Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-744/2023 30.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı dövlət notariat ofisinə qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı dövlət notariat ofisinə qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın qəbuluna dair müəyyənləşdirilmiş müddətin uzadılması və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin Bakı şəhəri 53 saylı dövlət notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 qalmış mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, xx.xx.1972-ci il təvəllüdlü və xx.xx.2020-ci ildə vəfat etmiş X6 onun doğma atasıdır. Atası onunla birgə yaşamış və 02 noyabr 2020-ci il tarixdə xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Anası uzun illər əvvəl vəfat etdiyindən və atasının ondan başqa övladı olmadığından son ana kimi atasını qulluq etmişdir. Atası vəfat etdikdən sonra da dəfn xərclərini qarşılamışdır. Atasından miras olaraq heç bir əmlak qalmadığı üçün miras əmlakın qəbulu ilə bağlı heç bir addım atmamış və müvafiq vaxt ərzində notariusa müraciət etməmişdir. Eyni zamanda, doğum haqqında şəhadətnaməsini də itirdiyi üçün qeyd olunan müraciəti etməmiş, ümumiyyətlə belə bir müraciətin edilməli olmasından məlumatı olmamışdır. Bir ay öncə DOST Mərkəzində olarkən atasına məxsus pensiya hesabında bir miqdar pul qaldığı barədə ona məlumat verilmişdir. Bundan sonra dərhal Bakı şəhəri 53 saylı dövlət notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 53 saylı Notariat Ofisi notariat ofisinə yazılı ərizə təqdim etmişdir. Lakin, 53 saylı notariat ofisinin 21 sentyabr 2022-ci il tarixli, 3923 saylı məktubunda Mülki Məcəllənin 1246-cı maddəsinə istinad edilərək vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində qəbul edə bilməsini əsas gətirilmiş, miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi qeyd edilmişdir. Cavabdeh Bakı şəhəri 53 saylı dövlət notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ 813126 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ № 189636 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ № 034654 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin 23 iyul 2021-ci il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı dəfn xərcinin ödənilməsi üçün ərizə ilə mürcaiət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 53 saylı Notariat Ofisi tərəfindən verilmiş 3923 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlakın qəbuluna dair notariat ofisinə təqdim etdiyi müraciətinə cavab olaraq bildirilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçının X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vərəsə İddiaçı 2022-ci ildə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmişdir. Lakin ona mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmişdir. Hazırda iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsaslıdır. Belə ki, işin hallarından da göründüyü kimi, iddiaçı atasından miras qalmağından məlumatı olmamış, ümumiyyətlə hüquqi savadsızlığı səbəbindən bunun üçün notariusa müraciət etmək lazım olduğunu bilməmiş, yəni ondan asılı olmayan səbəblərdən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə müraciət edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət iddiaçı tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə iddiaçının X1nun xx.xx.2020-ci il tarixdə vəfat etməsini, 6 aylıq müddətin xx.xx.2021-ci il tarixdə tamam olmasını, iddiaçının həmin müddət ərzində üzrlü səbəbdən notariusa müraciət etməməsini nəzərə alaraq hesab edir ki, mirası qəbul etmək üçün müddət 3 ay müddətinə uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 qalmış mirasın iddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət 3 (üç) ay müddətinə uzadılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət 3 (üç) ay müddətinə uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-744/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-744/2023
30.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver