Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-74/2023 04.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Avtandil oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı Avtandil oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək, müqavilə üzrə üzrə yaranmış 22.660 manat borcun, həmin borcu gecikdirməyə görə illik 5% üçün 1313 manat və ödənilmiş 162 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o briqada təşkil edərək təmir işlərini müxtəlif fərdi yaşayış evlərində, mənzillərdə və bağ evlərində sifarişçi əsasında tikinti-təmir işləri aparırlar. 25 yanvar 2021-ci il tarixində hazırki iş üzrə Cavabdeh ilə müqavilə bağlayaraq ona məxsus Bakı şəhəri, Nardaran qəsəbəsi, bağ evi ünvanında təmir-tikinti işlərinin icrasını öz üzərlərinə götürərək, qarşılığında 28325 manat dəyərində muzd müqabilində təmir işləri aparacaqları barədə razılığa gəldik. Müqavilə şərtlərinə uyğun olaraq Sifarişçi “Podratçı”ya görüləcək işin 20 faizi miqdarında yəni 5665 manat ilkin ödənişi ödəməli və bu müqavilə şərtlərinə uyğun olaraq görüləcək işlərin dəyərini vaxtlı-vaxtında ödənilməsi barədə razılığa gəlmişlər. İşlər görüldükcə cavabdeh əlavə işlərin görülməsini onlardan xahiş etmişdir. Bu səbədən təxminən müqavilədə göstərilən məbləğin iki qatında işlər görüldü. Cavabdeh əvvəl-əvvəl işlər görüldükcə ödənişi vaxtlıvaxtında ödəyirdi. Lakın işin sonlarına yaxın cavabdeh işlərin görülməsinə baxmayaraq ödənişi ödəməkdən imtina etmişdir. Hal-hazırda müqavilə üzrə cavabdehin 22.660 manat borcu qalmışdır ki, bunu da ödəməkdən imtina etmişdir. İddiaçı isə fəhlələrin pulunu ödəyə bilmədiyi üçün onlar da iddiaçıdan işlədikləri pulunu tələb edirlər. Aralarında yaranan münasibətlər podrat müqaviləsi təşkil edir. Cavabdehə pretenzıya məktubu ilə müraciət edərək, ona ödəməli olduğu pul vəsaiti tələb olunsa da, cavabdeh nə borclu olduğu pul vəsaitini iddiaçıya ödəmiş, nə də pretenziya məktubuna hər hansı cavab vermişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır, onunla razı deyillər. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Nardaran qəsəbəsi ünvanında cavabdehə məxsus torpaqda bağ evinin tikintisitəmiri işlərinin iddiaçı tərəfindən görülməsi və bunun əvəzində cavabdeh ona 28325 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə görə müqavilə məbləğinin 20% məbləğində ilkin ödəniş olunmalı idi. Cavabdeh həmin məbləği yəni, 5665 manatı xx.xx.2021-ci il tarixdə ödəmişdir (qəbz etiraza əlavə edilir). Eyni zamanda cavabdeh tərəfindən həmin tarixdə tikinti materiallarının əldə edilməsi üçün 9295 (doqquz min iki yüz doxsan beş) manat məbləğində (qəbz etiraza əlavə edilir) pul iddiaçıya ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci ildən həmin ilin iyul ayına kimi aparılan Whatsapp yazışmasına əsasən cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli danışığa əsasən və görülən işlərə görə 10200 (on min iki yüz) manat məbləğində pul ödənilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçıya 11800 (on bir min səkkiz yüz) manat (7000 ABŞ dolları) məbləğində pul ödəmişdir, həmin məbləğin 2500 manatı xidmət haqqı idi. xx.xx.2021-ci il tarixə görülən işlərə görə cavabdeh iddiaçıya 13700 manat ödəmiş, onlardan 5924 manatı xidmət haqqı təşkil edir. xx.xx.2021-ci il tarixdə 10500 manat ödəniş edilməsini xahiş etmiş, onlardan 5500 manatı material üçün, 1500 sifarişçinin borcu, 3500 manat isə ustaların əmək haqqısı üçün. Həmin məbləğ xx.xx.2021-ci il tarixdə 6200 ABŞ dolları (10540 manat) məbləğində iddiaçıya ödənilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən 3500 ABŞ dolları məbləğində iddiaçıya pul ödənilmişdir. xx.xx.2021-ci ıl tarixdə iddiaçı cavabdehdən ustaların pulunun ödənilməsi üçün 6500 manat, ümumilikdə 10 000 (on min) manat pulun ödənilməsini istəmiş və həmin tarixdə pulu almışdırş Eyni zamanda votsap yazışmasında hər bir ustanın adını və görəcək və bitirəcək işin tarixini qeyd etmişdir. Lakin həmin işlər qeyd edilən tarixlərdə yekunlaşmamışdır. Görülən işlər qüsurlu görülmüşdür. xx.xx.2021-ci il tarixdə iddiaçıya 10000 manat ödənilmişdir, onlardan 3500 manatı ustaların əmək haqqısı, qalanı material üçün xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdehdən görülən işlərə görə 7170 manat məbləğində pul almışdır. Halbuki, artıq xx.xx.2021-ci il tarixdə müqavilə ilə bütün işlər görülüb tam şəkildə sifarişçi yəni, cavabdehə təhvil verilməli idi. Cavabdeh bütün bunlara səbrlə dözərək müddətin xx.xx.20211-ci il tarixədək uzadılmasına razı olmuşdur. xx.xx.2021-ci il tarixinə görülməmiş işlərin siyahısı iddiaçıya cavabdeh tərəfindən göndərilmişdir: - yataq otağında hamamda qalan tavan işləri; - 1-ci mərtəbədə hamam otağında qalan işlər; - 2-ci mərtəbə hamam otağında qalan işlər; - uşaq otağı divarda çatların olması (astar üzlük işləri); - 2-ci mərtəbənin dəhlizində qalan işlər (divarın əyriliyin düzəldilməsi, elektron şitin yanında olan suvaq işləri); - Damda gözlə görünən əyriliklərin düzəldilməsi işləri; - Yay mətbəxinin suvaq işləri, sütunların əyriliyinin düzəldilməsi işləri; - bütün evin künclərinin suvaq işlərinin görülməsi; - bütün otaqlarda, dəhlizdə və zal otaqda daşla dekor işlərinin görülməsi; - Qarderob otağında kafel, metlax işləri, tavanın alçıpanı, tavanın suvağı işləri çox bərbad halda görülmüşdür. Bu mətndən sonra cavabdeh iddiaçıya razılaşdırıldığı kimi xx.xx.2021-ci il tarixdə işi təhvil alacağını bildirmiş, təhvil alarkən onun iştirak etməsini xahiş etmiş, eyni zamanda mütəxəssis də özü ilə gətirəcəyini bildirmişdir. Artıq bir aydır ki, cavabdeh hər gün iddiaçıya ustaların keyfiyyətsiz iş gördüklərini bildirsə də, iş yerində olmadıqlarını desə də, iddiaçı buna heç bir reaksiya verməmiş, sadəcə işi vaxtında təhvil verəcəklərinə söz vermişdir. xx.xx.2021-ci il tarixdə iş tam və keyfiyyətli şəkildə təhvil verilmədiyi üçün xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçıya onun mülkiyyətində olan bağ sahəsinə daxil olmağı və hər hansı bir işlərin görülməsini qadağan etmişdir. İddiaçı özü də iddia ərizəsində qeyd edir ki, cavabdeh ona görülən işlərə görə pul ödəmişdir. Lakin iddianın xahiş edirəm hissəsində müqavilənin ümumi məbləğində yalnız 5660 manat ödənişin edildiyi qeyd edir və nəticədə 22660 manat borcunu qaldığı müəyyən olunur Burdan da, göründüyü kimi iddiaçı yalan danışır, öz dedikləri ilə istədikləri uyğun gəlmir. Həmçinin, pretenziya məktubunda cavabdehin iddiaçıya 13000 manat borcun qaldığı müəyyən olunur. Yuxarıda sadalanan cavabdeh tərəfindən edilən ödənişlərdən də görünür ki, cavabdeh tam borcunu ödəmiş, iddiaçı isə bunun əvəzində müqavilə öhdəliklərini vaxtında yerinə yetirməmiş, qüsurlu və yarımçıq yerinə yetirmişdir. Cavabdeh "SOUNDBUİLD” LLC şirkətinə müraciət etmiş, həmin şirkət qüsur aktı hazırlayaraq, nöqsanlı alçı və sıva işlərinin tam bərpası, natamam dekorativ “kabançik” daşların tamamlanması və ara dolğuların vurulması, ters uklon metlaxın sökülərək düzəldilməsi, fasad bərpa işlərinin görülməsinə görə 32520,80 manat məbləğində xərc smetası çıxartmışlar (sənədlər və foto şəkillər etiraza əlavə edilir). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə razı deyillər. İddiaçının görüdüyü iş 126000 manatdan çox olmuşdur. Hazırda ödənilməmiş 22660 manat məbləğində borcu qalmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı görülmüş işlərə görə cavabdehdən təxminən 100 min manat məbləğində pul almışdır.Hazırda qalan 22660 manatı tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh iddiaçıya 100244 manat məbləğində pul ödənilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş vatsap yazışmalarından, həmçinin qəbzlərin bir qismindən də görünür ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Sifarişçi” Cavabdeh ilə “Pordatçı” İddiaçı Avtandil oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli TEX/12/2021 saylı müqavilədən görünür ki, “Sifarişçi”nin verdiyi sifariş əsasında “Podratçı” öz üzərinə Bakı şəhəri, Nardaran qəsəbəsi, bağ evi ünvanında təmir-tikinti işlərinin icrasını götürmüşdür. Görüləcək işlərin ümumi dəyəri 28325 (iyirmi səkkiz min üç yüz iyirmi beş) manat təşkil edir, “Sifarişçi” “Podratçıya” məbləğin 20 faizi miqdarında - 5665 (beş min altı yüz altmış beş) manat kimi ilkin ödənişi bu Müqavilə imzalandığı tarixdən 1 (bir) bank günü ərzində avans olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə X1 hesabına 5665 manat və 9295 manat məbləğlərində pul köçürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə pretenziya ünvanlayaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən bağ evinin təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı müqavilə bağlandığını, müqavilənin dəyərinin 28 325 manat təşkil etdiyini, iş görülən zaman cavabdeh tərəfindən sifarişlər artdıqda görüləcək işlərin dəyərinin də artırıldığı, hazırda bağ evində işlərin görülməsinə baxmayaraq, cavabdehin ödəniş etməkdən imtina etdiyini, bu günə qədər onun iddiaçıya 13 000 manat borcunun qaldığını bildirmiş, ona görə cavabdehdə 13 000 manat borcu ən qısa zamanda ödəməyini xahiş etmişdir. İş materiallarında olan MBA Consulting Group tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən bağ evində aparılmış təmir işlərinin 24 avqust 2023-cü il tarixinə hesablanmış bazar dəyəri 102 931 manat təşkil edir. Eyni zamanda məhkəmənin təşəbüsü ilə ekspert X3 məhkəmə iclasına dəvət olunaraq dindirilmişdir. Məhkəmə zamanı verdiyi ifadəsində ekspert Nüsrət İbrahimov bildirmişdir ki, onların işçisi həmin evdə olmuş, ev sahibi şəkillərlə əsasən özü etdiklərini göstərmişdir. Qiymətləndirmə şəkillərlə qərardadda qeyd olunan tarixə aparılmışdır. Rəydə tarixlərlə bağlı texniki səhv getmişdir. Evin tam təmirli halda qiymətləndirilməsi 151 min manatdan artıq olmuşdur. Qarşı tərəflə birlikdə şəkillərlə müqayisə edildikdən sonra, cavabdehin gördüyü işlərin məbləği çıxılmış və qalan məbləğ 102931 manat təşkil edir. Hazırkı ekspert rəyində qeyd olunan məbləğ həmin şəkillərə əsasən müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Təqdim olunmuş ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin məbləğinin müəyyən edilməsi üçün MBA Consulting Group tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ekspert rəyi əsas götürülməlidir. Beləliklə, işin məhkəmə baxışı zamanı tərəflərin izahaları və ekspertin ifadəsi, həmçinin təqdim edilmiş sübutların və ekspert rəyinin araşdırılması nəticəsində müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış ilkin müqavilə podrat müqaviləsi olmuşdur. Sifarişçi Cavabdeh ilə icraçı İddiaçı Avtandil oğlu arasında xx.xx.2021-ci il tarixində bağlanmış müqaviləyə əsasən icraçı Bakı şəhəri, Nardaran qəsəbəsi, bağ evi ünvanında təmir-tikinti işlərinin icrasını həyata keçirməyi, sifarişçi isə görülmüş işlərin müqabilində icraşıya müəyyənlədirilmiş 28325 manat məbləğində pul ödəməyi öhdələrinə götürmüşdür. Daha sonra tərəflər əlavə işlərin həyata keçirilməsi üçün razılaşsalar da, onlar arasında yazılı müqavilə bağlanmamış, şifahi olaraq razılaşmışlar. İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən Bakı şəhəri, Nardaran qəsəbəsi, bağ evi ünvanında əlavə təmir-tikinti işləri həyata keçirmiş, cavabdeh tərəfindən isə həmin işlərə görə çəkilmiş xərclərin bir hissəsi ödənilmişdir. Ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən görülmüş işlərin ümumi məbləği 102931 manat təşkil etmişdir. Lakin proses iştirakçılarının məhkəmədə bildirdiklərindən müəyyən olunur ki, sifarişçi tərəfindən icraçıya cəmi 100244 manat ödəniş edilmişdir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının (icraçının) nümayəndəsi cavabdehdən yəni sifarişçidən təxminən 100 min manat məbləğində pul aldığını, lakin cavabdehin evində gördüyü işlərin 126000 manatdan çox təşkil etdiyini, hal-hazırda cavabdeh tərəfindən ödənilməmiş 22660 manatı tələb etdiyini bildirmiş və bununlada dolayısı ilə cavabdehdən 100000 manatdanda da, çox pul aldığını etiraf etmiş, eyni zamanda cavabdehin (sifarişçinin) nümayəndəsi də, cavabdeh tərəfindən iddiaçıya 100244 manat məbləğində pul vəsaiti ödədiklərini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının cavabdehdən görülmüş işlərə görə təxminən 100 min manat məbləğində, əslində isə isın halalrı ilə (tərəflərin etitaf edici izahatları ilə (126000 (iddiaçının gördüyüynü iddia etdiyi işin məbləği) -22600 (iddiaçının gördüyü və aldığı pula münasibətdə tələb etdiyi qalıq borc) =103400 manat) bu məbləğin 100000 manatdan da, cox olan məbləğdə pul almasını, cavabdehin isə 100244 manat pul ödədiyini etiraf etməsini, görülmüş işlərin məbləğinin 102931 manat təşkil etdiyini və həmin məbləğdən 100244 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qalan 2687 (iki min altı yüz səksən yeddi) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehdən borcu gecikdirməyə görə illik 5% üçün 1313 manatın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Qeyd olunan Plenum qərarından da göründüyü kimi borclu müqavilə öhdəliklərini pozduğu halda kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İş materiallarından müəyyən edildiyi kimi tərəflər arasında əlavə işlərin görülməsi barədə müqavilə bağlanmamışdır. Bu səbəbdən də məhkəmə iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 162 (yüz altmış iki) manat məbləğində dövlət rüsumunun 143,85 (yüz qırx üç manat 85 qəpik) manatı iddiaçıya aid edilməli, qalan 18,15 (on səkkiz manat 15 qəpik) manatı isə Cavabdeh İddiaçı Avtandil oğlunun xeyrinə tutulmaslı, iş üzrə məhkəmə məsrəfi olan 600 (altı yüz) manat ekspertiza xərcinin 300 (üç yüz) manatı İddiaçı Avtandil oğlundan, 300 (üç yüz) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2687 (iki min altı yüz səksən yeddi) manat məbləğində pul tutularaq İddiaçı Avtandil oğluna ödənilməli, iş üzrə ödənilmiş 162 (yüz altmış iki) manat məbləğində dövlət rüsumunun 143,85 (yüz qırx üç manat 85 qəpik) manatı iddiaçıya aid edilsin, qalan 18,15 (on səkkiz manat 15 qəpik) manatı isə Cavabdeh İddiaçı Avtandil oğlunun xeyrinə tutulmalı, iş üzrə məhkəmə məsrəfi olan 600 (altı yüz) manat ekspertiza xərcinin 300 (üç yüz) manatı İddiaçı Avtandil oğlundan, 300 (üç yüz) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2687 (iki min altı yüz səksən yeddi) manat məbləğində pul tutularaq İddiaçı Avtandil oğluna ödənilsin. İş üzrə ödənilmiş 162 (yüz altmış iki) manat məbləğində dövlət rüsumunun 143,85 (yüz qırx üç manat 85 qəpik) manatı iddiaçıya aid edilsin, qalan 18,15 (on səkkiz manat 15 qəpik) manatı isə Cavabdeh İddiaçı Avtandil oğlunun xeyrinə tutulsun. İş üzrə məhkəmə məsrəfi olan 600 (altı yüz) manat ekspertiza xərcinin 300 (üç yüz) manatı İddiaçı Avtandil oğlundan, 300 (üç yüz) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-74/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-74/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver