Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-738/2021 16.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində tərtib edilmiş “qazdan istifadə qaydalarının pozulması haqqında” 14.09 2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 216 manat məbləğində pul vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında yerləşən 132 saylı evdə istismar olunan Elster tipli G-4 markalı mexaniki qaz sayğacı istismar müddətinin bitməsi səbəbilə cavabdehin işçiləri tərəfindən başqa bır sayğacla əvəz edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Cari ilin sentyabr ayının sonunda ona məlum olmuşdur ki, çıxarılan qaz sayğacı cavabdehin laboratoriyasında yoxlanılması nəticəsində sayğaca müdaxilə edildiyindən cavabdeh tərəfindən onun məlumatı, təqsiri, həmçinin, iştirakı olmadan “qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-cı il tarixli ******* nömrəli qanunsuz və əsassız akt tərtib edilmiş və həmin akt əsasında 216 manat məbləğində cərimə hesablanmışdır. Bununla əlaqədar pozulmuş hüquqlarının bərpası məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 agentliyinə müraciət edilmiş və aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cavabdeh tərəfindən tətbiq edilmiş 216 manat məbləğində cərimə əsassızdır və həmin məbləğin silinməsi üçün Agentliyin Bakı filialı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli AERA-18-1911/20 nömrəli məktub göndərilmişdir. Lakin, cavabdeh xx.xx.2020-ci ıl tarixli SOCAR**********31790029X00019 nömrəli cavab məktubu ilə 216 manat məbləğində cərimənin silinməsındən imtina etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü massiv ünvanında yerləşən 132 saylı ev İddiaçı məxsusdur və həmin evdə quraşdrılmış Elster tipli G-4 markalı mexaniki qaz sayğacı istismar müddətinin bitməsi səbəbilə başqa bır sayğacla əvəz edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. “Cavabdeh” İstehsalat Birliyinin “qazdan istifadə qaydalarının pozulması haqqında” 14.09 2020-ci il tarixli ******* nömrəli aktın və həmin tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında yerləşən 132 saylı evə 216 kub metr qaz sərfiyyatı hesablanmışdır. xx.xx.2020-ci il tarixli “abonent saldosu”na dair çıxarışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında yerləşən 132 saylı evə qaz sərfiyyatına görə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən əsassız olaraq 2020-ci ilin sentyabr ayı üçün 216 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyinin X1 agentliyinin Bakı filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli AERA-18-2245/20 nömrəli məktubun məzmunundan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ev 132 ünvanının qaz hesabına 216 manat məbləğində cərimə yazılması barədə iddiaçının müraciətinə baxılmış, bununla əlaqədar bildirilmişdir ki, agentliyin müfəttişləri tərəfindən göstərilən ünvanda baxış zamanı mənzilin (abonent kodu **********00000) qaz xətti üzərində G-4 markalı **********8 nömrəli, göstəricisi 00001 m3 olan mexaniki tipli qaz sayğacının, 1 ədəd PQ-3 qaz pliətəsi və 1 ədəd kombi tipli su qızdırıcı quraşdırıldığı müəyyən olunmuş və bu barədə müvafiq akt tərtib edilmişdir. Toplanmış materiallara əsasən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində göstərilən mənzilin qaz xəttində olan G-4 markalı ******* nömrəli, göstəricisi 12579 m3 olan mexaniki tipli qaz cayğacı mövcud G-4 markalı 20110046?88 nömrəli qaz sayğacı ilə əvəzlənərək qaz xəttindən çıxarılmış və bu barədə xx.xx.2020-ci i tarixli ******* nömrəli akt tərtib edilmişdir. Aktda çıxarılma səbəbi sayğacın istismar müddətinin bitməsi qeyd olunmuşdur. Çıxarılmış G-4 markalı ******* nömrəli qaz sayğacı “Cavabdeh” İB-nin Metrologiya Departamentinin laboratoriyasında xx.xx.2020-ci il tarixində Dövlət yoxlamasından keçirilərək sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması aşkar edilmiş və bu barədə 29/1710- 01343-1 nömrəli akt tərtib edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən 216 manat məbləğində itirilmiş qaza görə hesabat aparılaraq abonentin qaz hesabına yazılmış, hesabata dair sənədlər təqdim edilməmişdir. Abonent İddiaçı qaz hesabına əsassız yazılmış 216 manat borc məbləğinə qanunvericiliyin tələblərinə uyğun yenidən baxılaraq silinməsi və nəticəsi barədə X1 Agentliyinin Bakı filialına məlumat verilməsi ilə bağlı “Cavabdeh” İB-yə xx.xx.2020-ci il tarixli AERA-18-1711/20 nömrəli məktub ünvanlanmış, “Cavabdeh” İB-nin xx.xx.2020-ci il tarixli SOCAR**********31790029X00019 nömrəli cavab məktubunda 216 manat dəymiş ziyanın istehlakçı tərəfindən ödənilməsi bildirilmişdir. Beləliklə “Cavabdeh” İB tərəfindən verilən cavab məktubunda qeyd edilən məsələyə mövcud qaydalara uyğun baxılmadığı məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq “Cavabdeh” İB-yə yuxarıda göstərilələnlərin mövcud qaydalara uyğun yenidən araşdırılaraq müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi ilə bağlı 21,10.2020-ci il tarixli AERA-18-2034/20 nömrəli məktub ünvanlanmış, “Cavabdeh” İB-nin 11.11 2020-ci il tarixli SOCAR**********30560046X1755 nömrəli cabab məktubunda bildirilmişdir ki, İstehsalt Birliyinin “İstehlakçılardan daxil olmuş ərizə və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyanın İşçi qrupu”na təqdim edilmiş və “İşçi qrupu”nun yekun rəyinə əsasən abonentin hesabında düzəliş olunması məqsədə müvafiq hesab edilməmişdir. “Qazdan istifadə Qaydalarfna uyğun olaraq qaz paylayıcı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilə üzrə yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, həmin müqavilənin 5.2-ci bəndinə əsasən məhkəməyə müraciət etmək hüququ abonentə izah olunmuşdur.. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, hesablanmış borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmiş, həmçinin abunə hesabında borcun yazılmasına əsas olan sənəd göstərilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 216 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Çünki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməklə, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Qazdan istifadə qaydalarının pozulması haqqında” 14.09 2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməli, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında yerləşən 132 saylı evə cavabdeh tərəfindən (abonent kodu: **********00000) əsassız hesablanmış 216 manat borc silinməlidir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 20 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Qazdan istifadə qaydalarının pozulması haqqında” 14.09 2020-ci il tarixli ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında yerləşən 132 saylı evə (abonent kodu: **********00000) cavabdeh tərəfindən hesablanmış 216 (iki yüz on altı) manat borc silinsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-738/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-738/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver