Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7417/2025 29.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin direktoru X1 qarşı pul, əldən çıxmış fayda və zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin direktoru X1 qarşı pul, əldən çıxmış fayda və zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 263-264-cü, 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin direktoru X1 qarşı pul, əldən çıxmış fayda və zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermək üçün İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 359,60 manat (üç yüz əlli doqquz manat altmış qəpik) dövlət rüsumu (qəbzin nömrəsi: **********, tarixi: xx.xx.2025, saatı: 15:20:15) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən ödənişi edən İddiaçı (Fin kodu: xxxxxxx, kart hesabı: ********************, "xxxx" ASC-nin Korporativ və KOS satışlar idarəsinin Korporativ biznesə dəstək departamenti) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(004)-7417/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7417/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver