şərtilə təminatlı borc vermişdir. “Kreditalan” isə aldığı borcu ödəniş gününə 156,06 manat məbləğində qaytarmağı və bu müqavilə ilə şərtləndirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə faktiki illik faiz dərəcəsi 34.40 % təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı saxlanc girovu haqqında müqavilənin 1.1-ci bəndinə əsasən Girovsaxlayan Girovqoyana istehlak məqsədilə xx.xx.2020-ci il tarixli YSLMB-6137 nömrəli Kredit müqaviləsinə əsasən 2240 manat məbləğində 18 ay müddətinə, illik 30% ödənilməsi şərtilə təminatlı borc vermişdir. “Kreditalan” isə aldığı borcu ödəniş gününə 156,06 manat məbləğində qaytarmağı və bu müqavilə ilə şərtləndirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən Girov Qoyan müqavilənin 1.1-ci bəndində göstərilən müqavilə öhdəliklərini icra etmədiyi hallarda Girov Saxlayan girov qoyulmuş əşyanın dəyərindən təminat almaq hüququna malikdir. Eyni zamanda sözügedən müqavilənin 4.2ci bəndindən görünür ki, girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 3329,46 manat təşkil edir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli 6975 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixinə banka 1801,06 manat əsas borc, 127,84 manat faiz borcu, cəmi 1928,90 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh razılıq ərizəsindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsi əsasında bankdan aldığı 2240 manat məbləğində kreditin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialına saxlanc girova verdiyi qızıl-zinət əşyasının öhdəliklərini lazımınca yerinə yetirmədiyi, banka gəlmədiyi halda bank tərəfindən satılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsi əsasında bankdan alacağı 2240 manat məbləğində pul vəsaitinin təminatı olaraq girov qoyduğu 50.5 qram qızıl-zinət əşyasını kredit mütəxəssisinin iştirakı ilə kassaya təhvil-təslimini həyata keçirmiş, qızıl-zinət əşyasının dəyəri 2247,25 manat, bazar dəyəri isə 3329,46 manat təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 2240 manat məbləğində pul verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, RBxx/xx-6067 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh 3 iş günü müddətində borcu qaytarmayacağı təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsinə əsasən cavabdehə 2240 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq çəkisi 19,1 qram çəkisi olan 583 əyarlı 1 ədəd qolbaq, 8,4 qram çəkisi olan 583 əyarlı 2 ədəd üzük, 23 qram çəkisi olan 583 əyarlı, 1 ədəd kulon girov predmeti kimi qoyulmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2020-ci il tarixli, YSLMB-6137 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 1676,06 manat, faiz üzrə 249,94 manat olmaqla ümumilikdə 1926 manat borcu yaranmışdır. Azərbaycan Respublika Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Bundan əlavə Mülki Məcəllənin 297-ci maddəsinə girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1676,06 manat əsas borc, 249,94 manat faiz borcu olmaqla, cəmi 1926 manat pul tutularaq iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi Cavabdeh məxsus 19,1 qram çəkisi olan 583 əyarlı 1 ədəd qolbaq, 8,4 qram çəkisi olan 583 əyarlı 2 ədəd üzük, 23 qram çəkisi olan 583 əyarlı, 1 ədəd kulona yönəldilərək, açıq hərracda satılmalı, 19,1 qram çəkisi olan 583 əyarlı 1 ədəd qolbaq, 8,4 qram çəkisi olan 583 əyarlı 2 ədəd üzük, 23 qram çəkisi olan 583 əyarlı, 1 ədəd kulonun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra 19,1 qram çəkisi olan 583 əyarlı 1 ədəd qolbaq, 8,4 qram çəkisi olan 583 əyarlı 2 ədəd üzük, 23 qram çəkisi olan 583 əyarlı, 1 ədəd kulonun satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, İddia tələbi girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait xx.xx.2020-ci il tarixli, YSLMB-637 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hər hansı borcun cavabdehin digər əmlaklari hesabına ödənilməsinin təmin edilməsi İcra Haqqında Azərbaycan Respublikasının Qanununa əsasən icra mərhələsində həll olunur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1676,06 (bir min altı yüz yetmiş altı manat altı qəpik) manat əsas borc, 249,94 (iki yüz qırx doqquz manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1926 (bir min doqquz yüz iyirmi altı qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh məxsus 19,1 qram çəkisi olan 583 əyarlı 1 ədəd qolbaq, 8,4 qram çəkisi olan 583 əyarlı 2 ədəd üzük, 23 qram çəkisi olan 583 əyarlı, 1 ədəd kulona yönəldilərək, açıq hərracda satılsın. 19,1 qram çəkisi olan 583 əyarlı 1 ədəd qolbaq, 8,4 qram çəkisi olan 583 əyarlı 2 ədəd üzük, 23 qram çəkisi olan 583 əyarlı, 1 ədəd kulonun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra 19,1 qram çəkisi olan 583 əyarlı 1 ədəd qolbaq, 8,4 qram çəkisi olan 583 əyarlı 2 ədəd üzük, 23 qram çəkisi olan 583 əyarlı, 1 ədəd kulonun satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-728/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-728/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver