Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-739/2020 04.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Vəliyeva Rəfiqə Şirzad qızının katibliyi, İddiaçı, Cavabdeh qəzeti redaksiyasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qəzeti redaksiyasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qəzeti redaksiyasına qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qəzeti redaksiyasında müxbir vəzifəsinə bərpa edilməyi, məcburi iş buraxmaya görə əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında ödəncin hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2004-cü il tarixdən Cavabdeh qəzetinin redaksiyasında müxbir vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh qəzetinin müxbiri vəzifəsindən azad edilmişdir.İşdən azad edilməyimlə bağlı əmrdə işdən azad edilməyimin səbəbi qəzetin tutduğu mövqeyə zidd olaraq sosial şəbəkələrdə redaksiyanın icazəsi olmadan müxalifətin icazəsiz keçirdiyi piket və mitinqlərdə iştirak edərək şəkillər paylaşmağı göstərilib. İşdən azad edilməyi ilə bağlı əmrdə işdən azad edilməyi üçün göstərilən səbəblər qanuni və əsaslı deyil. Belə ki, əmrdə göstərilənlər böhtan xarakterlidir və cavabdeh təşkilat istinad etdiyi halı təsdiq edən sübutlara malik deyil. Əmrdə göstərilənlərin əksinə olaraq işlədiyi müddətdə peşə fəaliyyətini mətbuat prinsiplərinə dürüst riayət etməklə həyata keçirmiş, müxtəlif dövlət və qeyri-hökumət təşkilatları tərəfindən fəaliyyətimə yüksək qiymət verilmiş, diplom və sertifikatlarla təltif edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, işdən azad edilməyi ilə bağlı əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun deyil. Əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməyib. Cavabdeh təşkilat, onu qanunsuz və əsassız olaraq işdən azad etmiş, onun qanunsuz hərəkətləri nəticəsində əmək haqqı almaq hüququndan məhrum olmuşdur. Məhkəmə baxışı dövründə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qəzeti redaksiyasının xx.xx.2019-cu il tarixli, 32 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh qəzeti redaksiyasında “müxbir” vəzifəsində işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uygun izahat verdi və əlavə olaraq bildirdi ki, O, uzun illərdirki «Cavabdeh” qəzetində müxbir işləyir, lakin madi vəziyyəti aşağı olduğu üçün bununla yanaşı jurnalist kimi bir neçə qəzetlərdə məqalələr çap etdirərək qanarar alır. Bu barədə çalışdığı qəzətin rəhbərliyinin də, məlumatı olmuşdur. Sonuncu dəfə də, məhz digər qəzetin sifarişi əsasında keçirilmiş mitinqi bir jurnalist kimi izləyərək şəkillər çəkmiş və materiallar toplayaraq həmin qəzetə təhvil vermişdir. O, mitinq iştirakçısı olmamış, onun adı hər hansı bir məqalədə müəllif kimi göstərilməmişdir. Onunla bərabər həmin mitinqdə onlarla qəzet və televiziyaların jurnalistləridə iştirak edərək öz işlərini yerinə yetirmişlər. Hesab edir ki, onun işdən azad edilməsi barədə əmr tam əsassız və qanunsuz olmaqla yanaşı, həm də, qanunvericiliyin tələblərinə uygun olmayaraq tərtib edilmişdir. Ümumiyyətlə cavabdeh qəzet bu illər ərzində onunla əmək müqaviləsi bağlanılmadan faktiki əmək münasibətlərində olmaqla onun hüquqlarını da, pozmuşdur. Guya aralarında bağlanılmış 2019-cu il tarixli müqavilədən isə onun heç xəbəri olmamış, həmin müqavilə ona təqdim edilməmiş və onun tərəfindən imzalanmamışdır. Həmin müqavilələr köhnə tarixə cavabdeh tərəfindən tərtib edilmişdir. Bundan başqa guya onun hansısa vaxtlarda xəbərdarlıq və töhmət alması da yalan və iftiradır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aktlarda hamısı saxta və köhnə tarixə tərtib olunmuş aktlardır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, «Cavabdeh” qəzetinin 1990-cı il iyul ayının 1-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunun qərarı ilə “Dağlıq Cavabdeh Muxtar Vilayətində baş verən hadisələrin daha obyektiv işıqlandırılması” məqsədilə təsis edilmiş və Dağlıq Cavabdeh üzrə Respublika Təşkilat komitəsinin orqanı kimi Xankəndi şəhərində fəaliyyətə başlamışdır. Qəzetin baş redaktoru vəzifəsinə o zaman DQ Muxtar Vilayəti partiya komitəsində təbliğat və təşkilat şöbəsinin şöbə müdirinin müavini kimi o, təsdiq edilmişdir. Qəzetin Şuşada, Ağdamda, Xocavənd, Ağdərədə, Xocalıda, Ağdərədə müxbir postları yaradılmışdır. Ötüb keçən 29 il ərzində Cavabdeh qəzetinin məram və məqsədi Ermənistan ordusu tərəfindən işğala məruz qalmış Azərbaycan torpaqlarının azad olunması və bu yolda canlarını fəda etmiş şəhidlərimizin, qazilərimizin fədakarlığının işıqlandırılması olmuşdur. Sabiq müxbir İddiaçı redaksiyanın tapşırığı olmadan xarici qüvvələrin maliyyələşdirdiyi müxalifətin icazəsiz keçirdiyi mitinq və piketlərdə iştirak edərək şəkillər çəkib paylaşmışdır. İddiaçı işdən azad olunmasının səbəbi Cavabdeh qəzetinin məram və məqsədinə xəyanət edərək redaksiyanın icazəsi olmadan müxalifətin icazəsiz piket və mitinqlərində iştirak etməsi, mitinqdən şəkillər paylaşması olmuşdur. Əntiqə Rəşid 15 il ərzində etdiyi kaprizlərə, əmək imtizamını dəfələrlə pozduğuna görə həmişə ona humanistlik göstərilsə də, bütün bunlardan nəticə çıxarmadığı üçün kollektivin ümumi iclasının protokolu və baş redaktorun qanuni əmri ilə işdən çıxarılıb. Hesab edir ki, həmin əmr əsasli və qanunidir, bu səbəbdən də ləğv edilə bilməz. Əmrin tərtibatına gəldikdə isə qəzet 1990-cı ildən fəaliyyət gösdərdiyi üçün, əməkdaşlar da, o zamakı qanunlara əsasən redaktorun əmri ilə işə götürülmüş və demək olar kı, hazırda da, qəzet eyni əməkdaşlarla fəaliyyət gösdərir. Daha sonra isə bütün əməkdaşlarla 2019-cu il tarixdə əmək müqavilələri baglanılmışdır. İddiaçı da eyni qaydada 2004-cü ildən redaktorun əmri ilə müxbir vəzifəsinə işə qəbul edilmiş və xx xxxxxx 2019-cu il tarixdə redaktorun əmri ilə də, işdən azad edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx xxxxxx 2004-cü il tarixdən Cavabdeh qəzetinin redaksiyasında 7k saylı əmrlə müxbir vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh qəzetinin müxbiri vəzifəsindən azad edilmiş, azad edilmə barədə əmrin tarixi və nömrəsi göstərilməmişdir. - Cavabdeh qəzeti redaksiyanın baş redaktoru Ç.T.İsmayılovun imzaladığı xx xxxxxx 2019-cu il tarixli 32 №li əmri ilə qəzetin əməkdaşı İddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. Əmrin verilməsinə əsas qəzet redaksiyasının ümumi yığıncağının qərarı və baş redaktorun sərəncamı göstərilmişdir. - Cavabdeh qəzeti redaksiyanın baş redaktoru Ç.T.İsmayılovun imzaladığı, lakin tarixi qeyd edilməyən arayışından görünür ki, İddiaçı əmək haqqı ştat cədvəlinə uyğun olaraq aylıq 240 manat təşkil edir. - AzərbaycanRespublikasının VergilərNazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatına əsasən Cavabdeh qəzeti redaksiya xx.xx.1994-cü ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X2r. - xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ciil tarixinə kimi 1 il müddətinə bağlanmış Cavabdeh qəzeti redaksiyası ilə İddiaçı ilə aralarında olan əmək müqaviləsindən görünür ki, sonuncu qəzetə müxbir vəzifəsində təyin edilmişdir. Müqavilə işəgötürən tərəfindən imzalansa da, işçi tərəfindən imzalanmamışdır. - Cavabdeh qəzetinin baş redaktoru Çinqiz İsmayılov, baş redaktorun müavini Salman Babayev, müxbiri Zəkurə Quliyeva, dizayneri Samir Məmmədov, operatoru Mədinə Cavadovanın tərtib edərək imzaladıqları xx.xx.2017-ci il tarixli aktdan görünür ki, müxbir İddiaçı həmin günü saat 11.30 radələrində baş redaktorun İddiaçı redaksiyanın daxili nizam –intizam qaydalarına riayət etməməsini irad tutarkən o «dedikləini qəbul etmirəm» deyərək otağın qapısını nümayişkarənə şəkildə çırparaq çıxıb getmişdir. Ertəsi cün İddiaçı redaksiya əməkdaşlarının yanında «Çinqiz müəllim məni bağışlayın» deyərək üzürxahlıq etmiş, lakin İddiaçı əvvəlki gün etdiyi hörmətsizlik kollektiv tərəfindən mənfi qiymətləndirilmiş və ona şifahi xəbərdarlıq edilmişdir. - Cavabdeh qəzetinin baş redaktoru Çinqiz İsmayılov, baş redaktorun müavini Salman Babayev, müxbiri Zəkurə Quliyeva, operatoru Mədinə Cavadovanın tərtib edərək imzaladıqları xx.xx.2017-ci il tarixli aktdan görünür ki, - Cavabdeh qəzetinin baş redaktoru Çinqiz İsmayılov, baş redaktorun müavini Salman Babayev, müxbiri Zəkurə Quliyeva, operatoru Mədinə Cavadovanın tərtib edərək imzaladıqları xx.xx.2017-ci il tarixli aktdan görünür ki, müxbir İddiaçı saat 10.45-dəheç bir əsaslı səbəb göstərmədən baş redaktora «mən daha bu qəzetdə işləmək istəmirəm» deyərək redaksiyanı nümayişkarcasına tərk etmişdir. İddiaçı bu hərəkətinin etik normalara zidd olmasını və əmək qanunvericiliyin kobud şəkildə pozmasının bariz nümunəsi olduğunu qeyd edərək ona töhmət elan olunmuşdur. - Cavabdeh qəzeti üzrə xx.xx.2019-cu il tarixli 33 №li əmrdən görünür ki, qəzetin əməkdahı İddiaçı redaksiyanın daxili əmək intizamını sistematik olaraq pozduğuna, günlərlə heç bir səbəb olmadan işə gəlmədiyinə, redaksiya əməkdaşları ilə kobud davranış hərəkətlərinə görə ona töhmət elan olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi 1 il müddətinə iddiaçı ilə olan əmək müqaviləsinə əsasən, müqavilənin işçi tərəfindən imzalanmamına baxmayaraq müəyyən edilmişdir ki, tərəflərin xx.xx.2004-cü ildən xx.xx.2019-cu il tarixə kimi əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İşin materiallarından görünür ki, iddiaçı xx xxxxxx 2004-cü il tarixdən Cavabdeh qəzetinin redaksiyasında müxbir vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh qəzetinin müxbiri vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçı barəsində olan xx.xx.2019-cu il tarixli əmrdə göstərilənlərin böhtan xarakterli olmaqla cavabdeh təşkilatın istinad etdiyi halları təsdiq edən sübutlara malik olmamasını göstərməklə yanaşı həmçinin işdən azad edilməyi ilə bağlı əmrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olmamasını mübahisələndirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəllənin: - 76-cı maddəsinin 1 hissəsində göstərilmişdir ki, işə götürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarında olan İddiaçı tutduğu vəzifəsindən azad edilməsinə dairCavabdeh qəzeti redaksiyanın baş redaktoru Ç.T.İsmayılovun imzaladığı xx xxxxxx 2019-cu il tarixli 32 №li əmrindən görünür ki, iddiaçı əmrin məzmununda qəzetin əməkdaşı kimi qeyd edilsə də, əmək müqaviləsi üzrə onun vəzifəsinin (peşəsinin) adı konkret qeyd olunmamış, cavabdehin hüquqi ünvanı, əmək münasibətlərinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi, eləcə də, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il göstərilməmişdir. Halbuki, AzərbaycanRespublikasının Əmək Məcəlləsinin: - 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Qeyd olunan Məcələnin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Əmək qanunvericiliyinə əsasən (186-cı madddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Həmin normanın İİ hissəsinə əsasən isə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tutduğu vəzifədən azad edilmə barədə əmr qəbul edilərkən Əmək Məcəlləsinin 76 və 84-cü maddələrinin tələbləri ilə yanaşı qeyd edilən maddi hüquq normalarının da tələbləri pozulmuş, iddiaçı barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş hansı intizam tənbehi tədbiri görülməsi əmrdə göstərilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası ƏM-nin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Məhkəmə araşdırması zamanı iddiaçı işdən azad edilməsi barədə əmr verilməmişdən əvvəl ondan yazılı izahat verilməsinin tələb edilməsi və ya onun belə bir izahat verməsindən imtina etməsi halının olması da müəyyən edilməmişdir. Cavabdeh tərəf iddiaçının belə bir izahat verməkdən imtina etməsini göstərsə də, işin materiallarından görünür ki, o, yalnız iddiaçıya tutduğu vəzifədən azad olunmasına dair əmrin çıxarışı ona verilərkən onun təhqiramiz ifadələr işlətməklə çıxarışı nümayişkaranə şəkildə çırparaq yerə atmasına dair qəzetin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktı təqdim etmişdir. Həmin aktda isə iddiaçıdan əmr verilməmişdən əvvəl yazılı izahat verilməsinin tələb edilməsi və ya onun bundan imtina etməsi qeyd edilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçını tutduğu vəzifəsindən azad etməmişdən əvvəl sonuncudan yazılı izahatın verilməsinin tələb edilməsinə dair Azərbaycan Respublikası ƏM-nin 187-ci maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin İ hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Beləliklə də, məhkəmə araşdırma zamanı toplanmış sübutlarla müəyyən edilmişdirki iddiaçı barəsində cavabdeh tərəfindən verilən xx.xx.2019-cu iltarixli 32 saylı əmr verilərkən əmək qanunvericiliyin tələblərinə tam əməl edilməmişdir. Odur ki, iddia təmin edilməklə Cavabdeh qəzeti redaksiyasının xx.xx.2019-cu il tarixli, 32 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh qəzeti redaksiyasında “müxbir” vəzifəsində işə bərpa olunmaqla xx.xx.2019-cu il tarixdən qətnamə icra edilən müddətə ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiatəmin edilsin. Cavabdeh qəzeti redaksiyasının xx.xx.2019-cu il tarixli, 32 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh qəzeti redaksiyasında “müxbir” vəzifəsinə işə bərpa edilsin. xx.xx.2019-cu il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-739/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-739/2020
04.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver