Məhkəmə qərarları › İş №2(004)-740/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-740/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-740/2023 25.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Vidadi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişmiş mərhum həyat X1nun xx.xx.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmasını, ata qrafasında X4, milliyyəti azərbaycanlı, ana qrafasında X4, milliyyəti azərbaycanlı kimi qeyd olunaraq doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə tələbin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək onun xx.xx.2021-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişmiş mərhum həyat X1nun doğum akt qeydinin bərpa edilərək, onun xx.xx.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmasını, ata qrafasında X4, milliyyəti azərbaycanlı, ana qrafasında X4, milliyyəti azərbaycanlı kimi yazılaraq doğumun qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirir ki, o, X8 ilə xx.xx.1997-ci il tarixdə Bakı Nikah Evində nikaha daxil olmuşlar. Birgə nikahlarından iki övladları var. X1 xx.xx.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir. Onun ölümü xx.xx.2021-ci il tarixdə Maraqlı şəxsndə 1489 saylı akt qeydi ilə qeydə alınmışdır. Hal-hazırda müəyyən sənədləşdirmə işləri ilə bağlı yoldaşının doğum haqqında şəhadətnaməsi lazımdır. Lakin doğum haqqında şəhadətnaməni tapa bilmirlər. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi ilə qeydiyyatı üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədin təqdim edilməməsi səbəbilə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hesab edir ki, onun qanunla qorunan hüquqları pozulmuş, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmə məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli, xx.xx.2017-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1967-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 07670018 nömrəli, xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X8 xx.xx.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur və hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ № 208533 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 21 avqust 2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.1962-ci il tarixli, Vİ-JQ № 472690 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü X8 ilə Ərizəçi xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarında olan xx.xx.1999-cu il tarixli, İ-AZ 121669 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 10 dekabr 1999-cu ildə anadan olmuşdur. Uşağın atası X8, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.1999-cu il tarixli, AZ-İ 000987 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 27 oktyabr 2000-ci ildə anadan olmuşdur. Uşağın atası X8, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, AZ-İ № 543481 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 21 aprel 2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, xx/xx-5556/15 nömrəli məktubuna əsasən Ərizəçi mərhum ərinin doğumunun bərpa edilməsi barədə ərizəsinə baxılmış və doğum haqqında akt qeydinin əvəllər olmasını təsdiq edən sənədi təqdim etmədiyi üçün üçün xahişinin təmin edilməsinin mümkün olmadığı bildirilərək, doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşının yoldaşı, mərhum X9 isə doğma qardaşıdır. X9 xx.xx.1956-cı il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşının yoldaşı, mərhum X9 isə doğma qardaşıdır. X9 xx.xx.1956-cı il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. O, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir. Onun doğum haqqında şəhadətnaməsi itmişdir. Həqiqətən mərhumun doğma bacısıdır. Onlar beş bacı, bir qardaş olmaqla altı uşaqdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşının yoldaşı, mərhum X9 isə doğma qardaşıdır. X9 xx.xx.1956-cı il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. O, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həqiqətən mərhumun doğma bacısıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi mərhum həyat X1 xx.xx.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. Atasının adı Hafizdir. Anasının adı Nadejdadır. Ərizəçi doğum haqqında akt qeydinin həmin şöbədə əvvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyindən Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə müracət etmək məsləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum həyat yoldaşı - xx.xx.1958-ci ildə tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş X3 doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.1958-ci il, doğulduğu yer Ermənistan Respublikasının Qafan rayonu, ata qrafasında – X11 (milliyyəti azərbaycanlı), ana qrafasında – X4 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum həyat yoldaşı - xx.xx.1958-ci ildə tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş X3 doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.1958-ci il, doğulduğu yer Ermənistan Respublikasının Qafan rayonu, ata qrafasında – X11 (milliyyəti azərbaycanlı), ana qrafasında – X4 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar