Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-734/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Gəncə Sukanal idarəsinə qarşı “işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Gəncə Sukanal idarəsini əsl cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi ilə əvəz etmiş və iddia tələbini dəqiqləşdirməklə “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” formasında müəyyən etmişdir. Ərizələ icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2011-ci ilin iyul ayından etibarən cavabden orqanda Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsdə işləmişdir. İddiaçı ştatların ixtisar edilməsi əsası ilı işdən kənarlaşdırılmışdır. Lakin, onun iş yeri üzrə ştatlar dəyişməmiş, həmin vəzifələrə başqa şəxslər işə götürülmüşlər. Belə ki, qurumun strukturunda, iradə adlarında müvafiq dəyişiklik olsa da, ştatlar və ştatlar üzrə görülən işlərin mahiyyət eynidir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş, yazılı vəsatət təqdim edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Vəsatətə münasibətdə iddiaçı bildirmişdir ki, vəsatət əsassızdır, cavabdehin nümayəndəsi xəstələnməmişdir və bugün səhər saatlarından iş yerindədir. Odur ki, vəsatət təmin edilməməli, məhkəmə iclası təxirə salınmamalıdır. İddiaçının hazırda işsiz olmasını, Gəncə şəhərindən məhkəmə proseslərinə gəlməsini nəzərə alaraq, əlavə xərclərin qarşısını almaq məqsədilə vəsatət təmin edilməmişdir. İş materiallarına "xxxx" ASC-nin "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyən İddiaçı ünvanlanmış “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxs Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 334-K saylı əmrinə əsasən müəyyən edilir ki, işçi "xxxx" ASC-nin "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilmir. İş materiallarına "xxxx" ASC-nin "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin Ödənişin təşkili qrupunun xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, "xxxx" ASC-nin "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi 12 ştat vahidi, Fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi 30 ştat vahididir. İş materiallarına “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Gəncə Sukanal idarəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Gəncə Sukanal idarəsinin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi 12 ştat vahidi, Fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi 35 ştat vahididir. İş materiallarına əlavə edilmiş “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Gəncə Sukanal idarəsinin İddiaçı ünvanlanmış yazılı təklifinə əsasən müəyyən edilir ki, İddiaçı Gəncə Sukanal idarəsində Fakturalama qrupunda nəzarətçi vəzifəsi təklif edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Mülki Məcəllənin 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Mülki Məcəllənin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC-nin "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyən İddiaçı ünvanlanmış “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024cü il tarixli xəbərdarlıq bildirişi göndərilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxs Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 334-K saylı əmrinə əsasən işçi "xxxx" ASC-nin "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir. "xxxx" ASC-nin "xxxx" MMC-nin “Gəncə Sukanal” TSCnin Ödənişin təşkili qrupunun xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş Ştat cədvəlinə əsasən "xxxx" ASC-nin "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi 12 ştat vahidi, Fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi 30 ştat vahididir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Gəncə Sukanal idarəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Ştat cədvəlinə əsasən “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Gəncə Sukanal idarəsinin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi 12 ştat vahidi, Fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi 35 ştat vahididir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Gəncə Sukanal idarəsinin İddiaçı ünvanlanmış yazılı təklifinə əsasən İddiaçı Gəncə Sukanal idarəsində Fakturalama qrupunda nəzarətçi vəzifəsi təklif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Nəzərə alınır ki, hazırki mübahisə üzrə işəgötürən qismində hakimiyyət funksiyalarını icra edən publik hüquqi şəxs (dövlət qurumu) çıxış edir. Nəticə olaraq, işəgötürənin müvafiq əmri ştatların ixtisarı ilə əlaqədar qəbul edilsə də, ixtisarın mahiyyət etibarilə həyata keçirilmədiyi, işçinin işləmiş olduğu vəzifə və ştatın ixtisar edilmədiyi müəyyən edilir. Belə ki, Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi üzrə ümumi ştat sayı 12 vahid olmaqla saxlanılmışdır. İşçiyə təklif edilmiş vəzifə üzrə Fakturalama qrupunda nəzarətçi üzrə isə ştat vahidi 30-dan 35-ə artırılmışdır. Yəni, iş yeri üzrə Abonentlərlə iş şöbəsinin Qanunsuz istifadə və debitor borclarla iş qrupunun Su kəməri təsərrüfatında nəzarətçi vəzifələri (ştat) ilə həmin şöbənin Fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifələri ayrı olmaqla həmin qruplar üzrə işçilərin əmək funksiyaları fərqlidir. İşəgötürən tərəfindən işçinin ştatının ixitsar olunmamasına baxmayaraq işçi “ştatın ixtisarı” əsası ilə işdən çıxarılmış və işçiyə digər qrupun funksiyalarına uyğun ştat vahidi üzrə vəzifə təklif edilmişdir. İddiaçı haqlı olaraq həmin vəzifədən imtina etməklə özünün ştat vahidi üzrə işləməsini əsaslı hesab edir. İşçinin razılığı olmadan vəzifəsinin əsassız olaraq dəyişdirilməsi yolverilməzdir. Həmin xüsusata dair iddiaçı bildirir ki, hər iki vəzifə nəzarətçi vəzifəsi olsa da, əmək funksiyalarının mahiyyəti baxımından fərqli ştatlardırlar və iddiaçının işləmiş olduğu vəzifə daha yaxşıdır. Odur ki, özünün vəzifəsi üzrə iş ştatı mövcud olduğundan ona təklif edilmiş ştatdan imtina etmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi yuxarıda göstərilən xüsusata dair əsaslı arqument gətirə bilməmiş, işəgötürən tərəfindən işçiyə nəzarətçi vəzifəsinin təklif edildiyini, işçinin isə təklifi qəbul etmədiyini bildirmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin arqumentinə münasibətdə bir daha izah edir ki, yuxarıda göstərilən hüquqi mövqeləri nəzərə almalıdırlar. Ştatların ixtisarı ilə əmək müqaviləsinin xitamının mahiyyəti işəgötürənə islahat aparılması, maliyyə xərclərinin qənaətlə idarə edilməsinə, azaldılmasına, əmək münasibətlərinin operativ və çevik təşkilinə şərait yaratmaqdır. Lakin, işəgötürənin bu hərəkətləri formal əsaslarla deyil, mahiyyəti üzrə ixtisar xarakteri daşımalı, vəzifə, ştat sayları azaldılmalı, nəticədə tərəflərin müvafiq işçilərin (qanunla müəyyən edilmiş qaydada) əmək müqaviləsinə xitam verilməlidir. İşəgötürən qurumun struktur islahatları çərçivəsində müvafiq forma, ad, vizual dəyişikliklər həyata keçirə bilər. Lakin, bu, mahiyyəti üzrə ixtisara, işçilərin işdən çıxarılmasına və həmin vəzifələrə digər şəxslərin işə götürülməsinə əsas deyildir. Hazırki mübahisə üzrə isə formal dəyişiklik də aparılmamış, ştat vahidi olduğu kimi saxlanılmışdır. Məhkəmələr isə dövlət hakimiyyətinin qolu olaraq işçilərin pozulmuş hüquq və azadlıqların bərpasını ədalət mühakiməsi çərçivəsində təmin etməlidir, sui-istifadə hallarına şərait yaratmamalı, qanunçuluğun qorunmasında üzərlərinə düşən rolu icra etməlidirlər. Lakin, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Gəncə şəhər Sukanal idarəsi MM-in 54-cü maddəsinin tələblərinə əsasən sözügedən qurum idarə statusunda olmaqla hüquq münasibətlərinin müstəqil subyekti (hüquqi şəxs kimi) qismində çıxış edə bilməz. Həmin qurumun üzərinə əmək münasibətləri ilə bağlı hər hansı öhdəliyin qoyulması məqbul deyildir. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Müəyyən edilir ki, mübahisələndirilən əmr qanunsuzdur və ləğv edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 334-K saylı əmri ləğv edilməli, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Gəncə Sukanal idarəsinin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa olunmalı, məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 334-K saylı əmri ləğv edilsin. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsin “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Gəncə Sukanal idarəsinin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-734/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-734/2025
30.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver