Məhkəmə qərarları › İş №2(004)-745/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-745/2021

04.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-745/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatda olan X1 qeydiyyatidan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh adını iddia ərizəsinin kiriş hissəsində texniki səhvlə cavabdeh kimi yazdığını, Cavabdeh əsl cavabdeh X4 ilə dəyişdirilməsini, cavabdeh X1 onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsindəki 23 nömrəli evin 40 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi 23 nömrəli evin 40 nömrəli mənzilini keçmiş mülkiyyətçisi Cavabdeh 47.040 manat satın almışdır. Həmin müqaviləyə əsasən mənzil onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmiş və ona xx.xx.2012-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh mənzili satandan sonra ona təhvil vermiş və mənzildə heç kəsin qeydiyyatda olmadığını bildirmişdir. Alqı-satqı zamanı 138 saylı MKİS-in verdiyi xx.xx.2012-ci il tarixli 125 nömrəli forma 2 arayışında da mənzildə qeydiyyatda heç kimin olmadığı qeyd edilmişdir. Cavabdeh satandan sonra ona təhvil vermiş və əşyalarını da götürüb köçüb getmişdir. 2012-ci ildən hazırkı vaxta kimi aldığı mənzildə öz ailəsi ilə yaşayır. ASAN Xidmət mərkəzindən xx.xx.2020-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən ona məlum olmuşdur ki, X4 onun mənzilində qeydiyyatdadır. O, X3 tanımır, mənzili alan zaman X4 mənzildə yaşamamış və mənzili aldıqdan sonra da X3 görməmişdir. Təqdim edilmiş forma 2 arayışında X1 qeydiyyatda olması qeyd edilməmişdir. O, X1 mülkiyyətindəki mənzilə qeydiyyata alınmasına hər hansı bir razılıq verməmişdir. Odur ki, X1 onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsindəki 23 nömrəli evin 40 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X2 qeydiyyatda olduğu ünvan 2 ünvan üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh orada yaşamadığına görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. Bu barədə 138 saylı MKİS tərəfindən müvafiq qeyd yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları və rəsmi sənədlərlə təsdiq edilir ki, xx.xx.2012-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsindəki 23 nömrəli evin 40 nömrəli mənzilini 47.040 manata İddiaçı satmışdır. Notariat işinə əlavə edilmiş 138 saylı MKİS tərəfindən verilmiş 09.2012-ci il tarixli 125 nömrəli forma 2 arayışından müəyyən edilir ki, alqı-satqı zamanı mənzildə qeydiyyatda heç kim olmamışdır. Cavabdeh mənzili satandan sonra İddiaçı təhvil vermiş və köçüb getmişdir. xx.xx.2012-ci tarixli RX № ******* nömrəli çıxarışa əsasən həmin mənzil İddiaçı xüsusi mülkiyyətinə keçirmişdir. İddiaçı ASAN Xidmət mərkəzindən xx.xx.2020-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən, onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsindəki 23 nömrəli evin 40 nömrəli mənzilində tanımadığı X1 qeydiyyatda olmasını öyrənmişdir. AZEMİS portalından xx.xx.2021-ci il tarixdə çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilir ki, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulmuş X4 Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsindəki 23 nömrəli evin 40 nömrəli mənzilində qeydiyyatdadır, ona Yasamal RPİ tərəfindən xx.xx.2010-cu il tarixdə AZE ******* seriyalı şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı cavabdehi tanımır, onun ailə üzvü deyildir, iddiaçı mənzili alarkən keçmiş mülkiyyətçinin notariat orqanına təqdim etdiyi forma 2 arayışında mənzildə heç kimin qeydiyyatda olmadığı qeyd edilmişdir, iddiaçı vicdanlı alıcı olaraq dəyərini ödəməklə keçmiş mülkiyyətçidən mənzili almış və aldığı vaxtdan öz ailəsi ilə orada yaşayır. Cavabdehin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və onları sərbəst şəkildə həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzillə bağlı tərəflər arasındakı hüquq münasibəti xx.xx.2009-cu il tarixdən sonrakı dövrdə yarandığına görə hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyətindəki mənzilə qeydiyyata alınsa da, iddiaçının ailə üzvü olmamış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin mənzildən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onun həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Odur ki, məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh X4 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 23 nömrəli evin 40 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 23 nömrəli evin 40 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilsin. Bu qətnamə X1 Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 23 nömrəli evin 40 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar