Məhkəmə qərarları › İş №2(004)-746/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-746/2025

30.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-746/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5nə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Gəncə şəhər Sukanal İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Gəncə Sukanal İdarəsində İddiaçı sonuncu vəzifəsi üzrə işə bərpa edilməsi, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Gəncə Sukanal İdarəsi tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni 24 sentyabr 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 342-K nömrəli əmrinin ləğv edilməsi, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Gəncə şəhər Sukanal İdarəsində əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında əsl olmayan cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Gəncə şəhər Sukanal İdarəsi əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Gəncə Sukanal İdarəsində 21 iyun 2017-ci il tarixdən işləməyə başlamışdır. Həmin müəssisədə İş əmrlərinin icrası qrupunun su kəməri təsərrüfatlarında nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Onunla əmək müqaviləsi müəyyən müddətlərlə bağlanmışdır, 5 il sonra müddətsiz əmək müqaviləsi olmuşdur. Cavabdeh tərəfindən bildirilmişdir ki, onun ştatı ixtisara düşüb. Onlardan sonra işə başqa işçilər götümüşlər və onları qeyri-iş günləri işə cəlb edib işlətmişlər. Belə ki, ƏM-nin 70-ci maddəsinin b bəndi ilə əmək müqavilələrinin ləğvinə dair bildirişlər təqdim edilsə də, həmin maddənin tətbiqi üçün əsaslar mövcud deyildir, çünki müəssisədə struktur bölmələrin adı dəyişsə də, işçilərin funksional gördükləri işlərdə dəyişiklik mövcud deyil. O cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Gəncə Sukanal İdarəsinin 342-K nömrəli, 23 sentyabr 2024-cü il tarixli əmri ilə işdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, Həmkarlar İttifaqının üzvü olmuşdur. Əvvəl həmin vəzifə üzrə 4 nəfər işləmiş, hal-hazırda isə 6 nəfər işləyir. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əvvəl həmin vəzifə üzrə 4 nəfər işləmiş, hazırda isə 6 nəfər işləyir. İddiaçıya həmin şöbədə Fakturalama qrupunda su kəməri təsərrüfatında nəzarətçi ştatı təklif edilmiş, lakin iddiaçı imtina etmişdir. Həmin vəzifələr üzrə əmək haqqı eynidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" ASC "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin Müştəri Xidmətləri şöbəsinin iş əmirlərinin yoxlanması qrupuna 9-cu dərəcə ilə mühəndis qrupun rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nin Abonentlərlə iş şöbəsinin İş əmirlərinin icrası qrupunun su kəməri təsərrüfatında nəzarətçisi İddiaçı ünvanladığı xx.xx.2024cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün o bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 1,4 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Gəncə şəhər Sukanal İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Gəncə Sukanal” TSC-nin X2 ünvanladıqları 01-01/3-27 saylı xx.xx.2024-ci il tarixli məktuba əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” X5n xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n strukturuna daxil olan tabe qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən Abonentlərlə iş şöbəsinin Ödənişin təşkili qrupunda su kəməri təsərrüfatında nəzarətçisi İddiaçı tutduğu peşə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə X1 iclası keçirilərək İddiaçı ailə vəziyyətini nəzərə alaraq Gəncə şəhər Sukanal idarəsində Abonentlərlə iş şöbəsinin Fakturalama qrupunda vakant olan və imtahan tələb olunmayan su kəməri təsərrüfatında nəzarətçi ştatı rəsmi olaraq təklif edilmişdir. Lakin İddiaçı şifahi olaraq həmin peşədən imtina etmişdir. Bütün bunları nəzərə alaraq X3 həmin məktuba cavab olaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada İddiaçı təklif edilmiş işdən imtina etdiyi üçün tutduğu peşə üzrə ştat vahidinin ixtisar olunaraq xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli İclas Protokolundan görünür ki, iclasın gündəliyində duran məsələ Abonentlərlə iş şöbəsinin iş əmirlərinin icrası qrupunun nəzarətçisi İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi məsələsi olmuş, sözügedən məsələ ilə bağlı Abonentlərlə iş şöbəsinin iş əmirlərinin icrası qrupunun nəzarətçisi İddiaçı ixtisasına (peşəsinə) uyğun təklif edilən işdən imtina etdiyi üçün onun əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə etiraz etməmələri qərara alınmışdır. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 342-k nömrəli əmrinə əsasən İş əmirlərinin icrası qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçı ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 6 il 11 ay 9 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinətinin verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 12 təqvim gününün pul əvəzinin ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli son haqq-hesab vərəqəsindən görünür ki, İş əmirlərinin icrası qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyən İddiaçı 1050,4 manat məbləğində son haqq-hesab müəyyənləşmişdir. İş materiallarında olan "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin fəhlələrinin 2023-cü il üçün Ştat cədvəlindən görünür ki, Abonentlərlə İş şöbəsi iş əmirlərinin icrası qrupu su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi üzrə ştat vahidinin sayı 4 olmuşdur. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n Gəncə şəhər Sukanal İdarəsinin fəhlələrinin 2024-cü il il üçün Ştat cədvəlindən görünür ki, Abonentlərlə İş şöbəsi iş əmirlərinin icrası qrupu su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi üzrə ştat vahidinin sayı 6 olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" ASC "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin Müştəri Xidmətləri şöbəsinin iş əmirlərinin yoxlanması qrupuna 9-cu dərəcə ilə mühəndis qrupun rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsinə xitam verilməzdən əvvəl Abonentlərlə iş qrupunun İş əmirlərinin icrası qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən “Azərsu’ Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Daha sonra "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nin rəisi Abonentlərlə iş şöbəsinin İş əmirlərinin icrası qrupunun su kəməri təsərrüfatında nəzarətçisi İddiaçı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış və "xxxx" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdüyü və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 6 təqvim həftəsindən sonra ləğv ediləcəyi ona bildirilmişdir. İşçi ilə qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsinə razılığın alınması üçün “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Gəncə şəhər Sukanal İdarəsi “Gəncə Sukanal” TSC-nin X2 01-01/3-27 saylı xx.xx.2024-ci il tarixli məktub ünvanlanmış, həmin məktuba cavab olaraq göndərilmiş “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə sözügedən məsələ ilə bağlı Abonentlərlə iş şöbəsinin iş əmirlərinin icrası qrupunun nəzarətçisi İddiaçı ixtisasına (peşəsinə) uyğun təklif edilən işdən imtina etdiyi üçün onun əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə etiraz etmədikləri bildirilmişdir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 342-k nömrəli əmrinə əsasən İş əmirlərinin icrası qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 342-K nömrəli əmrinin ləğv edilməsi, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Gəncə şəhər Sukanal İdarəsində əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X2 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X3 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 342-k nömrəli əmrindən görünür ki, işçinin işdən çıxarılmasının əsası kimi "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən işçinin tutduğu vəzifənin ştat vahidinin ixtisar olunması qoyulmuşdur. Məhkəmə araşdırması zamanı qeyd edilən fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin fəhlələrinin 2023-cü il üçün Ştat cədvəlindən görünür ki, Abonentlərlə İş şöbəsi iş əmirlərinin icrası qrupu su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi üzrə ştat vahidinin sayı 4 olmuş, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n Gəncə şəhər Sukanal İdarəsinin fəhlələrinin 2024-cü il il üçün Ştat cədvəlindən isə görünür ki, Abonentlərlə İş şöbəsi iş əmirlərinin icrası qrupu su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi üzrə ştat vahidinin sayı 6 olmuşdur. Sözügedən cədvəllər müqayisə edilərək müəyyən edilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n Gəncə şəhər Sukanal İdarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı vəzifəsi üzrə müvafiq ştat vahidi ixtisar olunmamış, əksinə Abonentlərlə İş şöbəsi iş əmirlərinin icrası qrupu su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi üzrə ştat vahidinin sayı "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkilindən sonra 2 ştat vahidi qədər artırılmışdır. Belə ki, "xxxx" ASC-nin Gəncə Sukanal TSC tərəfindən həmin idarənin Abonentlərlə İş şöbəsi iş əmirlərinin icrası qrupu su kəməri təsərrüfatında nəzarətçisi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024cü il tarixindən ixtisara düşdüyü qeyd edilsə də, cavabdeh tərəf bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ləğv olunmaması faktı eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq olunur. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, əvvəl həmin vəzifə üzrə 4 nəfər işləmiş, hazırda isə 6 nəfər işləyir. Belə olduğu təqdirdə, cavabdehin nümayəndəsinin ixtisar olunmuş ştat vahidi üzrə əvvəlkindən da artıq sayda işçilərin mövcud olmasını söyləməsi ilə təsdiq olunur ki, Abonentlərlə İş şöbəsi iş əmirlərinin icrası qrupu su kəməri təsərrüfatında nəzarətçi vəzifəsi üzrə mövcud olan və iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisar olunmamış, İddiaçı əsassız olaraq ştat vahidinin ixtisar olunması əsası ilə işdən çıxarılmış və onun yerinə başqa işçi götürülmüşdür. Belə olduğu təqdirdə, cavabdeh İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 71.3-cü maddəsinin tələbi ciddi şəkildə pozulduğundan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 342-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 342-K nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 342-K nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar