Məhkəmə qərarları › İş №2(004)-7451/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7451/2021

28.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7451/2021 28.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı "doğum aktı qeydinin bərpa edilməsi" barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” barədə ərizə ilə 18.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun 08.03.1935-ci il tarixdə Azərbaycan SSR, Gədəbəy rayonu, Erkinaz kəndində doğulması faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 16.12.2021-ci il tarixdə tələbin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək onun 1935-ci il tarixdə Azərbaycan, Gədəbəy rayonu, Erkinaz kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirir ki, o, 08.03.1935-ci il tarixdə Azərbaycan SSR-nin Gədəbəy rayonunun Erkinaz kəndində doğulmuşdur, 12.03.1962-ci X3 ilə nikah münasibətlərinə daxil olmuş, hazırda isə övlad, nəvə və nəticə sahibidir. Lakin doğum haqqında şəhadətnamə ilə bağlı qeydiyyat aparılmadığından doğum haqqında şəhadətnaməyə malik deyil və bu səbəbdən də bəzi notariat işlərin aparmaq imkanından məhrum olmuşdur. Doğum haqqında şəhadətnamənin verilməsi ilə qeydiyyatı üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədin təqdim edilməməsi səbəbilə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hesab edir ki, onun qanunla qorunan hüquqları pozulmuş, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmə məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli, 26.04.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi 1935-ci il tarixdə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Erkinaz kəndində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 19.03.1962-ci il tarixli, İ-ИЕ № 324408 saylı nihakın bağlanması haqqında şəhadətnamanin surətinə əsasən X3 ilə 1935-ci il təvəllüdlü X2 13.03.1962-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarında olan Maraqlı şəxs 27.08.2021-ci il tarixli, 05Q-3481/75 nömrəli məktubuna əsasən Ərizəçi ərizəsinə baxılmış və doğum haqqında akt qeydinin əvəllər olmasını təsdiq edən sənədi təqdim etmədiyi üçün üçün xahişinin təmin edilməsinin mümkün olmadığı bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin 27.04.2021-ci il tarixli, DA-00632-2021 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fonduna mühafizə edilən sənədlərdə 1935-ci ilə dair Gədəbəy rayonu üzrə qismən qəbul edilmiş doğum haqqında qeydiyyat kitablarında X1 təvəllüdü haqqında heç bir məlumat yoxdur. Həmçinin Gədəbəy rayonu, Ərkinaz kəndi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 1935-ci il tarixdə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Erkinaz kəndində anadan olmuşdur. Atasının adı Cabardır. Ərizəçi doğum haqqında akt qeydinin həmin şöbədə əvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyindən Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə müracət etmək məsləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, ərizəçi 1935-ci il tarixdə Azərbaycan, Gədəbəy rayonu, Erkinaz kəndində anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi 1935-ci il, doğulduğu yer Azərbaycan, Gədəbəy rayonu, Erkinaz kəndində, ata adı qrafasında “Cabar” kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1935-ci il tarixdə Azərbaycan, Gədəbəy rayonu, Erkinaz kəndində anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi 1935-ci il, doğulduğu yer Azərbaycan, Gədəbəy rayonu, Erkinaz kəndi, ata qrafasında - Cabar kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar